#TQDK iyulun 21 1ci ixtisas qrupu uzre imtahan kecirecek.Bunlari bilmeyiniz vacibdi!!!
Cavad_N_417
20 İyul 2013 / 19:57
#Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
iyulun 21-də 2013/2014-cü tədris ili üçün
Azərbaycan Respublikası ali təhsil
müəssisələrinə və tam orta təhsil bazasında (11
illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas
qrupu üzrə qəbul imtahanı keçirir. İmtahan Respublikanın 11 şəhərində - Bakı,
Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki,
Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba
şəhərlərində ümumilikdə 69 binada
keçiriləcəkdir. İmtahanların idarə olunması üçün
275 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2980 nəzarətçi-müəllim cəlb olunacaqdır. İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək
KİV nümayəndəsi TQDK-da akreditasiyadan
keçmişdir. 2013-cü ildə I qrup üzrə 36883 abituriyent ərizə
təqdim edib. Onlardan 34240 nəfəri Azərbaycan bölməsinin,
2643 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 22372 nəfərini oğlanlar, 14511
nəfərini isə qızlar təşkil edir. 21210 nəfər orta ümumtəhsil məktəblərinin
builki məzunudur. 13766 nəfər orta ümumtəhsil məktəblərini
əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200
abituriyent xarici ölkələrin vətəndaşıdır. 150
abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə
ikinci ali təhsil almaq arzusundadır. 1757 abituriyent orta ixtisas təhsili
müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə
1998-ci ildəndir. Bakı şəhərində 17402, Naxçıvanda 1713,
Gəncədə 4201, Sumqayıtda 3093, Mingəçevirdə
1491, Şəkidə 2080, Ağcabədidə 905, Göyçayda
1612, Şirvanda 1326, Lənkəranda 1915, Qubada
isə 1145 abituriyentin imtahan verəcəyi
gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-
da başlanacaq və 3 saat ərzində aparılacaq. I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak
etmək üçün ərizə vermiş abituriyentlər iyulun
15-dən etibarən TQDK-nın internet saytına daxil
olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap
edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara
“Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı
vacib tövsiyələr, onların əməl etməli olduqları
qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər: - şəxsiyyəti təsdiq edən sənədin əslini - İmtahana buraxılış vərəqəsi"ni; Gostərilən sənədlərdən biri olmadıqda və ya
sənədlər arasında uyğunsuzluq olduqda
abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı uzərində mobil
telefon, konspekt və digər yardımçı vasitələr
aşkar olunan abituriyentlər barədə akt tərtib
olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahandan dərhal sonra müstəqil ekspertlər
tərəfindən I ixtisas qrupu üzrə test suallarının
ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da
«Space» telekanalında canlı yayımlanan
“Abituriyent” verilişində TQDK-nın məsul
əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün
cavabları və test tapşırıqları ilə bağlı geniş izahat
veriləcək. İmtahanda istifadə olunmuş sualların
düzgün cavabları eyni zamanda TQDK-nın internet
saytında yerləşdiriləcək. I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentləri
nin cavab kartlarının emalı başa çatdıqdan sonra
nəticələr TQDK-nın internet saytında
yerləşdiriləcək. Abituriyentlər imtahan
nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı
tələb edən ixtisaslara qəbul olmaq istəyən və
qabiliyyət imtahan komissiyasında qeydiyyatdan
keçmiş abituriyentlər iyulun 25-dən avqustun 1-
dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət
imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində
müvafiq ixtisasın kodunu göstərə bilərlər.
Qabiliyyət imtahanından müvəffəqiyyətlə
keçməyən abituriyentlər isə müsabiqə şərtini
ödədikləri halda I ixtisas qrupuna daxil olan digər
ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin
qəbul imtahanlarında topladıqları ballar elan
olunduqdan sonra avqustun 6-dan 15-dək internet
vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə daxil olmaq istəyən və
müsabiqə şərtlərini ödəyən abituriyentlər ali
təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
elan olunduqdan sonra TQDK tərəfindən təyin
olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin
ixtisaslarını seçə biləcəklər.
[cavab]
ErRoR_LoGiN
20 İyul 2013 / 20:02
Twk maraqli melumatlar idi
[cavab]
Excellent
20 İyul 2013 / 20:23
oxumadim ama imtahan veren Abituriyentlere ugurlar arzulayiram...
esas da burdaki dostum ErRoR_KaYFaRiK nikine ugurlarrrrr dosiiiii insallah sabah bu vaxt senden xow xeberler gozleyirem...
[cavab]
Bölmeye qayıt