Agilli axmag

pol (=KraL=) 20 İyul 2013 / 03:40
İş adamı təraş olarkən bir yandan da bərbəriylə söhbət
edirmiş. Bu vaxt qapının ağzından keçən bir uşaq
görürlər. Bərbər, iş adamının qulağınapıçıldayır:
- Bu uşaq var aaa, dünyanın ən axmaq uşağıdır. Bax indi.
Bərbər uşağı çağırır:
-Əli, bura gəl. Uşaq üzündə axmaq təbəssüm içəri girib salam verir.
Bərbər cibindən bir 50 manat və bir 5 manat çıxarıb uşağa
deyir:
- Hansını istəyirsən götür.
Uşaq fikirli-fikirlihər iki pula baxıb 5 manatı götürüb qaçır.
Bərbər iş adamına dönərək gülümsəyir: -Gördünüzmü? Mən sizə demişdim.
Təraşdan sonra adam çölə çıxır və həmin Əlini görür.
Yanına gedib, niyə 50 manatı yox, 5 manatı götürdüyünü
soruşur. Uşaq bic-bic gülümsəyərək deyir:
-Bu bərbər hər müştəri gələndə mənimlə eyni oyunu
oynayır. Əgər 50 manatı götürsəm, oyun bitər!
- Bəziləri ağlını axmaq görüntü altında
gizlədərlər və beləcə əslində qarşısındakını axmaq
vəziyyətə qoyarlar...

[cavab]

pol MAZACAR 20 İyul 2013 / 03:43
Eladu

[cavab]

pol (=AyaN=) 20 İyul 2013 / 03:44
(=KraL=), SUPERdi

[cavab]

pol Ayla 20 İyul 2013 / 03:44
Maraqlidi

[cavab]

pol (=KraL=) 20 İyul 2013 / 03:58
Beyendiyinize sevindim:)

[cavab]

pol SoNSuZ_SeVGi 20 İyul 2013 / 04:06
Əlaaaa

[cavab]

pol HuRReM_SuLTaN 20 İyul 2013 / 04:14
Dogru söze ne diyesen. Pravo

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1335 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az