yaponyada yawanmiw hadise
Ayla
20 İyul 2013 / 02:25
Yaponiyada yaşanmış bir hadisə:
Evini yenidən dekorasiya etdirmək istəyən Yapon bunun üçün bir divarı sökür. Yapon evlərində ümumiyyətlə iki taxta divar arasında bir boşluq olur. Divarı sökərkən, orada çöldən gələn bir mismarın ayağına batdığı üçün sıxışıb qalmış bir kərtənkələ görür. Ev sahibi bunu gördükdə özünü pis hiss edir və eyni zamanda kərtənkələnin ayağına çaxılmış mismarı gördükdə marağına səbəb olur... Çox güman ki, bu mismar 10 il əvvəl, ev tikilərkən çaxılmışdı. Yaxşı bəs necə olub ki, kərtənkələ bu mövqedə heç tərpənmədən 10 il boyunca yaşamağı bacarmışdı? Qaranlıq bir divar boşluğunda heç tərpənmədən 10 il boyunca yaşamaq çox çətin olmalı idi. Beləcə yapon işini atır və kərtənkələni izləməyə başlayır. Sonra haradan çıxdığına belə diqqət etmədiyi başqa bir kərtənkələnin, ağzında daşıdığı yeməklə mismarlanmış kərtənkələnin yanına gəldiyinin şahidi olur... Gördüyü mənzərə adamı çox təəccübləndirir. Bu necə bir sevgidir? Ayağı mismarlanmış kərtənkələ, 10 ildir digər kərtənkələ tərəfindən bəslənirmiş...
[cavab]
(=Ilham=)
20 İyul 2013 / 02:28
super.senin kimi paxildan bele hekeyeler hec gozlemezdim elin qolun var olsun
[cavab]
Samir**
20 İyul 2013 / 02:29
uyda.xowuma geldi.
[cavab]
Ayola
20 İyul 2013 / 02:29
Ayla, super movzuydu ana ve bala sevgisine benzeyir!!!
[cavab]
Ayla
20 İyul 2013 / 02:34
(=Ilham=), puah paxila baxe sen
[cavab]
Ayla
20 İyul 2013 / 02:35
Beyendiyinize sevindim
[cavab]
(=AyaN=)
20 İyul 2013 / 02:37
SUPERdi
[cavab]
SoNSuZ_SeVGi
20 İyul 2013 / 02:46
MaraQSiZ
[cavab]
Ayla
20 İyul 2013 / 02:57
SoNSuZ_SeVGi, size gore Ola biler
[cavab]
SoNSuZ_SeVGi
20 İyul 2013 / 03:07
Ayla, SALAM.:) 10MİNİ NEYNƏDİN? :-D
[cavab]
Bölmeye qayıt