==Her deyilene inanma yoxla==
bad-boy1
27 İyul 2013 / 16:28
Qədim Yunanıstanda Sokrat böyük
biliyi və dərrakəsi ilə məşhur idi. Bir
gün bir tanışı onu görüb deyir, "Bilirsən
sənin dostun haqda nə eşitmişəm? "1 dəqiqə," - Sokrat deyir, - "dayan
sənə 3 sual verim, nə demək istədiyini
anlamaq üçün". Tanışı anlamasa da, razılaşır. "Birinci sual, DOĞRULUQ sualıdır. Sən bu
xəbəri eşidəndə, əmin oldun ki, bu
100% doğrudur?" "Yox, mən elə 5 dəqiqə bundan əvvəl
eşitdim, və..." "Anladım," - Sokrat deyir, - "deməli,
100% bilmirsən doğrudur ya yox.
Oldu, ikinci sual YAXŞILIQ sualıdır... Bu
dediyin söz, mənim dostluğumun
yaxşılığınadır? Yaxşı xəbərdir?" "Ay kişi yox, tərsinə, a...." "Aha, deməli, mənim dostum haqqında,
100% doğru olub olmadığını bilmədən
nə isə pis şey demək istəyirsən.
Anladım. Amma bilirsən nə var? 3-cü
sualdan asılı olaraq, mənə yenə deyə
bilərsən istədiyini" "Nədir o 3-cü sual?" "3-cu sual VACİBLİK, DƏYƏRLİK sualıdır.
Mənə deyəcəyin bu söz, mənə dəyərli
olacaqmı? Mənə vacibdirmi bunu
bilmək?" "Məncə yox, elə də dəyərli deyil" Onda, Sokrat tanışına deyir, "Deməli,
sən mənə dostum haqqında nə isə
100% doğru olmasını bilmədiyin,
gərəksiz pis söz demək istəyirsen. De
mənə, mən dediklərimin hamısı
doğrudursa, onda mənə bunu deməkde məqsədin nədir?" Tanışı söz tapmır, gedir... Bunu sizə yazmaqda məqsədim, bütün
dostlar, əzizləri haqqında deyilənləri,
söhbətləri eşidəndə, bu üç sualdan,
"filtrdən" keçirəsiniz... Ola bilər ki çox
da olmasa bir qədər xeyri olar..
[cavab]
Melis
27 İyul 2013 / 16:33
Super
[cavab]
(=AyaN=)
27 İyul 2013 / 16:35
SUPERdi
[cavab]
Aykok
27 İyul 2013 / 16:37
[cavab]
Bölmeye qayıt