Maraqlidir..
Elvin19
24 İyul 2013 / 14:48
Verilişdə intihar edən aparıcı
Kristin Çabbak televiziyada intihar edən ilk və yeganə xəbər aparıcısı kimi tarixə düşüb. O, 1974-cü ildə televiziya proqramının başlamağından 8 dəqiqə sonra depressiyaya düşərək bunları deyib: “Kanalımız 40 ildir ki, xəbərləri, qanlı cinayətləri və fərqli yanaşmaları birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız”, — deyərək tapançasını çıxarıb və başına atəş açıb.
Qatili kompüter oldu
28 yaşlı Li Sanq Seop 2005-ci ildə internet kafedə 50 saat dayanmadan kompüterdə oyun oynayıb və dünyasını dəyişib.
Ayı qucaqlamaq istədi
Şair Li Po Çin ədəbiyyatının ən yaxşı şairlərindən hesab olunur. Şair həm də likor aludəçisi kimi də tanınır. Ən yaxşı şeirlərini sərxoş halda yazan Li Po bir gecə Yantszı çayında qayıqla gəzəndə suyun üstünə düşən ayın əksinə elə vurulub ki, onu qucaqlamaq istəyib və çayda boğularaq ölüb.
Ən uzun bığın cəzası
Avstriyalı Hans Şteininger 1,4 metrlik bığı ilə tanınırmış. 1567-ci ildə şəhərdə yanğın başlayıb. Hans qaçanda bığını yığmaq yadından çıxıb. Çox keçməmiş bığını tapdalayıb, yuvarlananda boynu qırılıb və ölüb.
Parolunu unudan Cek Deniel
Məşhur viski istehsalçısı Cek Deniel səhər işə tez gəlib kassasını açmaq istəyib. Ancaq parolunu heç cür yadına sala bilməməyinə əsəbiləşib kassaya təpik vurub. Nəticədə, Denielin ayağının baş barmağı zədələnib və bir müddət sonra infeksiyadan dünyasını dəyişib.
Yeyə-yeyə ölən kral
İsveç kralı Adolf Frederik yemək sevgisi ilə tanınırmış. “Ölümüm döyüş meydanında yox, yemək süfrəsində olsun” sözünün müəllifi Frederik elə istədiyi kimi də ölüb. 1771-ci ildə, 61 yaşında kök supu, balıq, ikra, xərçəng, 10 qədəh şərab və 14 pors şirniyyat yeyəndən 5 dəqiqə sonra nəfəsi kəsilib.
Harri Haudini — sehrbaz
Tarixin ən böyük sehrbazlarından olan Harri Haudini bir səhvin qurbanı olub. O, şoudan əvvəl iki kollec tələbəsinin fiziki gücünü nümayiş etdirmək xahişinə yox deyə bilməyib. Bədəninin nə qədər yumruğa tab gətirəcəyini göstərmək istəyən Haudninin iltihablı korbağırsağı partlayıb. Sehrbaz əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.
[cavab]
Samir**
24 İyul 2013 / 15:37
maraqlidi
[cavab]
*K_I_L_L_E_R*
24 İyul 2013 / 16:11
maraqli idi TWK
[cavab]
*BratvA*
24 İyul 2013 / 16:19
Maraqlidi esasda aparici
[cavab]
Bölmeye qayıt
0.1898 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az