RESEPTLER

pol ozdunyamiz 5 Sen 2012 / 01:34
Her kes istediyi resepti yazsin,kimede hansi resept lazim olsa sorucsun,bilen olsa cavablandiracaqdir.Mence maraqli movzudur.
Wirin sohbetler,Indiden Nuw olsun herkese:). Gorek kim daha yaxwi awbadi;)
Umid edirem tekrar deyil:)

[cavab]

pol ozdunyamiz 5 Sen 2012 / 01:43
=Çiyələkli fındıqlı tort=
Tərkibi:

4 yumurta
1 st. şəkər tozu
2 st. un
1 pt. vanil
1 pt. qabartma tozu

Kremi üçün:

1 st. süd
1 st. su
1 st. şəkər tozu
2 xq. un
1 xq. nişasta
1 pt. vanil

Arası üçün:

Çiyələk
Fındıq

Üzəri üçün:

Çiyələk püresi
Fındıq
Şanti

Hazırlanması:

Qarışdırma qabına 4 ədəd yumurtanı qırın .Üzərinə 1 st. şəkər tozu əlavə edib mikserlə qarışdırın. Daha sonra üzərinə 2 st. un, 1 pt. vanil və 1 pt. qabartma tozu əlavə edin və mikserlə qarışdırın. Keks qarışımını keks qəlibinə boşaldın.Öncədən qızdırılmış olan 170 dərəcəlik sobada bişirin.
Kremi üçün qazana 1 st. süd, 1 st. su, 1 st. şəkər tozu, 2 xq. un, 1 xq. nişasta və 1 pt. vanil əlavə edib kremi bişirin. Tortun keksini qəlibindən çıxarın və keksi ortadan kəsin. Keksin bir hissəsini şərbət ilə isladın. Üzərinə kremini əlavə edib yaxşıca yayın. Kremin üzərinə çiyələk dənələrini əlavə edin. Üzərinə sürtgəcdən keçirilmiş fındığı əlavə edin. Keksin digər hissəni də üzərinə qoyun. Təkrar şərbət ilə isladın. Tortun üstünə şantini çəkin və kənarlarına fındıq dənələrini səpin. Tortu servis qabına qoyun. Daha sonra üzərini çiyələklə bəzəyib bir neçə saat soyuducuda saxlayın. Tortumuz artıq hazırdır. Servis edə bilərsiz.

Nuş olsun!

[cavab]

pol prototype193 5 Sen 2012 / 01:53
BÖYÜRTKƏN TORTU
Vəsaitlər :
KEKSİ ÜÇÜN:
* 3 yumurta
* 1 st toz şəkər
* 2 xörek q toz badam
* 1,5 st sökə un
* 1 paket vanil
* 1 paket qabartma tozu
* yarım çay q su
Kremi üçün:
* 2 st süd
* 1 çay st toz şəkər
* 2,5 xörek q sökə un
* 1 xörek q vanil
* 2 xörek q damla şokolad
Keksi Yumşaltmaq üçün:
* böyürtkən marmeladı
Şantisi üçün:
* 1 paket toz şanti
* 1 su b süd
ÜZƏRİ ÜÇÜN:
böyürtkən
Hazırlanması :
Kremi üçün qazana 2 su stəkanı
südü alın Südün üzərinə, 1 çay
stəkanı toz şəkər, 2 5 şorba qaşığı
un, 1 şorba qaşığı vanil əlavə edib
davamlı qarışdıraraq kremi bişirin
Keksi üçün ayrıca qaba 3 ədəd
yumurta qırın Yumurtaların
üzərinə 1 su stəkanı toz şəkəri
əlavə edin və mikserlə çırpın
Üzərinə yarım çay stəkanı soyuq
su əlavə edin və qarışdırın
Üzərinə 1 5 su stəkanı un, 1 paket
vanil, 1 paket qabartma tozu
əlavə edin və qarışdırın Yumru bir
çevrənin altını yağlı kağız ilə
bağlayın
Yumru çevrənin içinə keks
qarışığını boşaldın Əvvəldən
isidilmiş olan 175 derecelik
sobada bişirin Bişən tort keksini
bişəndən sonra soyumağa buraxın
Daha sonra 3 qat kəsin Servis
qabına 1 qat tort keksini qoyun
Üzərinə böyürtkən cemi çəkin
Üzərinə kremin yarsını tökün və
yayın Üzərinə damla şokolad sepin
Üzərinə 2ci tort keksini qoyun və
əlinizlə basın Üzərinə böyürtkən
cemi və kremdən tökün Üzərinə
son keksi qoyun və üstünə şanti
çəkin Daha sonra tortun
kənarlarını şanti ilə bəzəyin nus olsun

[cavab]

pol Ayla 5 Sen 2012 / 01:58
mende yazacam ama bugun AXOT YOXDU ASABIYIIM

[cavab]

pol prototype193 5 Sen 2012 / 02:06
Kuraqalı olan korj üçün:
1 ədəd yumurta
0,5 stəkan (80qram) şəkər tozu
115-120 qram xama
0,5 ç.q. soda
0,75-1 stəkan (70-100 qram) un
1 x.q. nişasta
0,5 stəkan kuraqa (qaysı qurusu)
Krem üçün:
100-150 qram kərə yağı
0,5 banka (200 qram)
qatılaşdırılmış süd
Tortu bəzəmək üçün:
şokolad
qoz ləpəsi
Hazırlanma qaydası:
Tort üçün müxtəlif ədavalarla olan
3 korj bişirmək lazımdır.
Qoz ləpəsini xırdalayın. Qaysı
qurusunu yuyub, üzərindən qaynar
su töküb 15-20 dəqiqə ərzində
kənara çəkin. Sonra qaysı
qurusunun suyunu süzüb, qurudub,
xırda kub formasında doğrayın.
Xaş-xaşı ilıq su ilə yuyub, üzərinə
təmiz su töküb, sobada vam odda
20-30 dəqiqə ərzində qaynayana
qədər bişirin. Sonra narın
süzgəcdən keçirib, 2-3 qatlı
cunaya yerləşdirib, yaxşıca sıxın.
Xəmiri hazırlamağa başlayın.
Qoz ləpəsi olan korju hazırlamaq
üçün: boşqabda yumurtanı
sındırıb, üzərinə şəkər tozu əlavə
edib, yaxşıca çalın. Sonra üzərinə
xama və soda əlavə edib,
qarışdırın. (5 dəqiqə ərzində
kənara çəkib, saxlayın).
Un və nişastanı ələkdən keçirib,
hazırladığınız kütlənin içinə əlavə
edərək, qarışdırın. Sonra xəmirin
üzərinə xırda doğranılmış qoz
ləpəsini əlavə edib, qarışdırın.
Xəmir qatı xama kimi olmalıdır.
Bişirmək üçün xüsusi forma qabını
yağlayıb, xəmiri tökün. 170-180
dərəcə qızdırılmış sobada 18-20
dəqiqə ərzində xəmiri bişirin.
Eyni üsulla xaş-xaşlı korju da
hazırlayın, korja qoz ləpəsinin
əvəzinə əvvəlcədən hazırladığınız
xaş-xaşı əlavə edin. Həmçinin bu
korju da 170-180 dərəcə
qızdırılmış sobada 18-20 dəqiqə
ərzində bişirin.
Sonuncu korja qaysı qurusu əlavə
edib, bişirin.
Hər 3 korju soyumaq üçün kənara
çəkin.

[cavab]

pol alara 5 Sen 2012 / 02:31
mashallah oglanlarimiz daha aktivdi ki bu movzuda...

[cavab]

pol prototype193 5 Sen 2012 / 02:33
alara onu duz dedin

[cavab]

pol Dj_KeNaN 5 Sen 2012 / 02:38
Desert xowlayiram

[cavab]

pol prototype193 5 Sen 2012 / 02:51
samka,ureyim bulandi bele seyler yazma

[cavab]

pol Dost 5 Sen 2012 / 02:53
samka,beh beh beh menede bisir ondan yeyecemmm

[cavab]

[1] 2 3 ... 6 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1659 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az