(=KraL=)20 İyul 2013 / 03:59 Uşaqlıq deyib keçməyin biz o zamanlar çox şey
öyrənmişik.
- Tom & Jerry cizgi filminin bitdiyi tam zənn
edərkən, yenidən nərildəyən şiri görmək bizi həyatın
xoş surprizlərinə hazırladı.
- “Tapança-tapança” oynayardıq və heç zaman da
bir-birimizə ölmədiyimizi, güllənin yan keçdiyini
sübut edə bilməzdik. Bu bizə düşüncələrimiz uğruna
mübarizə aparmağı öyrətdi.
- Məhəllə futbolunda topu uzağa vurdunsa, ya da
qonşunun həyətinə düşdüsə sən gedib gətirməli idin,
beləliklə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı
öyrəndik.
- Soyuducunun işiğının nə zaman söndüyünü
araşdırmağa başladıq, bu bizə kəşv etməyi öyrətdi.
- “Alma desəm çıxarsan, armud desəm çıxmazsan”
gizlənqaç oynundakı bu söhbət bizə ortaq sirləri
öyrətdi.
- Günəbaxan tumlarının bir miqdarını çırtlayıb kənara
yığıb sonra hamısını birdən yemək bizə hər əziyyətin
sonunda sürəcəyimiz keyfi öyrətdi.
- Top çiləmək oyununda qarşı tərəfə “fora” vermək
bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi
öyrətdi.
- Oyunlar oynarkən oynadığımız əşyaların sahibləri
inciyərlərdisə oyun bitərdi. Bu bizə imkanın verdiyi
səlahiyyətləri göstərdi.
-Taniw uwaq teklenib doyulende hemen davaya
girende bile bileki doyuleceyik ve sonda qiraga
cekilib ust-bawimizi bir birimizin temizlemek
Bu bize Dostlugu orgetdi.. [cavab]
aynur65320 İyul 2013 / 04:03 xaladelnikin isigini hemise gudmusemki qapini ortende ne vaxt kececek [cavab]