(18+) Qorxulu vs maraqli hekaye

pol ElectronNick 13 İyul 2013 / 21:43
.. Şeytanın lənəti ...
(qorxulu, psixioloji, mistik, sirr,
hekayə)
Səməd sinifdəki yoldaşlarına
baxmayaraq olduqca səssiz bir
uşaq idi. Davamlı kitab oxuyardı.
Oxuduğu kitablar həmişə cinlər,
qarabasanlar, şeytanlar, kabuslar
ilə əlaqədar idi. Yoldaşları
Səməddən çox xoşlanmazdılar,
çünki bu yaşına baxmayaraq
olduqca qəribə bir uşaq idi. Dərsi
dinləməz, kitablarını əlindən
buraxmazdı. Uşaqlarla söhbət
zamanı həmişə onların
varlıqlarından, bir gün onun
dalınca gələcəklərindən danışardı.
Onlara şeytanlar tərəfindən
lənətlənmiş biri olduğu deyərdi.
Uşaqlar çox da üzərinə getməyib
başı ilə təsdiq edib ona inandığını
bildirirdilər. Əslində isə kitabların
təsirinə düşüb belə hərəkətlər
elədiyini düşünürdülər. Səmədin
anası və atası həyatda deyillərdi.
Tək başına yaşayardı. Bəzi
qohumları Səmədi evlərinə dəvət
eləsə də, Səməd evdə tək başına
olmanın özü üçün daha yaxşı
olduğunu söyləyirdi. Artıq
qohumları da ondan çəkinməyə
başlamışdı. Yemək və bəzi
ehtiyacları mövzusunda kömək
etmələrini əsirgəmirdilər amma
qohumları. Səmədin dediyinə görə
valideynləri dünyasını dəyişəndə
onun 16 yaşı var idi, üstündən bir
ilin keçməsinə baxmayaraq özünü
taparlamışdı. Səbəbini soruşanda
isə "tezliklə, mən də onların yanına
gedəcəm" deyə cavab verirdi. Evin
tək uşağı olan Səməd özünün bir
cadu ilə dünyaya gəldiyini
söyləyirdi. Valideynlərinin
ölümünü Səmədin üç hərflilərlə
əlaqədə olması ilə əsaslandırırdıl ­
ar. Özünün söylədiyinə görə,
valideynləri qəribə bir şəkildə
dünyasını dəyişmişdilər. Səhər
yataqlarında ölü halda tapılan
valideynlərinin bədənlərində
qəribə işarəli izlər olduğunu
görmüşdü. Qohumları ölüm
xəbərini anlayana kimi Səməd bir
neçə gün evdə valideynlərinin
cəsədi ilə yaşayırmış...
Günlər ötdükcə, uşaqlar daha da
ondan qorxmağa başlayırdılar.
Gecələr Səmədin evdə şeytanlarla
danışdığını söyləyən sinif
yoldaşlarından biri bunu təsadüfən
pəncərədən gördüyünü deyirdi.
Yenə həmən dərs günlərindən biri
idi. Amma bu dəfə Səməd dərsə
gəlməmişdi. Dərs əvvəlki qaydada
davam edirdi. Səmədin olmaması
uşaqlarda da rahatlıq yaratmışdı.
Günlər biri-birini əvəz edirdi, amma
Səməddən hələ də bir xəbər yox
idi. Ancaq bir gün qohumlarından
birinin Səmədin ölüm xəbərinin
gətirməsi ilə hər şey aydın
olmuşdu. Səmədin ehtiyaclarını
ödəmək üçün evlərinə gediyini
söyləyən qohumu qapını döysə də
bir səs gəlmədiyini deyirdi. Bir neçə
saatdan sonra təkrar gəlib qapını
döysə də eyni vəziyyət
təkrarlanmışdı.

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 21:46
Hər gün
Səməddən xəbər tutan qohumu
narahat qalıb qapını sındırıb
içəri keçdiyini söylədi. Evdən
qəribə bir qoxu gəlirdi. Ayrıca
şamlar əriyib qurtarmış, yerdə
qəribə cızıqlar var idi və ərəb
hərfləri ilə yazılmış vərəqlərdəki
sözlər. Açıq kitabların birində isə
şeytanın çağırılması haqqında
dualar var idi. Gecə lampası
yanıq idi, otağı işıqlandırmaq
üçün işıqları yandırdım. Amma
gözlərimə inana bilmədim
Səməd yerdə qan içində yatırdı.
Çox qorxmuşdum. Qaçıb getmək
istədim, amma birinci Səmədin
ölüb-ölməməyini yoxladım.
Üzünü çevirəndə dəhşətə
gəldim. Ağzı-burnu əyilmişdi,
gözlərindən hələ də qan gəlməyə
davam edirdi. Ayaqları tərs
dönmüş , üzünün rəngi isə
ağappaq olmuşdu. Geri-geri
addımlayıb evdən qaçmaq
istəsəm də qapı öz-özünə
çırpılaraq bağlandı. İşıqları isə
sanki kimsə söndürdü. Hər tərəf
qaranlıq idi, telefonumun işığını
yandırıb pəncərə tərəfə gedib
qaçmaq istədim. Səmədin
otağından gələndən səs məni
daha da qorxutdu. Qəribə bir
uğultu kimi, yaxınlaşaraq
qulaqlarımı batırana qədər
davam elədi, daha sonra sərin
bir mehlə sona çatdı. O zaman
evdə tək olmadığımı anladım.
Pəncərəyə tərəf gedib özümü
bayıra tullamaq istədim, arxadan
gələn bir pıçıltı məni saxladı,
arxaya çevrilib baxanda Səmədi
gördüm, eyni formada , cansız
bədəni qabağımda dikilmişdi.
Qorxumdan qışqırmağa
başladım, şüşəni qırıb
pəncərədən tullandım. Bəlkə də
sonuncu gördüyüm psixioloji bir
hal idi, deyə düşünürdüm. Çünki
sabahsı gün cəsəd öz yerində
idi. Araşdırmadan sonra şkafdan
bir gündəlik tapmışdım. Səmədin
gündəliyini. Əvvəllərdən
səhifələməyə başladım gündəlik
həyatında olub bitənləri bir-bir
yazmışdı bura. Amma sonuncu
günlər çox qəribə hadisələr baş
vermişdi, oxuduqca dəhşətə
gəlmişdim. Öldüyü gündən bir
neçə saat yazılmış bir yazı isə
belə idi:
Bu gün mənim doğum günüm.
Artıq tamam olmuşdu. Onlarla
getməli idim. Bu axşam arxamca
gələcəkdilər, məni aparmağa. Bir
cadu ilə dünyaya gəlmişdim,
şeytanların lənəti ilə. O lənət ki,
valideynlərimi aldı əlimdən,
qohumlarımdan məni uzaq saldı,
yaxınlarımın gözündə məni
qəribə bir adam kimi göstərdi.
Bu gecə ruhum azad olacaqdı,
amma bədənim yox. Neçə illər
ruhumu ələ keçirmiş şeytan
bugün bədənimdən ayrılacaqdı.
Ruhumu azad edəcəkdi. Artıq
gecə yarısı yaxınlaşır. Səslərini
eşidirəm onun, neçə il gözümə
görsənmədən mənimlə danışan
şeytan bu gecə məni aparmaq
üçün gəlirdi. Ayaq səsləri
getdikcə yaxınlaşırdı, səslər , o
pıçıltılar eyni ilə valideynlərimin
ölüm günləri eşidilmişdi. Bu dəfə
isə növbə mənim idi. Getmək,
azad olmaq vaxtı idi, əlvida
qaranlıq dünya, əlvida..

[cavab]

pol *Error*time* 13 İyul 2013 / 21:50
<>S<>U<>P<>E<>R<>
red. *Error*time* (13.07 /21:56)

[cavab]

pol Puyol 13 İyul 2013 / 21:55
Ayri var?

[cavab]

pol *Romantic* 13 İyul 2013 / 21:58
Maraqlıdı

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2837 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az