Imam Əli İbn Ebu talib A.S haqqinda(YalniZ)

pol YalniZ 8 Sen 2012 / 09:13
Əli (ə) haqqında buyurub:
1. “Əliyə məhəbbət
möminin səhifəsinin ünvanıdır”.
Yəni bir kəsin mömin olmasının
sübutu onun Əliyə olan
məhəbbətidir. Əgər Əliyə qarşı
bitəfavut olsa o əsla mömin ola
bilməz. Baxmayaraq bütün
gecəni namaz qılıb, gündüzləri
oruc tuta və bütün malını Allah
yolunda sədəqə verə. (Mənaqib
ibni Məğazili 125, səvaiq 125,
Yənabiul-məvəddət 180, 186,
284)
2. “Əlini sevmək
imanın nişanəsidir, Əliyə qarşı
kinə nifaqın (münafiqliyin)
əlamətidir”. Hər kəsdə Əliyə
məhəbbət olsa o məhəbbət onun
Allaha iman gətirdiyinin
nişanəsidir, Əliyə qarşı kinəsi olan
münafiqliyini izhar etmiş olur.
(kifayətut-talib. bab 29. səh
277-280. Mənaqib ibni Məğazili
199, Zəxairul-uqba 74, Mənaqib
Xarəzmi. fəsl 16, hədis 200 )
3. “Əli dünya və
axirətdə mənim bayrağımın
sahibidir”. Əli hər iki dünyada
Peyğəmbər ümmətinin
rəhbəridir. (Zəxairul-uqba, 75,
Yənabiul-məvəddə. 81)
4. “Əli kimi igid və
zülfuqar kimi qılınc yoxdur”.
Ühud müharibəsində əshabın
fərar etdiyi halda Əlinin
göstərdiyi rəşadətin mükafatı
olaraq Allah-təala bu tərifatı ona
verdi. (Səhih tirməzi. cild 5-641
hədis 3732, əl-Mustədrək, cild
3-125, Xəsaisun-Nəsai hədis 42,
Camiul-usul cild 8-659 hədis
6506, Məcməuz-zəvaid
9-114-115, Səvaiq 124)
5. “Hər kəsin mən
mövlasıyam Əli də onun
mövlasıdır.(Sünəne ibn Macə,
hədis 116, əl-Mustədrək 3-128,
Kifayətul-tutalib bab 9- 82, bab
24-124)
6. “Əli xəlq
olunmasaydı dünyada Fatiməyə
layiq ər olmazdı”. Fatiməyə layiq
olan insan yalnız Əlidir ki, hər
cəhətdən kamil və pakdır.
(Mənaqib Xarəzmi fəsl 4 hədis
159 fəsl 19 hədis 282, ibni
Məğazili 43-67-152)

[cavab]

pol YalniZ 8 Sen 2012 / 09:15
7. “Əli mənim
tərəfimdən əvəz olunmaz
təbliğatçıdır”. Mənim gətirdiyim
dini məndən sonra haqq olaraq
məxluqata heç bir azğınlığa yol
vermədən yalnız Əli çatdırıb təbliğ
etməyə layiqdir. (Kifayətut-talib
bab 62-260, Mənaqib Xarəzmi
fəsl 7, hədis 76, Yənabiul-
məvəddə 180)
8. “Əlidən ayrılmaq
Allahdan və məndən ayrılmaqdır”.
Əlidən uzaqlaşmaq tağutu özünə
mövla və rəhbər qəbul edib
Allaha ası olmaqla bərabərdir.
(Səhih tirməzi 5-643 hədis 3737,
usdul-qabə 4.26 Camiul-usul
8.661 hədis 6510)
9. “Əli bəşərin ən
xeyirlisidir onu qəbul etməyən
kafirdir”. (Yənabiul məvəddə
245-256)
10. “Əli şəfaət
qapısıdır, bu qapıdan girən
mömindir”. (Mənaqib Xarəzmi
fəsl 7 hədis 67)
11. “Əlinin
vilayətini qəbul etmək mənə iman
gətirib risalətimi təsdiq edənlərə
vəsiyyətimdir”. (Mənaqib Xarəzmi
fəsl 6 hədis 48, fəsl 19 hədis 324,
Səvaiq 126, Yənabiul-məvəddə
86)
12. “Əlinin
vilayətini təsdiq edən möhür
olmadan heç kəs siratdan keçə
bilməz”. (Durrül-mənsur 3.210)
13. “Əlini sevmək
savabdır bu sevgi ilə günah etsən
bir zərəri olmaz”. (Belə güman
olunmasın ki, hər kəs hər cür
fəsad etsə bununla belə Əliyə
olan məhəbbəti onu xilas edər.
Xeyir əgər cahil halda yaxud
nəfsinə tabe olub xəta üzündən
günah etsə tövbə edərsə ona
nicat olacaq). (əl-Mustədrək
3.134, Yənabiul-məvəddə 180)
14. “Allah Əlinin
üzünü görməmiş mənim canımı
alma!” (Mənaqib ibni Məğazili
211)
15. “Əlinin əli ilə
Mənim əlim ədalətdə
bərabərdir” (Mənaqib ibni
məğazili 16, Yənabiul-
məvəddə235)
16. “Əliyə
məhəbbət cəhənnəmin odundan
bəraətdir”. (İstiab. 3/ 38,
Mənaqib Xarəzmi fəsl 7 hədis 66,
Zəxairul-uqba 83)
17. “Əli məndəndir
və mən də Əlidənəm. Əli məndən
sonra hər möminin vəlisidir”.
(Firdosul-əxbar. 3-373 hədis
5130, Yənabiul-məvəddə 177,
181, 237, 250)
18. “Qiyamət günü
nida olunacaq: Əli sənin ən yaxşı
qardaşın və İbrahim ən yaxşı
babandır” (Nüzhətul-məcalis. 2
səh 209)
19. “Əlinin insanlar
arasında məqamı “Qul huvəllahu
əhəd”- in Qurani-kərimdə olan
məqamıdır”. (Mənaqib ibni
məğazili 230, 231, Kifayətut-talib
bab. 5 səh 74, Məcməuz-zəvaid
9/ 108)
20. “Əlinin zikri və
onun üzünə baxmaq ibadətdir”.
(Firdosul-əxbar. 2 səh 142 hədis
2723, Yənabiul-məvəddə 180)
21. “Əlinin qatili
yaranışın əvvəlindən axıra qədər
yer üzünün ən bədbəxtidir”.
(Şəvahidut-tənzil. 1/ 294 – 303,
Yənabiul-məvəddə 100)
22. “Əlinin zikri ilə
məclislərinizi zinətləndirin”.
(Səvaiq 124)
23. “Əli Quranladır
və Quran da Əli ilədir”. (əl-
Mustədrək. 3- 122, Səvaiq 125)
24. “Əlinin
vilayətini qəbul edən mənim kimi
yaşayar və mənim kimi də
dünyadan gedər”. (əl-Mustədrək
3. 132, İstiab 4. 170, Kifayətut-
talib ban 44. 187, Məcməuz-
zəvvaid 9. 102)
25. “Əli cənnətdəki
Tuba ağacının qoludur, o ağacın
kökü onun evindədir”. ( Tarixul-
Bağdad 5. 37, Mənaqib ibni
məğazili 129)
26. “Əlninin
qapısından başqa məscidə açılan
bütün qapıları bağlamağı Allah
mənə əmr edib”. (İstiab 4. 170,
Kifayətut-talib bab 44. 187,
Məcməuz-zəvvaid 9. 102)

[cavab]

pol YalniZ 8 Sen 2012 / 09:16
27. “Əlinin
müsəlmanların boynunda olan
haqqı atanın övladın boynunda
olan haqqı kimidir”. (Tarixul-
Bağdad 7. 421, Təhzibut-təhzib 9.
419)
28. “Əli salehlərin
imamıdır və facirlərin qatilidir.
Ona kömək edən Allaha kömək
etmiş olub, ona kömək etməyən
Allaha kömək etməyib”.(Mənaqib
ibn Məğazili 38 Kifayətul-talib bab
47. 194)
29. “Bütün
peyğəmbərlərin vəsisi olduğu
kimi mənim də vəsim və varisim
Əlidir”. (Tarixul-Bağdad 7. 452,
Məcməuz-zəvvaid 9. 111, Səvaiq
125 )
30. “Əli dünya və
axirətdə mənim qardaşımdır”.
(Səhih Tirməzi 5./637 hədis
3721)
31. “Əli haqq ilə
batili ayırandır”. (Səvaiq 125,
Zəxairul-uqba 63)
32. “Əli cənnət ilə
cəhənnəmi böləndir”. Qiyamət
günündə Allah-təalanın əmri ilə
Əli mömin ilə kafirləri layiq
olduqları yerə göndərəcək.
(Mənaqib Xarəzmi. hədis 2)
33. “Əli Allah və
Rəsulunun yanında ən sevimli
bəndədir”. (Yənabiul-məvəddə
135, 181)
34. “Əli və mən bir
ağacdan xəlq olunduq”. (Mənaqib
ibni Məğazili. 220, Zəxairul-uqba
91)
35. “Əli ən böyük
Siddiqdir”. ( Usdul-qabə. 4. səh
31)
36. “Əli ən birinci
müsəlman olduğu üçün
qiyamətin günündə Kövsər
hovuzuna birinci yetişər”.
(Kifayətut-talib.bab 62, səh 264,
Mənaqib ibni Məğazili. 48,
Mənaqib Xarəzmi. fəsl 19. hədis
326)
37. İmam Baqir (ə):
“Həqiqətən Əli (ə) bir qapıdır ki,
Allah-təala o qapını camaatın
üzünə açıb. Hər kəs o qapıdan
daxil olsa mömindir. Hər kəs o
qapıdan çıxsa kafirdir” (Usulul-
Kafi 4/100 babul-kufr, hədis 16)
38. İmam Baqir (ə):
“Allah-təala Əlini Özü ilə xəlq
arasında hidayət nişanəsi qərar
verib. Hər kəs onu tanısa mömin
olar və hər kəs onu inkar etsə
kafir olar. Əlinin haqqında cahil
qalan yolunu azar, hər kəs
başqasını Əli ilə tay tutsa muşrik
olar. Hər kəs Əlinin məhəbbəti ilə
gəlsə cənnətə gedər, qəlbində
Əliyə ədavəti olan cəhənnəmə
daxil olar” (Usulul-Kafi 4/101
babul-kufr, hədis 20)
39. “Qiyamətin
günü Kövsər hovuzunun yanında
mənə birinci qovuşacaq şəxs
İslamı ilk qəbul etmiş Əli ibn Əbi
Talib olacaqdır” (əl-İstiab fi
mərifətil-əshab 3/28)
40. Əbu Zərr
Rəsulullahdan nəql edib:
“Məndən sonra fitnələr baş
verəcək. Elə ki, fitnəni gördünüz
Əli ibn Əbi Talibdən yapışın. Çünki
Əli haqq ilə batili ayırandır” (əl-
İsabə 7/167, Usdul-ğabə 5/287,
əl-İstiab 4/169)

[cavab]

pol YalniZ 8 Sen 2012 / 09:17
cox istirem menim kimi hami bu kelamlari,sozldri bilsin Amin Insallah

[cavab]

pol aze 8 Sen 2012 / 17:41
YalniZ,evvala Salam....burda bir mövzu vardı orda yazmıwdılar ki şehadetde Həzrəti Əli(s.e.s)adı yoxdu....guya süniler Hezreti Elini(s.e.s) qebul etmir.......bes türkler ölen adamı basdırmazdan evvel onun qulaqın ane diyirler?? Onlar ölmüw adamin qulaqina "Həzrəti Əli(s.e.s) var"piçildayirlar.....onsuzda Mehemmed Peygember,bezi kelamlarda Həzrəti əlinin(s.e.s)adı çekilir.,....yeni süniler de HEZRETI ELI(s.e.s)ni qebul edirler

[cavab]

pol BEATIFUL 8 Sen 2012 / 17:44
YalniZ,Cox sagol yalniz Allah razi olsun.
Bunlari bilib oyrenmekden elave paylawmaqda savabdir twk.

[cavab]

pol YalniZ 8 Sen 2012 / 23:04
BEATIFUL,xanim men ne etdimki sadece istrem hami bilsin.twk cox sagolun xanim

[cavab]

pol CEK 8 Sen 2012 / 23:06
salam aleykum.. getdiyin yollara qurban YA ƏLİ(Ə) Qardash saqol ki, paylashmisan..

[cavab]

pol YalniZ 8 Sen 2012 / 23:07
aze,ve eleykume salam .aze menim vallah turklern ne didiynden xeberim yox indiki zamanede ola biler suni inansin Imam Əliye ama sunin nesli ele gelmeyib inanir lap yaxsi cox sevindim aze vallah teki inansinlar o mene besdi

[cavab]

pol CEK 8 Sen 2012 / 23:08
qebul etmek ayridir.. iman getirmek ayri.. ayetullah sistani aga .. hokmu var.. suni shiyyee qardashdirlar.. hqiqeten beledir.. sadece.. bezi sheyler varki.. oda oz aramizda.. ALLAH haminin imanini artisin.. cox shukur ALLAHA KI, ƏLİ(Ə) KIMI MOVLAMIZ var..

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.134 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az