==ISIMSIZ==

pol bad-boy1 26 İyul 2013 / 03:18
Döyüşkən şəhərin küçə uşağı
olmaq istəyirəm.
Lap elə Suriya küçələrinin... Bəzən
Fələstinin...
Nə bəzən?! Ömürlük Afrika uşağı
olardım. Qara olmaq üçün yox. Qara dərdlərin qarasında yaxşı -
yaxşı qaralanmaq üçün.
Qabırğalarım sayılardı.
Gölməçə suyu içərdim. Dünəndən
ölmüş anasının südü qurumuş
döşündən qan əmən qansız olardım.
Uça bilməyən qocaman qartalın
təmkinlə ölməsini gözlədiyi
balaca, sısqa zənci balası olardım.
Çöməlib aclığın vəd etdiyi ölümü
gözləyərdim.Qanlı üzüm olardı. Ya anamın,
ya bacımın, ya atamın, ya da nə
bilim dostumun, məhəllə
yoldaşımın, lap elə ən uzaq
adamın qanı çilənərdi üzümə. Dad
çəkib ağlayardım, üzümü cırardım, hönkürərdim. Nə bilim, dəli kimi
o baş, bu başa qaçardım. Qarşıma
çıxan əli avtomatlıların üzünə
tüpürərdim bəlkə. Məni də
sinəmdən itələyib zibil kimi
atardılar divar dibində qalaqlanmış meyitlərin üzərinə. Onların
qoxusunu duyardım. Qorxardım.
Ürpənərdim. Diksinərdim. Amma
yenə dünyanın qatilini
axtarardım...Onda heç Xocalı qətliamı
da olmazdı. Yerdə şaxtadan quruyub
yatan başsız uşaq, anasının
bətnindən çıxarılan ağlamamış
körpə, ayağını don vurmuş qoca
qarılar da olmazdı...
Bunlara gücüm çatmasa lap elə Gezi parkındakı ağac olardım..


muellif: Gulnare Ilham

[cavab]

pol Melis 26 İyul 2013 / 03:32
Cox tesirli sözlerdi bu gunumuze sukr edek ve allahdan onlara merhemet dileyek

[cavab]

pol Qarayarli 26 İyul 2013 / 03:37
Tsk cox yaxsi ve cox tesirli

[cavab]

pol ErRoR_SiQmA 26 İyul 2013 / 11:58
twk chox gozeldi.

[cavab]

pol *K_I_L_L_E_R* 26 İyul 2013 / 14:12
twk tesirli idi :(((

[cavab]

pol (=AyaN=) 26 İyul 2013 / 18:45
Tesirli idi cox sagolun

[cavab]

pol MELODI 26 İyul 2013 / 19:40
yeyqinki yaxsi olar oxumaga heves yoxdu

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1291 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az