:::silinmez dostluq:::
ErRoR_MeMo
13 İyul 2013 / 14:45
Bir-birini çox sevən iki səmimi dost
birlikdə yola düşürlər. Dağlardan,
meşələrdən, çaylardan keçib bir
səhraya çatırlar. Uzun yol dostlardan
birinin ürəyini sıxmağa başlayır. Eyni
açılsın deyə dostunun boynuna bir şillə
çəkir.
Yorğunluqdan taqəti tükənən, üstəlik
də durduğu yerdə şillə yeyən dost
qumun üstünə " Bu gün ən yaxşı dostum
mənə şillə vurdu " yazır və dostundan "
məni niyə vurdun?" - deyə soruşmadan
yoluna davam edir.
Dostların bitməz-tükənməz səyahəti
səhrada davam edərkən şillə yeyib
inciyən dost qəflətən bir qum girdabına
düşür. Əvvəlcə ona şillə vuran dost
dərhal köməyə gəlir. Qumlar dostunu
girdaba çəkərkən əl uzadıb onu xilas
edir.
Şillə vuran dostunun onu xilas etdiyini
görən yolçu bu dəfə də bir daşın
üstündə bıçaqla " Bu gün məni ən yaxşı
dostum ölümdən xilas etdi!" yazır və
belə bir dostu olduğuna görə Allaha
şükür edir.
Bunu görən xilaskar dost isə sözlərin
quma deyil, daşa yazılmasını heyrətlə
qarşılayır və ona:
- Mən sənə şillə vuranda " Bu gün ən
yaxşı dostum mənə şillə vurdu!"
sözlərini qumda yazmışdın. Bu gün isə
səni girdabdan xilas edəndə daşın
üstünə " Bu gün məni ən yaxşı dostum
ölümdən xilas etdi!" yazdın. Bunun
səbəbini öyrənə bilərəm? - deyə
soruşur.
Dostu ona təbəssüm edib:
- Sən mənə şillə vuranda
qəzəblənmədən quma " Bu gün ən yaxşı
dostum mənə şillə vurdu!" sözlərini
yazdım ki, əsən küləklər yazını silib
aparsın. Məni girdabdan xilas edəndə
isə" Bu gün məni ən yaxşı dostum
ölümdən xilas etdi" sözlərini daşlara
yazdım ki, heç bir külək dostluğumuzu
silib aparmasın. Dostluğumuz əbədi
olsun, - deyir.
[cavab]
Eli_7
13 İyul 2013 / 14:52
ErRoR_MeMo, COX SAGOL ELLERINE SAGLIQ
[cavab]
hulk2
13 İyul 2013 / 15:40
Indi Bele Dost Tapmaq Cetindi
[cavab]
Valentina
13 İyul 2013 / 17:12
[cavab]
alenam
13 İyul 2013 / 17:22
hər insan dostluğun qədrini bilə bilməz mənim hal hazırda 1 dostum var
[cavab]
(=AyaN=)
13 İyul 2013 / 17:58
Cox Gozeldi twk
[cavab]
Bölmeye qayıt
0.1365 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az