{{{Mezar}}}
Melis
20 İyul 2013 / 15:50
... Məzar ...
(qorxulu, mistik, sirr, ibrətamiz, yaşanmış)
Danışacağım hadisə bundan 16 il əvvəl yaşanmışdır. O yay günləri ən çox məşğuliyyətimiz yoldaşlarla gecə dərəyə enmək idi və endiyimiz hər gecə bir-birimizə qorxu hekayələri izah edərdik. İzah etdiyimiz hekayələr ümumiyyətlə öz xəyal gücümüz olardı, lakin izah edərkən sanki yaşamış kimi izah edərdik və öz uydurduğumuz hekayəyə o mühitin verdiyi gərginliklə özümüz də inanar və qorxardıq. İçimizdə ən çox hekayə izah edən Nazim deyə bir dostumuz idi. Yaşca bizdən böyük idi və bizi qorxutmağı yaxşı bacarırdı açıqcası. Yenə belə bir gecədə o, bizə çox maraqlı bir hekayə izah etdi. Hekayəyə görə günahı çox olan bəzi insanların gözünə nəsə görsənər, səbəbsiz yerə içlərindən gələn bir odla külə çevriləcək qədər yanırlarmış. Bu yanma o qədər tez olurmuş ki, özünü qurtarmağa zamanı olmurmuş qurbanın. Ayrıca bu hadisə qurban tək olarkən reallaşırmış, yəni hadisəni görən şahid olmurmuş çox zaman. Bu izah etdiyi hekayə maraqlı olduğu qədər inandırıcı gəlməmişdi çoxumuza. Lakin evindən gətirdiyi ensiklopediya da yazılanları bizə göstərdi, qurbanlar və yanmış cəsədləri, ölüm tarixləri kimi məlumatlarlar da var idi. Tüklərimiz tikan tikan olmuşdu hamımızın. Bu hadisələr gerçək yaşanmış hadisələr olaraq izah edilirdi ensiklopediyada dəlilləri ilə. Gecə bitdikdən sonra hər kəs evə dağılışdı, mənimlə Nazim qaldı, mən də sağollaşıb gedəcəkdim. O da təbii gedəcəkdi, amma evə yox. Gecələri içki içər, biraz gəzdikdən sonra səhərə yaxın gedib evə yatardı. Demək olardı ki, səfil həyat tərzi keçirərdi. Pulu isə oğurluq edərək tapırdı. Mən evə tərəf gedəndə o hələ orda oturub, qaladığımız ocaqla qurdalanırdı. İri addımlarla təpəyə çıxırdım, evə çatıb bütün gecəni kürəyi uzanıq halda tavanı izləyirdim, yuxu gəlmirdi. Dərədən gələn qışqırıq səsləri yatmağıma mane olurdu. Heyvanların səsi olduğunu düşündüm, çünki çox vaxt gəlirdi belə səslər, amma bu dəfə qışqırıq səsləri idi. Pəncərəni bağlayıb uzandım, səhərə yaxın yuxuya getdim. Sabahısı gün isə bəlkə hamımız üçün həyatimizin ən qorxunc günü olmuşdu. Gələn xəbərə görə Nazim dərədə ölü tapılmışdı, yanmış halda. İlk öncə ocaqla qurdalanan zaman yandığını düşünsəm də, sonradan ocağın elə də böyük olmadığı və gedənə yaxın zəiflədiyi yadıma düşdü. İşin daha da qoxulu yeri, basdırıldığı qəbiristanlıqda 1 həftə sonra yanğın çıxmışdı və məzarı da yanaraq kül olmuşdu.
(Tarix: 3 Sentyabr 1997, Mersin qəbiristanlığı)
[cavab]
AnYmOuS
20 İyul 2013 / 15:57
tekrardi
[cavab]
Fermeer
20 İyul 2013 / 16:02
TTEKRARDII
[cavab]
ElectronNick
20 İyul 2013 / 16:09
bunu men yazmiwdimeeee tekrar
[cavab]
Melis
20 İyul 2013 / 16:10
bilmedimde oldurmeyeceksinizki ?>>>>>>>>>>>>>>>>
[cavab]
ElectronNick
20 İyul 2013 / 16:12
hee sen cetin men yazmiyan movzunu tapib yazasan :))))
[cavab]
Melis
20 İyul 2013 / 16:12
ElectronNick, indi yazim sende bax
[cavab]
ElectronNick
20 İyul 2013 / 16:20
uydaaa onu oxuyan axwam olarki camaatin iwi gucu vare saatlarla bunu oxuyasi deyilki
[cavab]
Melis
20 İyul 2013 / 16:24
ElectronNick, hele bu 1 -ci hissesidireee
[cavab]
Bölmeye qayıt
0.2758 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az