Her qelbin dibinde cokuntu var?
_BeZdElLnIk_
14 İyul 2013 / 03:56
Qoç - hisslər və hissiyat
günüdür. İntuisiyanızı işə salın,
yaşamınızdakı qəfil dəyişiklikləri
anlamağa çalışın.
Bu yeniliklərin perspektivdə
işlərə təsir miqyasını
dəyərləndirməyə cəhd göstərin.
Gərgin təmaslar, emosiyalı
ünsiyyət, xoşagəlməz hadisələr
anlaşılmazlıq yarada bilər. Amma
bütün bunlarla yanaşı,
fikirlərinizi dürüst istiqamətə
yönəldin və problemləri tədricən
həll edin.
Yeni simalar görmək üçün
müxtəlif yerlərdə olun.
İnformasiya arayırsınız, amma
sırf praktik məqamlarla
maraqlanın.
Axşam saatlarında yaxşıca
dincəlin, sabahkı günə hazırlaşın.
Çünki sabah gün asan
olmayacaq.
Buğa - nəticənin bütünlüklə
sizdən asılı olduğu gündür. Cari
işlərlə məşğul olun, böyük planlar
qurmayın. Rutin proseslər sizi
usandırsa belə, kəmhövsələlik
etməyin. Tənbəlliyə və ətalətə,
süstlüyə və apatiyaya
qapılmayın. Aktiv olun.
Hisslərlə yaşam arealınızı
qaydaya salın, məkanı və
emosiyaları pozitiv yeniliklər
üçün təmizləyin.
Axşam saatlarında xoş ünsiyyət
günün yorğunluğunu unutdurar.
Əkizlər - seçim və konkret qərar
günüdür. Perspektivləri
müəyyənləşdirin, addımlarınızı
tərəfdaş və ya şəriklə
razılaşdırın. İmkanlar genişlənir.
Lakin indi gördüyünüz və ya sizə
təklif olunan işi bəyənməsəniz
də, daha çox xaosun
yaranmasının səbəbkarı olmayın.
Əksinə, işləri sistemləşdirin,
gərəksiz nəsnə və ünsürlərdən
qurtulun, əməllərinizi və
istəklərinizi yerbəyer edin.
Belədə hisslərdə də aydınlıq
yaşanacaq.
Baş verənlərə dərhal, tələsik
qiymət verməyin. Tənqidə
qapılmayın, indiyədək
demədiyiniz sözləri yaxın insana
söyləməyin. Yaşananları
məntiqlə dəyərləndirəmyə
emosiyalar mane ola bilər.
Münaqişə yaranmamalıdır.
Axşam saatları ev işləri, ailə
ünsiyyəti üçündür.
Xərçəng - rəvan gündür. Günün
ilk yarısında təcili işləri
müəyyənləşdirin, ilk növbədə
onlarla məşğul olun. Mühüm
nüansların diqqətdən
yayınmasına imkan verməyin.
Təmkinli, soyuqqanlı olun,
emosiyalara qapılmayın. Sonrakı
peşmançılıq hissinin
yaranmaması üçün düşünülmüş
addımlar atın.
Səhhətinizə fikir verin. Sizə
uyğun və əlverişli olan
profilaktika variantlarından
birini gerçəkləşdirə bilərsiniz.
Gün bol təəssüratlar vəd edir.
Mühüm mövzulardan birini
inkişaf etdirmək üçün təməl
hazırlayın.
Şir - yaxşı gündür. Əla
formadasınız və hadisələrin
ritmindən, intensivlik və
sayından bəhrələnə bilərsiniz.
Hər şey sürətlə dəyişir, yaxın
ətrafınızdakı insanlar təmaslara
hazırdır. Emosiya və
dəyərləndirmələrinizdə sayıq
olun.
Narazı qaldığınız məsələlərdən
qurtulmaq və yeni planlarınızın
təməlini qoymaq üçün əlverişli
vaxtdır. Şansdan yararlanın,
ətalətli olmayın, hadisələri öz
məcrasına buraxaraq laqeyd
müşahidəçi olmayın.
Günün ikinci yarısında baş
verəcək hadisələr sizi təbdən
çıxararaq qıcıqlandıra bilər.
Ənənəvi dəyərlərə yenidən baxış
və ya konkret nəticənin əldə
olunması - sonuc sizdən asılıdır.
Aktiv olun. Qüvvənizi
dəyərləndirin, istənilən söz və ya
hərəkətinizin sonrakı əks-
sədasını təxminləməyə çalışın.
[cavab]
(=KuRT=)
14 İyul 2013 / 03:58
Oxatan.
[cavab]
_BeZdElLnIk_
14 İyul 2013 / 04:00
Qız - gələcək günlərin
bünövrəsinin qoyulduğu
vaxtdır. Yeni işlərə mənəvi və
fiziki baxımdan hazırlaşın. Sizdə
razılıq hissi yaradan işlərdə
çalışın, amma tapşırıq və
göstərişləri də unutmayın. Yaxın
insanlarla ünsiyyətdə diqqətli
olun.
Dayanıqlı münasibətləri
emosiyalar və qıcıqla imtahana
çəkməyin.
Səhhətinizi unutmayın. Açıq
havada gəzinti məsləhətdir.
İzafi çəki probleminiz varsa, bu
gün tamahınızın öhdəsindən
gəlin. Fiziki yükü artırın.
Tərəzi - çətin gündür.
Gözləntiləriniz miqyaslı olmasın.
Təşəbbüs və ideyanız tərəfdaş,
iş yoldaşı və ya şərikiniz
tərəfindən qəbul olunmur.
İstənilən işdə yalnız öz
qüvvənizə və imkanlarınıza bel
bağlayın.
Ciddi, qəti addım atmaq üçün
münasib gün deyil. Əlavə
gərginlik olmadan çalışın,
qayğıların sayını azaltmağa
çalışın.
Axşam saatlarında istirahət edin,
ev işləri ilə məşğul olun. Qonaq
getmək olar.
Heç nəyi mürəkkəbləşdirməyin.
Amma sizin üçün önəmli olan
insanlarla ünsiyyətdə yaranan
mühüm anlardan da yan
keçməyin.
Çoxdan bəri diqqət izharınızı
gözləyən insanı yada salın.
Əqrəb - aydın gündür.
Başqalarının səhvlərini yaxşı
görürsünüz, amma öz
yanlışlıqlarınızı da sezməyə,
anlamağa çalışın. Sizinlə yeni
ritmdə çalışmaq istəməyən
insana qarşı iddialarla çıxış
etməyin.
Günün ilk yarısında ifrat
intensivliklə çalışmayın. Pozitiv
ola biləcək xəbərlər istisna deyil.
Lakin stresslər, əlavə yük,
tapşırıq və iş də istisna deyil.
İndi olmasa da, yaxın
perspektivdə genişmiqyaslı iş
vəd edən olaylar yaşanır.
Yaranan problemləri həll etmək
üçün həll yollarını arayın, fikir və
ideyalarınızı qaydaya salın.
Ehtiyac varsa, yarımçıq qalmış işi
bərpa edərək başa çatdırın.
Görüşlərdən birində səslər
yüksələ bilər. Çalışın, boş
söhbətlərə və mənasız
mübahisələrə vaxt ayırmayın.
Yanınızdakı insanların da
vaxtlarını işə sərf etməsinə can
atın.
Oxatan - hadisələrin ildırım
sürətilə yaşanacağı gündür. Baş
verənləri anlayırsınız, amma bir
sıra məqamlar sizi gərginlikdə
saxlayır.
Yeni ideyaları reallaşdırmağa
tələsməyin. Hətta yeni
mərhələyə hesablanmış planlar
belə, çətinliklərlə qarşılaşa bilər.
Malik olduğunuz ünsürlərlə
məqamları dəyərləndirin.
Aktiv olun, tənbəllik etməyin.
Fəal iş və gərgin çalışmaq günün
sonunda uğurlu nəticə ilə başa
çata bilər. Ötən həftədən bəri
yığılıb qalan stresslərdən
qurtulmağa çalışın.
Yardıma ehtiyacı olan insana
kömək edin. Şəxsi işlərinizdən
birini sürəkli təxirəsalmalardan
qurtarın.
[cavab]
_BeZdElLnIk_
14 İyul 2013 / 04:01
Oğlaq - yaxın bildiyiniz insanlar
üçün gördüyünüz işlər uğurla
başa çatacaq. Xüsusi diqqət və
məsuliyyət tələb edən sahələrdə
sayıq olun, səhvlərə yol
verməməyə çalışın.
Tələsməyin, kəmhövsələlik
etməyin, işlərinizdə və sizi əhatə
edən məkanda qaylda yaradın.
Sözləriniz və işləriniz estetik
komponentli olsun.
Təmasları və ünsiyyəti elə seçin
ki, onlar sizə yük olmasın.
Yaşamınızda baş verən və ilk
baxışdan sırf təsadüf təsiri
bağışlayan hadisələri təhlil edin.
Mümkün problemləri əvvəlcədən
təxminləməyə, onları ilkin
mərhələdə həll etməyə çalışın.
Dolça - asan, kommunikasiyalar
yaratmağın əlverişli olduğu bir
gündür. Yaxın ətrafınızdakı
insanlarla ünsiyyət qurmaq çətin
olmayacaq.
Lakin həmsöhbətinizin
emosional durumunun
incəliklərinə və təfərrüatlarına
fikir verin. Əks təqdirdə
iddialarla, tələbkarlıqla
qarşılaşacaqsınız. Çoxsaylı
tapşırıqlar və ən başlıcası
mənasız məsləhətlərdən
qurtulmaq üçün bütün vaxtınızı
işə sərf edin.
Yaradıcılıq, ünsiyyət,
həmfikirlərlə söhbət üçün yaxşı
gündür. Hərəkətdə olun,
məlumat arayın.
Alış-veriş üçün düşərli vaxtdır.
Hobbi və maraqlarınız üçün
gərəkli əşyaları ala bilərsiniz.
Balıqlar - maliyyə
məsələlərindəki anlaşılmazlıq və
qeyri-müəyyənlik indi sizi ciddi
narahat edir. Hansısa məsələ ilə
bağlı qayığlar çoxdursa, bu
mövzunu inkişaf etdirməkdə
əmin deyilsinizsə - məsələdən,
ümumiyyətlə, imtina edin.
Bu imtinadan sonra hansısa
başqa məsələdə inkişaf istisna
deyil.
Planlarınız və gözləntilərinizdən
asılı olmayan kənar siqnallar
diqqət yetirməli olduğunuz
məqamı göstərəcək. Ən müxtəlif
hadisələr, ən fərqli sürətdə
yaşanacaq olaylar mümkündür.
Şəxsi məsələlərdə soyuq məntiqi
bu gün unudun, ürəyinizin
hökmünə qulaq asın.
[cavab]
Bölmeye qayıt