NeYlEsIn?
A-Kli
29 İyul 2013 / 21:44
Yarpağın ağırlığına saplağı tab gətirmir,
Geci-tezi düşəcəkdi, buna külək neyləsin?
Bir misra söz yazmaq üçün nələrsə təb gətirmir,
Ürəkaçan heç nə yoxdur, buna istək neyləsin?
Uzandıqca uzanandı uzun sözün qısası,
İçimdəki hıçqırığım gülüşümü qısası,
Nöqtə boyda sevincim var, kədərə qısılası,
Heç nəyə ümid qalmayıb, buna dilək neyləsin?
Baş sındırdım, baş açmadım, açılmadı kor düyün,
Mənə bir köynək yad olub, mənə həmdəm gördüyün,
Damcıldayan göz yaşımda əksimi gördüm bu gün,
Gedir gözümün qarası, buna bəbək neyləsin?
Yuvasından düşən quşun qəbahətin soruşma,
Qan tökənin, ev yıxanın axirətin soruşma,
Dolu döyən çiçəklərin aqibətin soruşma,
Bu, çiçəyin taleyidir, buna ləçək neyləsin?
Söykəndiyim, güvəndiyim dirəyimi apardın,
Nakam qalan xoş arzumu, diləyimi apardın,
Qırğı kimi, quzğun kimi ürəyimi apardın–
Məni mənlə öldürürsən, buna fələk neyləsin?
[cavab]
(=AyaN=)
29 İyul 2013 / 21:45
A-Kli, SUPERdi...
[cavab]
A-Kli
29 İyul 2013 / 21:46
(=AyaN=), twk
[cavab]
BLACK_ANGEL
29 İyul 2013 / 21:46
smayl qoyuram acmir buna nuray neylesin? ( sagoll.
red. BLACK_ANGEL (29.07 /21:47)
[cavab]
*Romantic*
29 İyul 2013 / 21:46
Bu şeire de adam super demesin,neylesin?
[cavab]
AY_ULDUZ
29 İyul 2013 / 21:46
SUPER
[cavab]
yama
29 İyul 2013 / 21:47
A-Kli,
[cavab]
*Sesi**
29 İyul 2013 / 21:48
A-Kli, Oooooooooo superrrrrrrrrrrrrrrr twk
[cavab]
A-Kli
29 İyul 2013 / 21:48
twk edirem
[cavab]
SoNSuZ_SeVGi
29 İyul 2013 / 22:04
Əlaaaaaaaaa
[cavab]
Bölmeye qayıt
0.1728 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az