==FIL ARTIQ TALEYI ILE BARIWIB==
bad-boy1
30 İyul 2013 / 13:46
Bir gün bir turist Afrikaya gəlir. Görür
yerli qəbilədən birisi fildən enib onun
boğazındakı ipi kiçik bir dirəyə
bağlayır. Turist yanındakı tərcüməçidən
soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür.
Bircə dəfə dartsa dirəyi kökündən
çıxara bilər. Dirək məndən də kiçikdir
ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da
dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə
adamından soruşur. Qəbilə adamı
yaxınlaşıb fili sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən onu bu
dirəyə bağlayırdım. Balaca olanda, o
illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar
çox balaca idi, dirəyi qoparmaga gücü
çatmırdı. Indi güclüdür, bircə dəfə
dartsa dirəyi yerindən qopara bilər.
Amma o, taleyilə çoxdan barışıb. Artıq
inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə
bilirəm.
[cavab]
Awkimbenim
30 İyul 2013 / 13:49
cox qewengdi yazan ellerin derd gormesin
[cavab]
BALTAZAR
30 İyul 2013 / 13:53
eladi, sagol
[cavab]
ElectronNick
30 İyul 2013 / 14:07
fil tupoydu
[cavab]
*BratvA*
30 İyul 2013 / 14:59
yaxcidi.
ama agali fil tpoy olandan sora mende baqlayaram
[cavab]
tofiq_7
30 İyul 2013 / 15:08
[cavab]
*Romantic*
30 İyul 2013 / 15:13
Maraqlıdı
[cavab]
ErRoR_MEDVED
30 İyul 2013 / 15:23
Bele bir wey atada bagliyiblar,amma kapron stola
[cavab]
Bölmeye qayıt