Qorxulu ft maraqli hekaye

pol ElectronNick 13 İyul 2013 / 21:15
... Lənətli cinlər ...
(qorxulu, mistik, ibrətamiz,
yaşanmış)
14 yaşımda olarkən başlamışdı hər
şey. İsveçrədə yaşayırdım, cin və bu
mövzular haqqında bir çox
məlumat əldə etmişdim. Mənimlə
bərabər bir neçə dotum da bu işlə
məşğul olurdular. Onlar məndən
böyük idilər. Bu işə də marağımın
artması onlar tərəfindən oldu.
Təxminən 1 həftə sonra, ilk seansı
sınadıq və müvəffəqiyyətli olduq.
Bu seanslar, çox həyəcanlı olmağa
başladı və biz bunu davamlı
təkrarladıq... Mən, bu mövzuyla
yoldaşlarımdan daha çox
maraqlandığım üçün onlara daha
da yaxınlaşmaq istədim.Əvvəllə r
müvəffəqiyyətli ola bilmədim və
cinlərə inancım azaldı. Artıq
həvəsim ölmüşdü, çox da onlarla
əlaqə yaratmırdım. 15 yaşlarımda
bu hadisələri yuxumda yaşamağa
başladım və gerçək həyata keçdi.
Yavaş yavaş sevmədiyim insanlara
kiçik zərərlər gəlməyə başladı. Artıq
bir şey olmadan əvvəl, hiss edə
bilirdim bu da məni çox xoşbəxt
edirdi və mən, getdikcə özümü
onların yanında hiss etməyə
başladım! 16 yaşımda, Türkiyəyə
köçdük, onlar da mənimlə idi. Bu
şəkildə çox gözəl və maraqlı illər
keçirdim və 18 yaşıma gəldiyimdə
bir radioda DJ-liklə məşğul
olurdum. Bir gecə bəzi mahnıları
işləmək üçün studyada qaldım,
yenə tək deyildim, amma bu dəfə
bunu hiss etmək, mənə xoşbəxtlik
vermirdi. Əksinə narahat olmağa və
boğulmağa başladım. Bir səs
keçirməz studiyada, maraqlı bir
şəkildə birinin nəfəsini hiss
edirdim və tüklərim ürpərdi. Hətta
ilk dəfə qorxdum. Bütün bunların
yorğunluqdan və yuxusuzluqdan
ola biləcəyini düşünərək mətbəxə
bir stəkan su götürməyə getdim.
Tam arxamı dönüb işığı
söndürərkən, biri arxamda
pıçıldadı və o an qorxudan
qanımın çəkildiyini hiss etdim. Ən
pisi də, radionun olduğu binadakı
dairələr, iş yerləri idi və gecənin
saat 02:30 da məndən başqa heç
kim yox idi. Tam bu sırada, bu
düşüncələrimdən sıyrılmama
imkan verməyən ikinci və daha
şiddətli bir səslə diksindim və
studiyaya qaçıb qapını kilidlədim.
Yerimə oturdum, suyumu içdim və
musiqini sonuna qədər açdım,
amma yenə də bu vəziyyətdən xilas
ola bilmədim, çünki bu dəfə
çiyinimə bir əl hiss etdim. Dona
qaldım... Heç tərpənmədən
qorxaraq qarşımdakı güzgüdən
arxamda olub bitənləri anlamağa
çalışdım və gördüklərim məni
dəhşətə saldı. Arxamda bir sıra
kölgələr yer dəyişdirib dayanırdı
deyəsən, 7-8 dənə idilər.

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 21:17
Pilləkanlarla qaçaraq aşağı endim.
Tək düşündüyüm, motosikletimə
oturub oradan uzaqlaşmaq idi,
amma mühərriki işlədə bilmədim!
Bir neçə dəfə sınadıqdan sonra
bacardım və sürətlə evə getdim.
Tam evə yaxınlaşarkən mühərrik
birdən dayandı. Səsini eşidən itim,
qaçaraq gəldi və məni tanımamış
kimi davranıb hürməyə başladı.
Ağlayaraq evə girdim. Anam böyük
bir həyacanla oyandı. Hər şeyi
başdan anlatmağa başladım. O
gecə heç yata bilmədim, qulağımda
qəribə fısıltı səsləri gəlirdi, kimsə
məni sıxır, nəfəsim daralırdı sanki,
ən pisi isə yatağımın başında
qaraltı bir kölgənin məni izlədiyini
hiss edirdim. Sabahısı gün fərqli
fərqli mollalara getdik və edilməsi
gərəkən nə varsa etdilər. Amma
bütün bunlar çatmadı və arxamı
buraxmadılar və artıq onlara
alışmağa başlamışdım. Sonra, yalnız
birini çox dəqiq bir şəkildə hər
mühitdə görməyə başladım. Bir
qadın idi və davamlı qarşımda,
yanımda, həmişə yaxınımda bir
yerlərdə oturub gülərək məni
izləyirdi. Onun varlığı, artıq mənə
qorxudan çox narahatlıq verməyə
başlamışdı. Çünki, əlini tutduğum
və ya toxunduğum qızların o an ya
burunları qanayırdı, ya yıxılıb bir
yerlərini incidirdilər, ya da bir
yerləri ağrıyırdı. Belə davam edə
bilməyəcəyimi düşünmüşdüm,
intihar etmək istəyirdim.
İsveçrədəki dostlarımın ölüm
xəbərini eşidəndə vəziyyətim daha
da pisləşdi, onlar da eyni hadisələr
yaşamışdılar və sonu da intihar.
Bəlkə sıradakı mən idim, bilmirdim,
tək bildiyim var idi, gərək
başlancıqdan bu işlərə
qoşulmazdım. Bu də qoca bir
dünyagörmüş molla ilə
məsləhətləşdim. Olanları anlatdım.
Molla isə cavabında "onun səni
rahat buraxması üçün tək bir istəyi
vardı o da, cinsi birlik. " dedi.
Amma mən bir dəfə birlikdə
olduqdan sonra ömür boyu onun
əsiri olacağamı bilirdim Davamlı
məni təhrik edirdi və özümə çətin
mane olurdum. Bu sırada mənə
kömək etməyə çalışan mollanın
tövsiyəsiylə İstanbulda bir kahinə
getdim. 3 gün onun evində qaldım
və çox dəyişik üsullar tətbiq etdi.
Amma xeyri olmadı, arxamı
buraxmırlar, hara getsəm mənimlə
olurlar. Başqa əlacım yox idi, ya
onlarla yaşamlı idim ya da ... Tək
tövsiyəm həyatınızı daha həyəcanlı
edə bilmək üçün bu hadisələrlə
maraqlanmayın. Çünki itirdiyiniz
şey yenə öz həyatınız olacaq.

[cavab]

pol AyKaaaa 13 İyul 2013 / 21:28
ElectronNick, eee men bunlari oxuyuram sonra yata bilmirem.

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 21:30
AyKaaaa, oxumada gormursen movzunun adini gorursen niye movzuya girirsen?

[cavab]

pol [A]V[A]R[A] 13 İyul 2013 / 21:31
AyKaaaa, uww :)

[cavab]

pol AyKaaaa 13 İyul 2013 / 21:32
ElectronNick, eee maraqlidi axi hemde ki ureyim dozmedi werh yox idide....

[cavab]

pol Puyol 13 İyul 2013 / 21:33
Ardi var?

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 21:38
yox ama new hekayeler yazacam balaca uşaqlar qoysa ay uşaqlar bu movzuya giriw qadağandi girirsiz sora axwam yata bilmirsiz yeqin dalimca soyursuz indiden deyirem cavabdeh men deyilem

[cavab]

pol AyKaaaa 13 İyul 2013 / 21:39
[A]V[A]R[A], hop-hop qaqaw agir ol.
red. AyKaaaa (13.07 /21:40)

[cavab]

pol AyKaaaa 13 İyul 2013 / 21:39
ElectronNick, qaqam 17 yawim var eeeeeee uwaq deyilem hemde ki qorxma soymerem ozude bele bir ayda.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1437 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az