{{{Bes Sabah}}}

pol Melis 23 İyul 2013 / 00:38
İndi xeyirxah olmağa çalışırsan, çünki ayların sultanı Ramazan ovqatındasan.
Açılan çiçəkləri, göyərən otları belə incitmək istəmirsən. İstəyirsən səxavətini bir az da artırasan, ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşırsan, nəqliyyatda, metroda ayağa qalxıb nəzakətlə yer verirsən onlara. Qarşılığında: “Allah köməyin olsun!” duasını eşidirsən.
Küçədə, yol kənarında əl açıb dilənən uşaq, ixtiyar qoca görəndə kövrəlirsən, əlini cibinə salıb qarşında açılan əli boş qaytarmaq istəmirsən. Əvəzində yenə: “Allah səni darda qoymasın, Ramazan Sahibi yetsin dadına”, — duasını eşidirsən. Nə qədər məmnun olursan. Çöhrənə təbəssüm qonur, qarşı tərəfə razılıq edirsən, içinə dinclik, rahatlıq hopur. “Bacardığın yaxşılığı əsirgəməmək nə gözəlmiş”,- deyə pıçıldayırsan. Başından gözəl düşüncələr keçir: “Kaş hamı xeyirxah olaydı”.

İndi Ramazan ovqatındasan. Çox səxavətli, mərhəmətli olmusan. Bəs sabah necə, kimsəsizlərə, səndən imdad umanlara qəlbində açdığın xeyirxahlıq qapısını bağlayacaqsanmı?

[cavab]

pol Alik77 23 İyul 2013 / 00:50
Mən indi necəyəmsə həmişədə eləyəm.matəm,orucluq vaxtı yaxşılıq edib sonra dəyişib zalım,qəddar,bir qəpiyindən belə keçməyən insanlara nifrət edirəm.

[cavab]

pol ErRoR_SiQmA 23 İyul 2013 / 00:50
yox xeyirxaxliq hec vaxt bitmir. O gerek adamin qaninda ola.

[cavab]

pol Ayola 23 İyul 2013 / 00:58
baglamayacam!!!
baglayanlar

[cavab]

pol FiON@ 23 İyul 2013 / 00:59
Melis, yox menim xeyixahligimda qapi yoxdu...

[cavab]

pol Fighter 23 İyul 2013 / 01:07
Oruclugun ne dexli var insanin qelbinden gelmese isteyir 12 ay orucluq olsun ferq elemez

[cavab]

pol alenam 23 İyul 2013 / 02:10
toxun acdan xeberi olsun və s.

[cavab]

pol EMIN98 23 İyul 2013 / 04:26
Ramazanda da eyni insanam qalan 11 aydada. Xeyirxaham amma deye bilmerem 1 gùnùm gùnahsiz kecir.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1418 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az