{{{QasirqA}}}

pol Melis 23 İyul 2013 / 14:47
Çox yaraşıqlı gənc bir adam Amerikanın qərbindəki bir fermaya işlə bağlı müraciət etmişdi. Ferma sahibi ona bacarıqlarını soruşduğunda gənc adam özünə güvənən bir ədayla belə cavab vermişdi:
"Şiddətli Qasırğa əsəndə belə yata bilərəm"
Bu söz yaşlı ferma sahibinin başını çox qarışdırsada, bu ağıllı gənc adamdan da çox xoşu gəlmişdi.Ona görə onu işə götürdü.
Bir neçə gün sonra yaşlı ferma sahibi ilə arvadı gecə yarısı çox sərt və şiddətli bir qasırğa ilə yuxudan oyandılar.
Bir problem olma ehtimalına qarşı hər yeri yoxlamağa başladılar. Pəncərə və qapılar möhkəmcə bağlanmışdı. Qalın ağac kötükləri isə ardıcıllıqla şöminenin yanına düzülmüşdü. Ehtiyyat hissələri və ləvazimatlar ehtiyatlı şəkildə qaraja yığılmışdı. Traxtor da qarajda idi.Axurun qapısı düzgün bir şəkildə bağlanıb və kilidlənmişdi.

Hətta içəridəki bütün heyvanlar olduqca sakit idi. Gənc adam öz daxmasında rahat bir şəkildə yatırdı..Elə o an yaşlı ferma sahibi gənc adamın o gün ona nə demək istədiyini başa düşmüşdü.
"Şiddətli Qasırğa əsəndə belə yata bilərəm"
Çünki gənc adam küləksiz gözəl günlərdə hansısa şiddətli bir qasırğa səbəbiylə fermadakı hər şeylərini itirəcəklərini düşünərək işlərini o qədər bağlılıqla və düzgün bir şəkildə qurmuşdu k, ən sərt, ən şiddətli qasırğa belə əsməyinə baxmayaraq yatağında rahatlıqla yata bilirdi.

[cavab]

pol (=AyaN=) 23 İyul 2013 / 14:50
SUPERdii...twk

[cavab]

pol ErRoR_SiQmA 23 İyul 2013 / 14:50
super ela cox gozel twk

[cavab]

pol Melis 23 İyul 2013 / 14:53
deymez

[cavab]

pol *Romantic* 23 İyul 2013 / 15:07
Ağıllıdıda.mövzuya göre tşk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2076 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az