((QEZEL))-((GECELERDE))

pol Merdolu 16 İyul 2013 / 02:55
Məni qorxutmadadır qorxu qaranlıq gecələrdə, Səhərimçün tuturam arzu qaranlıq gecələrdə, Gecə rəngindədi saf duyğu qaranlıq gecələrdə, Mənə kimsə eləyib cadu qaranlıq gecələrdə. Üçur arzum səni görsün gecələr qollu, qanadlı, Səhəri gözləyirəm mən yenə də arzu, muradlı, Bürüyür qəlbimi dəhşət elə bil ki, kədər adlı, Yeriyir üstümə bir ordu qaranlıq gecələrdə. Yerə ay kölgə salır könlümü qəmnən üzürəm mən, Nə qədər kölgəmə baxsın gözüm artıq bezirəm mən, Elə bil ki, gözümün nuru gedibdir gəzirəm mən, Günəşin nuruna həsrət bu qaranlıq gecələrdə. Nə qədər yol gedəsənki həmin axşam həmin izlər, Suyu getmiş gözüm ancaq yenə də cananı gözlər, Bu susuz çöllərə düşdümki görə yarimi gözlər, Onu görsün gözüm içmir su qaranlıq gecələrdə. Bilirəm ki, iki şey var biri vüslət biri hicran, Biri qəmdir biri dərman biri aşiq biri canan, Görəsən neyləyib hürküb ala göz sürməli ceyran, Onun ardıyca düşüb o vçu qaranlıq gecələrdə. Gecələr əyninə dərd adlı libasın geyə HUSEYN, Qəmə aludədi, öyrəncəlidi qəm yeyə HUSEYN, Yenidən könlünü yaarın ələ alsın deyə HUSEYN, Qara paltarda olub oğru qaranlıq gecələrdə!

[cavab]

pol (=AyaN=) 16 İyul 2013 / 02:56
Merdolu, SUPERdi.twk sen hardan tapirsan bulari?

[cavab]

pol Merdolu 16 İyul 2013 / 02:57
DEYMEZ.MINNETDARAM.OZUM YAZIRAM

[cavab]

pol Merdolu 16 İyul 2013 / 02:58
OZ QEZELLERIMDI

[cavab]

pol AyKaaaa 16 İyul 2013 / 03:01
Merdolu, ay canim dosim menim superdi.

[cavab]

pol Merdolu 16 İyul 2013 / 03:05
AyKaaaa, TEWEKKUR EDIREM.COX SAQOL DOSI

[cavab]

pol (=AyaN=) 16 İyul 2013 / 03:33
Merdolu, superdi halal olsun VALLAH.

[cavab]

pol Merdolu 16 İyul 2013 / 03:40
(=AyaN=), TEWEKKUR EDIREM.SAQOLUN

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1405 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az