QEZEL-HEZRETI ELI

pol DANIEL 28 İyul 2013 / 14:44
Həzrət
Əlinin hər dediyi söz bizə ibrətdir,
Hər bir kəlamı həqqü-ədalətdən
əlamətdir. İnsanda fikr, saf və işıqlı
təmiz a'yinə, Bu ayinədən ibrət al
ey bəndə, nəsihətdir. Mən neynirəm o ləzzəti ki, axırı zillətdir,
Ləzzət odur həm axırı həm əvvəli
ləzzətdir. Zəhmətsizə muzd
istəmək oxsuz kaman atmaqdı, İş
insana cövhərdisə, başlanğıcı
zəhmətdir. Dövlətlilərin Allaha şükr etməyi ziynətdir, Dünya boyu
yoxsulluğun öz ziynəti iffətdir.
Paklıq, sənə aləmdə günahdan uzaq
olmaqdır, A'san və kiçik bilmə günahı
bu qəbahətdir. Alimlərin insanlara
düzgün sözü dərmandır, Lakin, sözü yanlış ola, dərddir, qəmi-möhnətdir.
Bir şey sənə lazımdısa, sən istə tək
Allahdan, Həqq verdisə, rəhmətdir
əgər, verməsə hikmətdir. Yox,
bəndədən istərsən əgər verdisə,
minnətdir, Gər, verməsə, mütləq ki, rəzillikdi, xəcalətdir. Pislik edənə
yaxşılıq etməklə əziyyət ver,
İnsafsıza xoş rəftarın insafdı,
mürüvvətdir. Hər bir kişi öz qədrini
ta bilməsə məğlubdur, HUSEYN,
biləsən qədrini mərdlikdi, cəsarətdir.

[cavab]

pol reshid11 28 İyul 2013 / 14:50
super super H.ELI nın ruhuna 3 defe salavat

[cavab]

pol yama 28 İyul 2013 / 15:13
DANIEL,super dosi ela.
red. yama (28.07 /15:22)

[cavab]

pol DANIEL 28 İyul 2013 / 15:23
yama, Tewekkurler dosi.Cox saqol.

[cavab]

pol yama 28 İyul 2013 / 15:38
DANIEL, sende qaqa.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1369 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az