CENNET - CEHENNEM.
Eli_7
13 İyul 2013 / 15:06
Qəddar və günahkar insan vəfat
edir. Cəhənnəmin qapısında
onu mələk qarşılayır. Mələk
deyir: ” Cəhənnəmə getmək
istəməyəcəksən. Əgər indi
həyatın boyu etdiyin cəmi bir
yaxşılığı yadına salıb, mənə
desən, bu kifayət edər ki,
bağışlanıb, Cənnətə düşəsən “.
Kişi həyəcanla fikirləşir, bütün
qohumlarını, dostlarını,
ətrafında olmuş insanları
xatırlayır, onlara nə vaxtsa
yaxşılıq etdiyi yadına düşmür.
Vaxt bitir, o, xilas üçün bir
səbəb tapa bilmir. Kişini
Cəhənnəmin qapısından içəri
atmaq istəyirlər ki, o, qışqırır: ”
Dayanın, xatırladım. Bir dəfə
meşədə gedirdim, yolumun
üstündə tor qurmuş hörümçəyi
gördüm, mən ordan ehtiyatla
keçdim ki, onun yuvası
pozulmasın “.
Mələk gülümsəyir, bu vaxt
göydən bir hörümçək gəlir, öz
torundan həmin adama uzadır.
Adam ipdən yapışıb
Cəhənnəmdən yuxarı, Cənnətə
qalxmağa başlayır. Bu vaxt
aşağıda olan digər günahkar
insanlar da torun aşağısından
yapışıb, xilas olmaq üçün imdad
istəyirlər. Bir neçəsi tordan
tutub qalxır. Kişi qorxur: ”
Birdən adamlar ağırlıq edər, ip
qırılar “.
Özünü xilas etmək üçün o,
ayağı ilə aşağıdan yapışan
insanları yerə itələməyə
başlayır. Bu vaxt həqiqətən də
ip qırılır və kişi Cəhənnəmə
yuvarlanır. Son anda onun
qulağına Mələyin səsi gəlir: ”
Təəssüf. Sənin qorxun və
narahatlığın qəzəbə və
paxıllığa çevrildi, sən yenə də
pis əməlindən qalmadın. Son
anda heç olmasa bir-iki insana
yaxşılıq etmək şansını da əldən
qaçırdın. Bu hərəkətinlə bütün
ömrün boyu etdiyin o bircə
yaxşılığı da itirdin “
[cavab]
ElectronNick
13 İyul 2013 / 15:10
duzdu
[cavab]
milan@mailru
13 İyul 2013 / 16:18
Bu bir Kinoda var qaqaw .
[cavab]
su@perisi
13 İyul 2013 / 17:06
heqiqeten duzdu
[cavab]
alenam
13 İyul 2013 / 17:26
insanlar ibrət götürsun belə mövzulardan cox sağ olun.
[cavab]
Bölmeye qayıt
0.1508 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az