azerbaycan XEBERI >ErRoR_Yek<

pol ErRoR_Yek 20 İyul 2013 / 16:12
Azərbaycanlı maşın alverçiləri çıxılmaz vəziyyətə
düşüblər Türkiyədən keçən hər avtomobil üçün 600 avro
tələb olunur. Yüzə yaxın Azərbaycan vətəndaşı Türkiyə-
Yunanıstan sərhədində yerləşən İpsala sərhəd-
keçid məntəqəsində çıxılmaz vəziyyətə düşüb. istinadən xəbər verir ki,
bunlar əsasən Almaniyadan işlənmiş
avtomobillər gətirən maşın alverçiləridir. “Türkiyə tərəfi gözlənilmədən hər avtomobil
üçün 600 avro torpaqbasdı rüsumu tələb etməyə
başlayıb. Əgər avtomobilin içərisində yük varsa
600 avro da ona istəyir. Maşın alverçilərinin heç
birində bu qədər pul yoxdur, çünki üstlərində
əvvəlcədən bunun üçün pul saxlamayıblar. Əksəriyyətinin pulu yoxdur, yalnız İstanbulda
tanışları olanlar onlardan borc alaraq vəziyyətdən
çıxa bilirlər”, - deyə yaxın qohumu İpsalada ilişib
qalmış Tahirə Hüseynova bildirib. İtaliya-Yunanıstan bərəsi ilə yeni dəstə maşın
alverçilərinin gəlməsi vəziyyəti bir qədər
gərginləşdirir. Sərhədi keçə bilməyən
alverçilərin gecələmək və qidalanmaqla bağlı da
problemləri yaranıb. Qeyd edək ki, azərbaycanlı maşın alverçiləri
işlənmiş avtomobilləri əsasən Almaniyadan
gətirirlər, ən kəsə yol kimi İtaliya - Yunanıstan -
Türkiyə - Gürcüstan yolunu seçirlər. Bu, həm də
ən təhlükəsiz marşrutdur. Alternativ marşrut olan
Şərqi Avropa yolu daha çox ölkədən keçir, həm yolları narahatdır.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2965 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az