Dünyanı Lərzəyə gətirən Anonimlər(Anonymous)

pol Qehreman 7 Sen 2012 / 05:46
Anonimusun Azərbaycandakı Saytı

Anonymousun Azərbaycandakı Twitter Səifəsi
red. Qehreman (07.09 /05:50)

[cavab]

pol Qehreman 7 Sen 2012 / 05:54
Hissə: 1
2008-ci ildən başlayaraq söz
azadlığı uğrunda mübarizə şüarı
altında saytlara kiberhücumların
sayı artır.Bu hücumların qurbanı
bütün dünyadakı iri müəssisələr,
hökumətlər və hətta Vatikan olub.
Hücumların məsuliyyətini
Anonymous adlı hərəkat öz
üzərinə götürüb. Bu hərəkatda
heç bir ierarxiya mövcud deyil,
iştirakçılar isə cidd-cəhdlə kim
olduqlarını gizləyirlər. Bu gün
hərəkat siyasətin sərhədinə çox
yaxınlaşıb və ən müxtəlif
narazılıqların əksi kimi çıxış edir.
Kimdir onlar?
Bəyəndinsə ardını oxu...
red. Qehreman (07.09 /05:57)

[cavab]

pol Qehreman 7 Sen 2012 / 05:59
Hissə: 2
Onlar gizlənirlər, heç bir ierarxiya
tanımırlar, tabe olmurlar və
ümumiyyətlə rəsmi şəkildə
mövcud deyillər – Anonymous-un
dəqiq xarakteristikasını
göstərmək asan məsələ deyil. Bu,
nə siyasi partiyadır, nə də
assosiasiya. Hərəkat ümumi ideya
(internetdə söz azadlığının
müdafiəsi) ətrafında yaranıb və
hazırda ən müxtəlif şəxsləri
özündə birləşdirib. «Anoniymous
ilk növbədə ideyadır: istənilən
şəxs qrupu dəstəkləyə və onun
adından çıxış edə bilər». Bunu
«Anonymous: informasiya
quldurları və ya rəqəmsal
alterqlobalçılar?» ((Anonymous,
pirates informatiques ou
altermondialistes numériques?)
adlı kitabın həmmüəllifləri
Frederik Bardov ə Nikolya Dane
bildirirlər.
Bəyəndinsə ardını oxu...

[cavab]

pol Qehreman 7 Sen 2012 / 06:00
Hissə: 3
Anonymous-un əsas fəaliyyət
meydanı internetdir – burada hər
bir üzv ləqəb altında gizlənir.
Beləliklə, onların bir-birini
tanımasına heç bir ehtiyac
yoxdur.
Buna baxmayaraq, hərəkat 2011-
ci ildən başlayaraq «fiziki»
aksiyalarının sayını artırıb
(internetdəki virtual fəaliyyəti
tarazlaşdırmaq üçün) və maskaya
baxmayaraq, hərəkatın bəzi aktiv
üzvlərinin kimliyi bəlli olub.
Hərəkat ilk əvvəl ABŞ-da yaransa
da, hazırda Avropada (Böyük
Britaniyadan Slovakiyaya qədər),
eləcə də Latın Amerikasında (ilk
növbədə Braziliyada) və az
dərəcədə Asiyada fəaliyyət
göstərir. Hərəkatın əsas silahı
internet olduğundan, onun əsas
silahı yayılmasının da əsas
maneəsinə çevrilib: Anonymous
internetin zəif olduğu Afrikada
çox az yayılıb.
Bəyəndinsə ardını oxu...

[cavab]

pol Qehreman 7 Sen 2012 / 06:03
Hissə: 4
Onların şüarı İncildən götürülmüş
«Bizim adımız legiondur»
şüarıdır
və bu, hərəkatın üzvlərinin
sayının
çox olmasına işarədir. Amma eyni
zamanda hərəkat üzvlərinin
dəqiq
sayı barədə mülahizə yürütmək
qeyri-mümkündür: təşkilatın
üzvlərinin sayı barədə ancaq bu
və
ya digər əməliyyatda iştirak
edənlərin təqribi sayı barədə
danışmaqla kifayətlənmək olar.
Bu
dolayı rəqəmlər əsasında onu
söyləmək olar ki, Fransada
hərəkatın təxminən 3000
davamçısı fəaliyyət göstərir.
Onlar nə ilə məşğuldurlar?
Anonymous internetdə söz
azadlığını məhdudlaşdırdığı iddia
edilən təşkilatların internet
səhifələrinə hücum həyata
keçirir.
Bəyəndinsə ardını oxu...

[cavab]

pol Qehreman 7 Sen 2012 / 06:06
Hissə: 5
Siyahı isə çox genişdir: Hadopi-
dən tutmuş (Fransada
kontentlərin internetdən
qanunsuz çəkilməsi ilə mübarizə
aparan təşkilat), Fransa Daxili
İşlər
Nazirliyi, ABŞ Federal Təhlükəsizlik
Xidməti, Mərkəzi Kəşfiyyat İdarəsi,
İnterpol, NATO, Stratfor, Sony,
Mastercard, RayPal və Visa-ya
(sonuncular 2010-cu ilin
dekabrında WikiLeaks saytının
yaradıcısı Culian Assancın
hesablarını və kredit kartlarını
bağlamaqda ittiham edilirlər)
qədər. Bir qədər əvvəl isə Vatikan
da Anonymous qruplaşmasının
qurbanına çevrilib: hakerlər
«korrupsiyaya bulaşmış Roma
kilsəsini və onun tör-
töküntülərini
cəzalandırmaq» qərarına gəliblər.
Bu zaman təşkilat üzvləri qeyd
ediblər ki, onların bu aksiyası
xristian dininə və bütün
dünyadakı dindarlara qarşı
yönəldilməyib.
Anonymous mövcud olduğu illər
ərzində Almaniyada iri neofaşist
qruplaşmasını və uşaq
pornoqrafiyası yayan onlayn
şəbəkəni aşkar edib. Onlar bəzi
məlumatların oğurlanması,
informasiya sızdırılması və
saytların işinin iflic edilməsinin
məsuliyyətini öz üzərilərinə
götürürlər.
Bəyəndinsə ardını oxu...

[cavab]

pol Qehreman 7 Sen 2012 / 06:08
Hissə: 6
Qarşıya qoyulan hədəfə çatmaq
üçün onlar hər hansı bir sayta
eyni zamanda külli miqdarda
müraciət ünvanlayırlar və bu da
saytın işini iflic edir. Belə DDoS
hücumlar («xidmətdən imtina
edilmişdir» kimi bölünmüş
hücumlar) adətən forumlarda və
ya imicboardlarda hazırlanır.
Anonymous üzvlərinin digər
aksiyası internet-syatlara daxil
olmaqla bağlıdır. Fransa,
İrlandiya,
ABŞ və Hollandiyada belə
əməliyyatlar iştirakçıların həbsi ilə
nəticələnib. Onları saytların işini
pozmaq üçün əvvəlcədən
planlaşdırılıb hazırlanan
hücumda
iştirakda ittiham ediblər.
Bundan əlavə, Anonymous
internetdə senzuranın mövcud
olduğu ölkələrdə informasiya
əldə
edə bilirlər: buna misal kimi bir
qədər öncə Suriya hadisələrindən
videoçəkilişlərin əldə edilməsini
göstərmək olar.
Bəyəndinsə ardını oxu...

[cavab]

pol Qehreman 7 Sen 2012 / 06:12
Hissə: 6
Amerikalılar «fiziki» aksiyalara
2008-ci ildən başlayıblar.
Etirazların
«kristallaşmasının» (virtual
aləmdən real aləmə keçməsi)
səbəbi kimi qruplaşmanın
gücünün artması və özünə
arxayınlaşması hesab olunur.
Onlar necə yaranıblar?
Hərəkatın ilk aksiyaları 2006-cı
ildə baş tutsa da, onlara əsl
şöhrəti 2008-ci ildə saentologiya
kilsəsi ilə mübarizə gətirib.
Anonymous saentoloqların
kilsəsini «şər təşkilatı»
adlandırırlar. Hərəkatın aktiv
üzvləri YouTube-yə kilsənin
«dezinformasiya kampaniyası»nı
tənqid edən videomanifest
yerləşdiriblər və onun məhvinə
nail olacaqlarını vəd ediblər. Bu
bəyanat saentoloqların bir neçə
gün öncə YouTube-yə əmr
formasında müraciət edərək
videoyazılardan birini
yığışdırılmasını tələb etmələrinə
cavab olub. Həmin videoyazıda
kilsənin davamçılarından biri olan
Tom Kruzun ucadan gülərək
kilsəni müdafiə etməyə cəhd
göstərməsi əks olunub. Bundan
sonra saentoloqların saytlarına
bir
neçə güclü kiberhücum həyata
keçirilib. Kilsə xadimləri
hücumlarla bağlı Amerika
məhkəməsinə müraciət ediblər.
Məhz bu aksiya Anonymous-un
fəaliyyətində başlanğıc nöqtə
sayılır və hakerlər bundan sonra
bütün dünyadakı saytlara daha
tez-tez hücum etməyə başlayıblar.
Çevik qüvvələr
«Anonimlər»in aksiyası birbaşa
təsir xarakteri daşıya, bəzən sadə
və zarafat formasında ola, bəzən
hədə ilə müşayiət edilə bilər.
Bəzən bunların hamısı bir yerdə
cəmlənir. Bəzən onlar bir yerdə
«xuliqanlıq» etmək hissi ilə
fəaliyyət göstərirlər – bunu
«lulzov
tutmaq» adlandırırlar (LOL –
«möhkəm gülmək» sözündən
yaradılmış anlaşılmaz termin).
Ekspertlər bildirirlər ki,
Anonymous həm keyfiyyət, həm
də çeviklik baxımından böyük
uğur əldə edib. Bəziləri onun
təşkilat deyil, brend olduğunu
güman edirlər. Çünki istənilən
ölkədəki istənilən şəxs, istənilən
zaman özünü «anonim» elan edə
bilər.
Bəyəndinsə ardını oxu...

[cavab]

pol Qehreman 7 Sen 2012 / 06:13
Hissə: 7
Siyasi baxışlar: varmı, yoxmu?
Anonymous-un əsas hədəfi
internetdə söz azadlığıdır.
Frederik Bardo və Nikolya Dane
izah edirlər: «Bütün Anonymous-
lar Braziliyadan tutmuş
Almaniyaya kimi bir ideyaya
xidmət edirlər: söz və
informasiya
azadlığı. Anonymous-ların
qurbanları sırasında Misir
hökuməti, ACTA, Monsanto və
saentoloqlar var – çünki onların
hamısı internetdə söz azadlığına
təhlükədirlər. İnternet isə həmişə
özünü təşkil etmə xüsusiyyətinə
malik ekosistem olub. Bu
səbəbdən də, xaricdən
tənzimləmə cəhdləri Anonymous
tərəfindən onların ərazisinə
müdaxilə və onları özünə tabe
etmək cəhdi kimi qəbul edilir».
Onların fikrincə, təşkilat məhz söz
azadlığı uğrunda mübarizə
aparmalı və siyasətdən
bacardıqca
uzaq durmalıdır. Amma
Anonymous-un son zamanlar
səsləndirdiyi bəzi şüarların
hərəkatın yarandığı zaman
qarşısına qoyduğu hədəfə çox az
aidiyyatı var. Martın 10-da
Parisdə
keçirilən tədbir zamanı üzündə
maska olan qız bəyanat verib:
«Dünyada heç də hər şey düzgün
getmir. Dözüm həddi çoxdan
keçilib. Siyasi elita maliyyə
elitasına
tabe olur». Yaxınlıqda kimsə
1789-cu il «burjua» inqilabının
ziyanı barədə meqafonla
qışqırırmış. Sonra isə kimsə
«Marselyoza» oxumağa başlayıb
və onu 100-dən çox adam
dəstəkləyib...
Bəyəndinsə ardını oxu...

[cavab]

pol Qehreman 7 Sen 2012 / 06:15
Hissə: 8
Özündə anarxizmin izlərini açıq
şəkildə biruzə verən Anonymous-
un fəaliyyəti bir sıra hallarda
siyasi
narazılığı əks etdirir. Səbəblər isə
ölkədən ölkəyə dəyişir. Məsələn,
Anonymous-un kifayət qədər
aktiv
olduğu Braziliyada aksiyaların
böyük hissəsi korrupsiyaya qarşı
yönəldilib.
Bayaq qeyd etdiyimiz kimi,
qrupda
hər hansı bir ierarxiya mövcud
deyil. Bu cəhətdən təşkilat ötən il
İspaniyada elitaya etiraz əlaməti
olaraq yaranan «qəzəblilər»
hərəkatını xatırladır. Buna
baxmayaraq, Anonymous-un bəzi
üzvləri bildirirlər ki, İspaniyada
konkret fəaliyyəti birinci olaraq
«qəzəblilər» deyil, məhz onlar
tələb ediblər.
Bəyəndinsə ardını oxu...

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2222 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az