==QOCA BABANIN QERIBE USULU==

pol bad-boy1 30 İyul 2013 / 16:04
Artıq təqaüdə çımış və bir məktəbin
yanında özünə bir ev almışdı . Heç
olmasa , bundan sonra rahat və
qaygısız yaşamaq istəyirdi .
Bir neçə həftə sonra dərslər başladı. Elə
birinci gundən dərsdən çıxan uşaqlar hay-küy salmaga , evin qarşısındakı
zibil qablarını dagıtmaga başladılar . Bu
hay-küy sonrakı günlərdədə davam
etdi . Artıq qoca bu işə çarə tapmalı idi .
Ertəsi gün uşaqlar yenə zibil qablarını
dagıtmaga başlayanda qoca onların qarşısına çıxdı vı : “ Uşaqlar , sizin bu
əyləncəniz mənim xoşuma gəlir . Hətta
mənə öz uşaqlıqımı xatırladır . Əgər
yolunuzu hər gün buradan salsaniz ,
sizə 1 dollar verərəm “ ,- dedi. Bu təklif
uşaqlarında xoşuna gəldi . İndi hər gün onlar qocanın evinin qarşısından
keçir, hay –küylə zibil qablarını
dagıdırdılar .
Bir neçə gün sonra qoca yenə
uşaqların qarşısına çıxdı və: “Uşaqlar ,
bilirsiniz ki , yaşamaq çətindir. Mən də ki qoca adamam . Uzun sözün qısası
bundan sonra sizə ancaq 50 sent verə
bilərəm “, -dedi . Bu söz uşaqların
xoşuna gəlməsədə razı olmaqdan
başqa çarə yox idi ...
Aradan bir neçə gündə keçdi . Qoca yenə uşaqların qarşısına çıxdı və : “
Bilirsiniz , uşaqlar , bahalıqdır , çatdıra
bilmirəm . Bəlkə bundan sonra sizə 50
sent yox , 25 sent verim “ ,- dedi . Bu
dəfə uşaqlar etiraz etdilər və : “ Siz nə
danışırsız ? 25 sent nədir ki ? İncimə , baba , biz 25 sent üçün bu işi görə
bilmərik “, - dedilər .
O Gündən uşaqlar bir daha qocanın
evinin qarşısından keçmədilər

[cavab]

pol *Romantic* 30 İyul 2013 / 16:07
Ağıllıdı ya

[cavab]

pol (=AyaN=) 30 İyul 2013 / 16:08
Heri qoca baba (zekasina hayran kaldim

[cavab]

pol qebelelioqlan 30 İyul 2013 / 16:14
Agıl yasda yox basdadı

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1761 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az