həyat adli kitabının dəyərli müəllifi olmağa çalış
charkaz
5 Sen 2012 / 05:39
Bu movzunu herseyin maraqsiz oldugunu dusunen bir dostum ucun acdim, heyatda ozu ucun nese bir maraq tapmasini umid edirem. Heyat cox maraqlidi.
[cavab]
charkaz
5 Sen 2012 / 05:40
Hər bir insanın ömrü bir kitaba bənzəyir. İnsanın doğulması bu kitabın titul vərəqidir. İlk
ağlaması və inləməsi bu kitabın girişidir. İnsanın sonrakı şüurlu həyatı və davranışları bu kitabın
əsas məzmunudur...yalan və rezalətləri buraxılmış səhvlərdir... peşmançılığı sonradan edilən
düzəlişlərdir... ölümü nəticə və son şərtidir. Kitabın məzmunu hər şeydən əvvəl müəllifdən asılı
olduğu kimi,insan ömrünün məzmunu da məhz elə insandan asilidır.Odur ki,həyat adli kitabının
dəyərli müəllifi olmağa çalış.Hər günün dəyərli keçməsinə çalış.Biz sanki hər günün qeyri-adi bir gün olduğunu dərk etmədən, laqeyidcəsinə keçib gedirik bu həyatdan. Halbuki insan başdan-başa
həyatdır və həyatda yerini doldurmaq mümkün olmayan yeganə şey ölümdür. Hər şeyə çarə
tapmaq olar.Ancaq nə qədər vaxta kimi üzümüzdən bulud əskik olmayacaq? Nə vaxta qədər
özümüzə vaxt ayıra bilməyəcəyik? Nə vaxta qədər sevdiyimiz gülü başqasından gözləyəcəyik?
Nə üçün o gülü özümüz almayaq? Nə üçün acizliyimizə son qoyub, təbiətin oyanışına şahid
olmayaq? Nə üçün?..... Düşün bu haqqda.Unutma ki, bu həyatı gözəlləşdirən də, çirkinləndirən də sənsən. Bunun üçün başqalarını günahlandırma.
Hər səhər ciyərlərinə “1 qucaq təbəssüm” doldur və bütün günü ətrafına təbəssüm saç. Həyata
səssiz gəlib, səssiz getmə.Unutma ki, necə yaşamaq sənin əlindədir. Hər bir gözəllikdə pislik
axtaranlar korlanmış insanlardır,bu günahdır.Sən onlara fikir vermə.Hər bir gözəllikdə onun
yüksək mənasını görənlər mədəni insanlardır.Sən bunlara nəzər sal.Əsl insan isə gözəllikdə elə
gözəlliyi görməyi bacaranlardır .Kimsə sənə nədənsə şikayət etdikdə, iki seçim et -ya şikayətini
qəbul etmək ya da ona həyatın düzgün tərəflərini göstərmək.Sən həyatın düzgün tərəflərini izah etməyi seçməyə üstünlük ver.Pis bir hadisə olduğunda iki seçim et-ya təslim olmaq ya da dərs
almaq. Sən başına gələn pis hadisələrdən dərs almağı seçməyə üstünlük ver.Həyat seçimlərdən
ibarətdir.Hər durumda bir seçim vardır.Sən hər durumda necə davranacığını seç.Sən məqsədinin
yaxşı və ya pis olmasını seç.Yəni sən,həyatını necə yaşayacağını seçməlisən.Bəli bu gün qeyri –
adi bir gündür və bu gün də yaşamağa dəyər!Çünki həyatımızdan bir gündür.
[cavab]
NTZ
5 Sen 2012 / 05:46
charkaz,sen bunu mene yazmisan cunki meni ele bayaq bunun ustunde danladin.seni ve maqnumu cox sevirem bir dost kimi yaxsiki heyatimda varsiz yaxsiki menim yanimdasiz.cox sagol dosim yanimdasan ve meni fikirlesib bele bir movzu acmisan.SENİ COX SEVİREM
[cavab]
MaqnuM
5 Sen 2012 / 05:55
charkaz, yazdiqlarin qesey idi. Tesekkurler... Men oz heyatimin kitabinin muellifiyem. Aci heyatimin, deli muellifi...
red. MaqnuM (05.09 /06:00)
[cavab]
charkaz
5 Sen 2012 / 06:05
NTZ,Cox sagol, deymez elbette. Heyat maraqlidi, onu cox vaxt maraqsiz eden bizlerik mence.
[cavab]
charkaz
5 Sen 2012 / 06:09
MaqnuM,cox sagol. Eger heyatinin aci oldugunu derk edirsense eminemki deli deyilsen ve ozune deli dediyine gore dusunuremki agillisan)
[cavab]
MaqnuM
5 Sen 2012 / 06:12
charkaz, ehhh. Ne bilim qaqash
[cavab]
charkaz
5 Sen 2012 / 06:21
MaqnuM,Fikir eleme..) hardan dolub e bu pessimizm icinize?!)) atin getsin onu.
[cavab]
MaqnuM
5 Sen 2012 / 06:22
charkaz, heyat yasayanlara gozeldi. Yasaya- yasaya ölü olanlara yox
red. MaqnuM (05.09 /06:23)
[cavab]
charkaz
5 Sen 2012 / 06:30
MaqnuM,Qaqas sene bir nece meslehetim olacaq, diqqetle oxu))
Birinci qayda həyatı gözəl yaşamaq istəyirsənsə keçmişə qayıtmamalı,həmişə qabağa getməli və səbirli olmalısan. İkinci qayda hər nə olsada yaşamağa dəyər.Unutma heçnə daimi olmur nə olursada yaxşılığa doğru olur. Ən böyük səhv keçmişə qayıtmaqdı.O bizi hər zaman izliyir,amma unutmuyun keçmiş yaxşı olsaydı keçmişdə qalmazdı. Düşməninə qalib gəlmək istiyirsənsə ilk növbədə onnan dost olmalısan. Sizə yaxın olan insannan zərbə aldınızsa onu bağışlamağa dəyməz bilinki o yenə sizə pislik eliyə bilər. Mənim dəyərim qədər mənə dəyər vermədin artıq dünənimdə qaldın. Yalan özü birgün mənə doğrunu söyləyir. Sevgimi qazanmaq çox çətindi ama inamımı qazanmaq onnanda çətin. Həyatda çox şeyi itirmişəm əslində onlar məni itiriblər,amma mən elə yerdə gizlənmişəmki axtarsalarda tapa bilməyəcəklər =)) Sevgi elə bir qüvvədirki nə sözlə deyiləsi,nə də gözlə görüləsidi. Sirr saxlıya bilirsənsə onda öz sirrividə heç kəsə söyləmə.
))
red. charkaz (05.09 /06:37)
[cavab]
Bölmeye qayıt