RESEPTLER
Senator
6 Sen 2012 / 01:17
Yaxshi dexlisiz sheyler yazmiyinda . Bura beyendiyiviz reseptleri yazirlar ...
[cavab]
ozdunyamiz
6 Sen 2012 / 02:57
Artiq siz uje laglagaya kecdiniz. Men dedimki kimese lazim ola biler,duzemelli reseptler yazin.
[cavab]
WanTed
6 Sen 2012 / 04:51
en yaxwi resept senatorun reseptidi.albali kampotu:oo
[cavab]
MaqnuM
6 Sen 2012 / 06:19
aydaaa. Lap ureyim bulandi ki. Bele weyler yazmayindeee.... Ozdunyamiz, qaqaw silde laglaga ucun yazdiqlarini
[cavab]
MaqnuM
6 Sen 2012 / 06:59
Lahmacun ( bu reseptden 8 eded lahmacun cixir)
Xemiri ucun:
1 xörek qaşığı quru maya
1 çay qaşığı şeker tozu
1 stekanin 3/4 u qeder ilıq su
4 stekan un
2 cay qasigi duz
Üstü Üçün:
225q cekilmis qoyun eti
1 eded xirda-xirda dogranmis sogan (1/2 stekan qeder)
3 eded pomidor - qabigi soyulmus, sixilaraq denesi cixarilmis ve xirda-xirda dogranilmis (1 stekan qeder)
3/4 stekan xirda-xirda dogranmis ceferi
3 diw xirda-xirda dogranmis sarimsaq
1 xorek qasigi aci qirmizi biber tozu
2 cay qasigi wirin qirmizi biber tozu (paprika)
4 xorek qasigi soyuq su
Duz
Sufreye vermek ucun:
Ceferi
Limon
Ayran
Evvelce xemiri hazirlayin. Bir qabda maya, weker ve 1/2 stekan iliq suyu maya hell olana qeder qariwdirin. Qoyun isti yerde 10 deqiqe, ustu kopuklenene qeder dursun. 1 stekan uni iri qaba eleyin. Ustune mayali qarisigi (beyaq hazirladigimizi) elave edib qariwdirin. Qabin ustunu salafanla ortub 30 deqiqe isti yerde saxlayin. Sonra qalan unu da bunun uzerine elave edin. Duzu ve qalan 1/4 stekan suyuda elave edib, yaxwica qariwdirin. Xemiri 10 deqiqe erzinde yogurun. Hazir olan xemir elatik olmali ve ele yapismamalidir. Xemiri iri qaba qoyub ustunu desmalla ortun. 1 saatliq isti yerde saxlayin ki, xemir gelsin (acisin)...
Bundan sonra ici hazirlayin. Bunun ucun ice ayrilan erzaqlari bir qaba qoyub, yaxwi qariwanadek yogurun. Sobani 230C-dek qizdirin. Iri deyaz formani ters cevirin ve uzerini biraz unlayib, kenara qoyun...
Gelmiw xemiri biraz un sepilmiw yere qoyun ve elinizle ona uzunsov wekil verin. Iti bicaqla 8 hisseye bolun. Hisseleri kundeleyib, ovcunuzla biraz yastilayin. Sonra bu kundelerin uzerini ortub, 20 deqiqelik isti yere qoyun...
Sonra ise kundelerin birini unlanmis yerde 25sm-lik cox nazik daire elde edenedek oxlovla acin ve unlanmis formaya qoyun. Dairenin ustune hazirladigimiz icden qoyun. Lahmacunu isinmiw sobada et biwenedek, texminen 7 deqiqe biwirin. Biwen lahmacunu sobadan cixaran kimi kenarlarina yag surtun (kenarindaki xemirin yumsalmasi ucun)... Bir lahmacun biwene qeder o biri kundeleri eyniyle hazirlayin... Lahmacunu sufreye isti-isti verin. Uzerine limon sixib, ceferi qoyub yeyin... Lahmacunun yaninda ayran da yaddan cixmasin...
Ayran:
4 stekan qatiq
4 stekan su
Duz
Ustu kopuklenene qeder calin. Eyer qatiginiz suludursa suyun miqdarini az edin...
Nuw Olsun!
[cavab]
Senator
6 Sen 2012 / 12:25
MaqnuM, Seher seher ishdahimizi acdin teshekkur :D
[cavab]
ozdunyamiz
6 Sen 2012 / 15:53
Üzüm piroqu
FOTO GORUNUWU
Tərkibi:
150 q un
1/4 ç.q. duz
1/2 ç.q. qabartma tozu
120 q otaq temperaturunda kərə yağı
120 q şəkər tozu
1 ç.q. vanilli şəkər
2 iri yumurta
250-300 q üzüm
Unu duz və qabartma tozu ilə birlikdə ələyin.
Yağı adi və vanilli şəkər tozu ilə krem halına gələnədək çalın. Bir-bir yumurtaları əlavə edib hər birindən sonra yaxşıca çalın.
Unu əlavə edib eynicinsli xəmir alınanadək qarışdırın.
Xəmiri diametri 21-16 sm olan, kərə yağı ilə yağlanmış siniyə tökün. Hamarlayın. Üstünə üzüm dənələri düzün (çərdəyi varsa, çıxarın, çox iri gilələri yarı bölün).
180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Hazır olub-olmadığını diş, yaxud kibrit çöpü ilə yoxlayın.
Soyudun, doğrayın.
Nuş olsun!
[cavab]
WanTed
6 Sen 2012 / 17:30
Qarışqaların yaratdığı möcüzəvi mənzərəni təsvir edən tortun resepti
Ərzaqlar:
1) Xəmir üçün: 200 qram kərə yağı
2) 3 x.q. şəkər tozu
3)3 x.q. xama
4)1,5-2 ç.q. yumşaldıcı
5)4 stəkan un
6)bir az vanilin
Krem üçün:
1)200 qram kərə yağı
2)1 banka qatılaşdırılmış süd (suda bişmiş olsun)
Tortu bəzəmək üçün:
1)Şokolad
2)30-50 qram qoz ləpəsi
3)Xaşxaş
Hazırlanma qaydası:
Unu ələkdən keçirib, yarı hissəsinə yumşaldıcı əlavə edin. Kərə yağını əridib, təmiz boşqaba tökün. Kərə yağın üzərinə şəkər tozu, xama, vanilin əlavə edib, qarışdırın. Tədricən un əlavə edərək, xəmir yoğurun (əvvəlcə yumşaldıcı qarışdırılan unu, sonra isə qalan unu əlavə edin). Xəmir yoğurandan sonra 30-40 dəqiqə ərzində soyuducuya yerləşdirin.
Soyudulmuş xəmiri ətçəkən maşından və yaxud sürtkəcin iri gözündən (onda əvvəlcə soyuducuya yox, dondurucu kamera yerləşdirin) keçirin. Ətçəkən maşından keçirilən xəmiri, bişirmək üçün xüsusi forma qabına yerləşdirin (yağlamaq lazım deyil). 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə ərzində xəmir qızarana qədər bişirin.
Bişmiş kövrək xəmiri soyudub, əlinizlə xırdalayaraq, ovun.
Krem hazırlamağa başlayın: yumuşaldılmış kərə yağını 1-3 dəqiqə ərzində mikserdə çalın. Tədricən üzərinə 1 xörək qaşığı ilə bişmiş qatılaşdırıcı süd əlavə edərək, yaxşıca çalın. (Yaxşı olar ki, qatılaşdırıcı südü özünüz ev şəraitində suda bişirəsiz).
Xırda doğranılmış (ovulmuş) korjun üzərinə krem, xırda doğranılmış qoz ləpəsi əlavə edib, qarışdırın. Sonra boşqabda tortu “təpəcik” şəkilndə yerləşdirin. Tortun üzərinə xaşxaş və sürtkəcdən keçirilmiş şokolad səpin. Tortu canına çəkdirmək üçün bir neçə saata soyuducuya yerləşdirin (yaxşı olar ki, gecədən hazırlayıb, soyuducuya yerləşdirəsiz). Nuş olsun!
red. WanTed (06.09 /17:39)
[cavab]
Ilham
6 Sen 2012 / 17:38
sanmkanin yazdigi resepti yazinda xahis edirem
[cavab]
Rako
6 Sen 2012 / 19:10
MaqnuM,qoyun eti yerine mal eti olar?
[cavab]
Bölmeye qayıt
0.119 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az