==SUKUT==

pol bad-boy1 30 İyul 2013 / 13:42
Şəhərin hay-küyü və narahatlığı bir
nəfəri meditasiya və özünüseyrdən
ayırırdı. O, qərara aldı ki, özünə sakit bir
yer tapsın.
Heç bir ins və ya cinsin olmadığı
meşəyə getdi. Amma yenə özünü konsentrasiya edə bilmirdi. Çünki ona
cırcıramaların cırıltısı mane olurdu. Bir
az da meşənin dərinliyinə getdi. Amma
orada da quşlar ucadan ötür, zəhlə
tökürdülər. Öz “mən”i ilə baş-başa qala
bilmirdi. Sakit yer axtarışı ilə o mağaraya girdi. Ora sakit idi, amma
damcılayan suyun səsi onu
əsəbiləşdirirdi.
O bir qədər düşünəndən sonra özünə
səs izolyasiyası olan kottec tikdi. Bütün
qapı və pəncərələri bağladı. Tam sakitlik içində tik-tak səsi ona rahatlıq
vermirdi. O saatı qolundan çıxarıb
divara çırpdı. Rahat olub oturdu,
Dərindən nəfəs aldı. Özündən razı idi.
Nəhayət sakitlik yarada bildi. Amma...
“gup,gup, gup...” – ürəyi sinəsində yüksəkdən döyünürdü

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1621 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az