{{{Paralel dunyalar}}}
Melis
19 İyul 2013 / 20:59
Paralel dünyalar
“Sonra otağa yeni işıq doldu və mən birdən bizim dünyamıza paralel bir dünyaya düşdüm. Orada qəribə kədərli üzlü insanlar vardı. Mən əvvəllər işlədikləri müəssisənin dəhlizlərini gəzən məmurlar gördüm. Amma onları heç kim görmürdü. Öz altı yaşlı oğlunun yanı ilə gedib, dayanmdan onunla danışan ana gördüm, amma uşaq nə onu görür nə də eşidirdi. Düşündüm ki, bəlkə də bu insanların beyni o qədər iş-güclə doludur ki, ölərkən də onlardan ayrıla bilmirlər. Düşündüm ki, görəsən bu cəhənnəmdir? Sonra daha iki dünyaya baxdım. İkinci dünya da paralel yerləşmişdi amma tamam fərqli idi. Orada hər kəs özünə qapanaraq, həqiqəti axtarırdı. Mən heykəltəraşlar, filosoflar, bəstəkarlar, ixtiraçılar gördüm. Orada kitabxanalar, elmi düşüncələrin saxlanıldığı müxtəlif laboratoriyalar vardı. Sonuncu dünyaya gözucu baxdım. Orada işıqdan düzəlmiş şəhər gördüm. Evlər, divarlar, küçələr parıldayırdı, orada gəzənlər isə mənim yanımdakı varlıq kimi işıq saçırdılar”.
Sonra həkim Ritçi yenidən xəstəxana otağına düşür və yavaş-yavaş özünə gəlir. Qeydiyyat otağına girən Ritçi öz xəstəlik tarixçəsinə göz gəzdirir. Orada yazılmışdı: Sıravi Corc Ritçi: ölüm 20 dekabr 1949-cu ildə baş verib, iki tərəfli sətəlcəm”.
“Sonralar mən ölümüm haqqında nəticə çıxaran həkimlə danışdım. O dedi ki, öldüyümə şübhəsi olmayıb. Lakin on dəqiqə sonra, onun yanına bir sanitar qaçıb və mənə adrenalin vurulmasını istəyib. Həkim ürək nahiyəmdən adrenalin vurub və görüb ki, bədənim canlanmağa başlayır.”
[cavab]
Melis
19 İyul 2013 / 21:00
Keçmiş, indi və gələcək yoxdur
Raymond Moudi deyir ki, kliniki ölüm keçirən insanların təxminən 40 %-i iddia edir ki, keçmiş, indi və gələcək haqqında bütün biliklərin yox olduğu bir məkana düşüblər.
Moudinin tədqiq etdiyi pasiyent qadınlardan biri danışırdı:
“Bütün həyatım gözlərimin önündən keçdi. Sonra hiss etdim ki, əsrlərin sirrini, bəşəriyyətin, varlığın məğzini bilirəm. Mən hər şeyi bilirdim. Geri qayıtmağa qərar verdikdə isə mənə dedilər ki, bu biliklər itəcək. Lakin heç nə üçün peşman deyiləm. Ölümümə az qalmış, uşaqlarımın yanına qayıtdım.Yadımdadır, biliklər bütün formalarda idi: Görüntü, fikir, səs... Elə hiss edirdim ki, sanki mənə naməlum heç nə yoxdur.”
Ya hər şeyi bil, ya da yerdəki həyatına davam et!
2500 il əvvəl Platon döyüşdə öldürülən Eranın, ölüm hadisəsini analiz edirdi. Ölən döyüşçülərin meyidləri 12 gün sonra yandırılarkən, Era qəfildən dirilmişdi. O, paralel dünyada çox şeylər görmüşdü. Onu həyata qaytarmışdılar ki, ölümdən sonrakı həyat barədə danışsın.
Bəzi kliniki ölüm keçirən insanlar əminliklə deyir ki, ölümdən sonrakı həyatda da universitetlər və təhsil ocaqları var. 19 yaşlı Villi Kraiçça:
“Mən əmin idim ki, tələbəyəm. Qarşımda müəllimlər var idi. Onların bilikləri mənə daxil olurdu. Lakin mən qayıtdım”.
Beş gün komada qalan 49 yaşlı bombeyli Rəhman Padeşa deyir: “Elm və məlumatlar çox asanlıqla mənə daxil olurdu. Sanki mən onları hazır cavablar şəklində udurdum”.
Ölümdən sonrakı həyatın bilikləri bəzən, insanların alt şüuruna girə bilir. İtaliyan bəstəkarı və skripkaçısı Cüzeppe Tartini bir dəfə yuxuda görür ki, şeytan onun skripkasını çalır. İlk səslər Tartinini heyrətləndirir. Səhər ayılanda o, musiqini xatırlayır və ona “ Şeytanın zənguləsi” adını verir. Bu sonata bəstəkarın ən gözəl əsəri hesab edilir.
[cavab]
ElectronNick
19 İyul 2013 / 21:02
Melis, sen cani bulari haradan copy eledin?
[cavab]
Melis
19 İyul 2013 / 21:04
ElectronNick, internetden
[cavab]
Bölmeye qayıt
0.1511 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az