<>Qorxulu hekaye <>
ElectronNick
13 İyul 2013 / 23:03
Hekaye - Bir yay gunu
Gonderen - XP
Tercume - XP
Yer - Namelum
Yashayan - 3 Mektebli
---
...Ancaq o, dediklərində o qədər
iddialı idi ki, bizə sübut edəcəyini
dedi. Dərhal stolun üzərinə 4 fincan
və 4 kart düzdü. Fincanlar ağ
rəngdə, kartlar isə hamısı “7 qara
ürək” idi. Onun bu cür cəld
davranışları bizi biraz qorxutmağa
başladı ancaq bizi ən çox bu işin
axırı yəni onun pərt olmasını
görmək maraqlandırırdı .
Fincanları və kartları düzdükdən
sonra bizə sol əlimizi kartın üzərinə
qoymağmızı tələb etdi və qəribə
sözlər və ifadələr işlətməyə başladı.
Bir neçə dəqiqədən sonra otaqdakı
şən atmosfer birdən-birə bizim
tüklərimizi ürpədəcək qədər
qorxulu olan bir vəziyyətə döndü.
Ruh çağıracağını deyən
dostumuzdan başqa hamımız çox
qorxurduq. Mən əlimi kartdan
çəkmək istədim amma əlim sanki
yapışmışdı stolun üzərinə. Ruh
çağıracağını deyən dostumuz
səsini bir az da yüksəldi və 3-4
saniyə sonra stolun üzərindəki
bütün fincanlar möhkəm yerə
çırpıldı və hamısı param-parça
oldu. Fincanlar sınan kimi
əlimi tez çəkə bildim kartın
üzərindən. Ancaq hamımız çox
qorxmuşduq. Tez dostumuzla
sağollaşıb evlərini tərk etdik. Evə
getdim. Bütün gecəni yata
bilmədim qorxumdan. Ancaq səhər
açıldı və dərsə getdikdən sonra
yavaş-yavaş baş verənlər də
unuduldu. Ancaq əsas qorxulu
hadisələr də bundan sonra
başlandı. Evlərinə qonaq getdiyimiz
dostum həmin hadisədən sonra
evlərinin vanna otağında
yuyunarkən ayağı sürüşdü və
başının yerə dəyməsi ilə öldü.
Dostumgilə mənimlə gedən digər
dostum isə gördüyü qəribə
yuxulardan sonra ciddi ruhi
xəstəliyə tutularaq dəlixanaya
aparıldı və orada intihar etdiyini
eşitdim. Ruh çağıracağını deyən
dostum isə hadisədən bir neçə gün
sonra ortalıqdan yox oldu. Çox
axtarılsa da izinə rast gəlmək
mümkün olmadı. İndi sadəcə mən
qalmışam. Sıranın məndə olduğunu
bilirəm. Çox qorxuram. Ancaq digər
3 dostum həmin hadisə baş
verəndən sonra 4-5 gün içərisində
öldükləri halda mən hadisədən 14
gün keçməyinə baxmayaraq hələ
də yaşayıram. Hər gün Allaha
dualar edirəm. Və öz-özlüyümdə
bir şeyi düşünürəm. “Həmin
dostum ruh çağıran an çox
qorxdum və həyatımda bəlkə də ilk
dəfə bütün ürəyimlə, “Allahım məni
bu dəhşətdən qoru, çox
qorxuram” dedim.” Bəlkə də bu
duanı təkcə mən etdiyimə görə
mən hələ də həyatdayam...
[cavab]
bad-boy1
13 İyul 2013 / 23:06
cox twk.
[cavab]
*Error*time*
13 İyul 2013 / 23:10
qaqam xaiw ekin sahesine kec
red. *Error*time* (13.07 /23:13)
[cavab]
uzeyir
13 İyul 2013 / 23:36
ElectronNick, superdi twk movzu cun
[cavab]
*Romantic*
14 İyul 2013 / 00:17
Bütün mövzularını oxuyuram.hamısı super.ama bu təkrardı.yenədə tşk
[cavab]
Bölmeye qayıt
0.1608 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az