RESEPTLER
WanTed
6 Sen 2012 / 19:54
Tərəvəzlərin içində karp balığı
Ərzaqlar:
1)1,5- 2 kq çəkidə karp
2)1-2 ədəd bolqar bibəri
3)1-2 ədəd soğan
4)300 qram göbələk
5)0,5 limon
6)duz, istiot
]Hazırlanma qaydası:
Karp balığını yuyub, qurulayın. Balığın hər tərəfini duz və istiotla sürtün. Limonun yarısını nazik-nazik dilimləyin. Karp balığın bir tərəfində bıçaqla kəsiklər edərək, limon dilimlərini həmin o kəsiklərin içinə yerləşdirin. Qalan limonun şirəsini sıxıb, balığın üzərinə səpin.
Göbələkləri 20 dəqiqə ərzində suda bişirib, duzlayın. Sonra suyunu süzüb, göbələkləri isə xırda-xırda doğrayın.
Soğanı halqa formasında doğrayıb, 3 dəqiqə ərzində yağda qovurun. Sonra üzərinə xırda doğranılmış kök əlavə edib, 5 dəqiqə ərzində qızardın.
Qızardılmış soğan və kökün üstünə nazik dilimlərlə doğranılmış bibərləri əlavə edərək, yenə də 5 dəqiqə ərzində bişirməyə davam edin.
Bişirmək üçün xüsusi forma qabını və yaxud tavanı yağlayıb, içinə bişmiş tərəvəzləri və göbələkləri tökərək, üstündən balığı (limon dilimləri qoyulan tərəfi üzdə olmalıdır) yerləşdirin.
Balığın dərisini bitki yağı ilə yaxşıca sürtüb, 180-190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişirin.
Balığin bişməyi onun çəkisindən asılıdır.
Süfrəyə verərkən balığı göyərti və tərəvəzlərlə bəzəyin. Nuş olsun!
red. WanTed (06.09 /20:03)
[cavab]
xuliqanYusif
6 Sen 2012 / 20:56
ozdunyamiz,awbadi nedi?
red. xuliqanYusif (06.09 /20:57)
[cavab]
MaqnuM
6 Sen 2012 / 22:43
Senator, deymez
[cavab]
Rako
6 Sen 2012 / 23:40
MaqnuM,qoyun eti evezine mal eti olar?
[cavab]
ozdunyamiz
6 Sen 2012 / 23:58
Rako,qoyun eti ona gore vurulurki yagli oldugundan yemek daha yumwaq ve tamli olur,mal etide olar,ancaaq tami ferqlenecek
[cavab]
ozdunyamiz
7 Sen 2012 / 19:59
Badımcan şorbası - FOTO
Tərkibi (6 pay):
2 iri pomidor
2 iri badımcan
2 x.q. zeytun yağı
1 orta boy soğan
4 diş sarımsaq
1 ç.q. kəklikotu
1 l toyuq bulyonu
60 ml 20-30%-li qaymaq
100 q feta
duz
istiot
Pomidor və badımcanları yarı bölüb siniyə düzün. Üzərinə zeytun yağı çəkib, duz, istiot səpin.
Sinini 200 dərəcə qızdırılmış sobaya qoyun, tərəvəzləri 40 dəqiqə bişirin.
Soğanı yarımhalqa, sarımsağı xırda doğrayın.
Tavada 1 x.q. bitki yağında soğanla sarımsağı qarışdıra-qarışdıra 4-5 dəqiqə qovurun.
Sobadakı tərəvəzləri çıxarıb qabığını soyun.
Tavadakı soğan-sarımsağa əlavə edin, bulyon, kəklikotu, lazım gələrsə, duz əlavə edin. Qaynara düşəndə qapağını örtün, ocağı azaldıb 20 dəqiqə bişirin.
Dərin qaba tökün (əgər qazanda bişirmisinizsə, başqa qaba boşaltmağa gərək yoxdur). Qaymaq əlavə edib blender vasitəsilə xırdalayın.
Duzunu yoxlayın, azdırsa, əlavə edin.
Boşqablara çəkin, üzərinə xırdalanmış feta pendiri səpin.
Nuş olsun!
[cavab]
ozdunyamiz
7 Sen 2012 / 20:02
Zərif gilas piroqu - FOTO
Tərkibi:
xəmir üçün:
100 q 9%-li kəsmik
1 yumurta
2 x.q. şəkər tozu
3 x.q. süd
75 q kərə yağı və ya marqarin
2 ç.q. qabartma tozu
1,5-2 st. un
içinə:
1,5 st. çəyirdəksiz gilas
sous:
3 yumurta
100 ml 10%-li qaymaq
200 q kəsmik
3 x.q. şəkər tozu
1 x.q. mannı
Kəsmiyi yumurta və şəkər tozu ilə çalın. Süd, əridilmiş yağ, qabartma tozu ilə qarışdırılmış un əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.
Xəmiri yağlanmış siniyə qoyun, kənarlarını qaldırın (qabın formasını təkrarlasın).
Sousun ərzaqlarını mikserlə çalın. Gilasları xəmirin üstünə düzün. Sousu üstünə əlavə edin.
Əvvəlcədən qızdırılmış sobada 30-40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır piroqun üstünə şəkər pudrası səpə bilərsiniz.
Nuş olsun!
[cavab]
ESMER_91
7 Sen 2012 / 22:12
Kesmikli Blincik
Tərkibi: 1 st. un 0,5 l süd 5 yumurta 1
ç.q. şəkər tozu 1 çimdik duz 1 x.q. bitki
yağı.
İç üçün: 500 q kəsmik 2-3 x.q. şəkər
tozu 1 yumurtanın sarısı vanil. Hazırlanması: Yumurtanı çalın, şəkər
tozu, duz, süd əlavə edib dayanmadan
qarışdıra-qarışdıra un əlavə edin. Elə
qarışdırın ki, içində lopa qalmasın. Bitki
yağı əlavə edib yenə qarışdırın. Tavanı
qızdırın. Azca yağlayın. Qaşıqla xəmirdən götürüb tavaya töküb hər iki
üzünü bişirin. Amma çox qızartmayın. İç
üçün olan ərzaqları qarışdırın. Blinlərin
içinə qoyub konvert kimi bükün və
yenidən kərə yağında qızardın.Nuw olsun
[cavab]
ESMER_91
7 Sen 2012 / 22:23
kokoslu truffe
Evvele sade biskvit hazirlayiriq. Bunun ucun 5 yumurta, 1 st pesok,qabartma tozu,2 st un,vanil lazimdir. Bu erzaqlardan biskviti xemirini hazirlayib sobada biwiririk. Biskvit soyuduqdan sonra surtgecden keciririk. Krem hazirlayiriq- 250 qr yag+ qatilawdirilmiw sud+vanil. Krem hazir olduqda surtgecden kecirdiyimiz biskvit ovuntularini kremin icine elave edib qariwdiririq. 1 st qozu mawinla cekib bu qariwima elave edirik. Bu qariwimdan qoz boyuklukde truffeler duzeldib kokosa batiririq.
[cavab]
MaqnuM
8 Sen 2012 / 02:07
Rako, qaqas ozdunyamiz duz diyir. Bir ferqi yoxdu. Qoyun eti evezine mal etinden istifade ede bilersen. Amma taminda ferq olacaq. Meslehetlisi qoyun etidi
[cavab]
Bölmeye qayıt
0.1722 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az