Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılır.
QiZiL_OgLaN
20 İyul 2013 / 15:39
Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılır. Tədbirdə Azərbaycan çempionu “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək.
Qeyd edək ki, komandamız ikinci təsnifat mərhələsində Albaniya çempionu “Skenderbeu” ilə qarşılaşır. “Ağ-qaralar” bu rəqibini keçəcəyi halda hansı komanda ilə qarşılaşacağını məhz indidən biləcək. Maraq üçün qeyd edək ki, təmsilçimiz “Skenderbeu” ilə ev oyununda 0:0 hesablı heç-heçəyə razılaşdığından hələlik mərhələ keçəcəyi sual altındadı və hər şeyə iyulun 23-də keçiriləcək cavab görüşündə aydınlıq gələcək.
Maraq üçün bildirək ki, “Neftçi” üçüncü təsnifat mərhələsinin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alıb. Bu isə o deməkdi ki, təmsilçimizi bu mərhələnin püşkatması zamanı daha güclü rəqiblər gözləyir. Komandamızın potensial rəqiblərinin əksəri ikinci təsnifat mərhələsində çıxış edən klublardı. Amma “Basel”, APOEL və “Austria” mübarizəyə məhz üçüncü təsnifat mərhələsindən başlayacaq komandalardı ki, “ağ-qaralar”ın bəxtinə bu üç “nəhəng”dən də biri düşə bilər.
“Neftçi” üçüncü təsnifat mərhələsinə vəsiqə qazansa, aşağıdakı klublardan biri ilə görüşməli olacaq:
Basel (İsveçrə)
APOEL (Kipr)
Austria (Avstriya)
BATE (Belarus) – Şaxtyor (Qazaxıstan)
Celtic (Şotlandiya) – Cliftonville (Şimali İrlandiya)
Steaua București (Rumıniya) – Vardar (Macarıstan)
Viktoria – Zeljezniçar (Bosniya və Herseqovina)
Dinamo (Zaqreb, Xorvatiya) – Fola (Lüksemburq)
Shirak (Ermənistan) - Partizan (Serbiya)
TNS (Uels) - Legia (Polşa)
Bütövlükdə, üçüncü təsnifat mərhələsində oynamaq şansı olan klublar bunlardı:
Deyirem ermenistanin shirak klubu ile dushse ela olar !!!
[cavab]
ErRoR_MEDVED
20 İyul 2013 / 15:49
InsAllah Nefti qalib geler
Neftciye ugurlar
[cavab]
_KuZeY_
20 İyul 2013 / 17:57
Basel ve Celtic ve yaxud Bateynen duwse fso Neftcinin yolu bu qeder imiw
[cavab]
Bölmeye qayıt