==ata ve ananin saci niye agarir?==
bad-boy1
24 İyul 2013 / 02:57
Böyük şirkətlərdən birinin prezidenti
kompyuter sistemiylə bağlı mühüm bir
nasazlığın təcili aradan qaldırılması
üçün kompyuter mühəndislərindən
birinin evinə zəng etməli olur.
Mühəndisin evinə zəng edir və qarşı tərəfdən bir uşaq səsi pıçıltı ilə “ Alo”
deyir.
Prezident soruşur:
_ Atan evdədirmi?
Uşaq pıçıltı ilə cavab verir:
_ Bəli. Prezident soruşur:
_ Onunla danışa bilərəmmi?
Uşaq pıçıltı ilə cavab verir:
_ Xeyir.
Prezident özünü itirir:
_ Yaxşı, bəs anan evdədir? Uşaq pıçıltı ilə:
_ Bəli.
Prezident:
_ Bəs onunla danışa bilərəm?
Uşaq yenə pıçıldayır:
_ Xeyir. Prezident uşağın cavablarından bir şey
anlamır və ən yaxşısının bir böyüklə
danışmaq olduğunu düşünərək deyir:
_ Evdə başqa kimsə var?
Uşaq pıçıltı ilə:
_ Bəli, bir polis var. Mühəndislərindən birinin evində polisin
nə işi olduğuna bir məna verə bilməyən
prezident soruşur:
_ Polislə danışa bilərəm?
Uşaq:
_ Xeyir, o indi məşğuldur. Prezidenti maraq bürüyür:
_ Nəylə məşğuldur?
Uşaq pıçıldayır:
_ Anam, atam və yanğınsöndürənlərlə
danışır.
Nəsə bir hadisə baş verməsindən narahat olan prezident telefondan
getdikcə artan bir gurultu eşidir:
_ Bu nə səsdir?- deyə soruşur.
Uşaq hələ də pıçıltı ilə danışmaqda
davam edərək deyir:
_ Vertolyotdur. Həyəcanlanan prezident soruşur:
_ Orda nələr olur axı . . .
Uşaq:
_ Axtariş və xilasedicilər gəldi.
Prezident həm heyəcan, həm də nələr
olduğunu bilmədiyi üçün əsəbi halda deyir:
_ Axı nə axtarırlar?!
Uşaq hələ də pıçıldayaraq və xısın-
xısın gülərək deyir:
_ Məniii . . . )))))))))))
[cavab]
alenam
24 İyul 2013 / 02:59
[cavab]
Djaka
24 İyul 2013 / 03:05
[cavab]
Bölmeye qayıt