şeytanin duasi
ElectronNick
13 İyul 2013 / 13:17
Gecənin ən qaranlıq vaxtı
bütün insanlar ve qarışqalar öz
yuvalarında yatrdılar.
İnsansızlıqdan qapsını toz
basmış məscid kimsəsiz
küçələrin dərin qaranlığında,
əbədi sükutunda tənhalıq
yuxusunda idi. Qəribə bürkü
vardı. Şəhərin yuxusunda
qəribə bir hürkü hiss olunurdu.
Gündüzlər bəzənən, süslənən,
daranan, gecələr isə bütün suni
bəzəkləri cıxarıb yataqlarnda
uyuyan əsl simalarında eybəcər
olan gözəlçələrə bənzəyirdi.
Heç bir canlı dərin sukutu
pozmaga cəsarət etməzdi
amma cəsarətli kəs addımı
səsləri eşidildi. Qara libasına
bürünmüş bu yad qaranlığa
qarışaraq addımlayırdı. Qara
uzun paltarı yer ilə sürünür,
sanki bütün zülməti özü ilə
dartıb aparırdı. Yavaşca
məscidin qapısını acid Qapı
tükürpədici səs cıxardı. Bu
məscidin çəkdiyi “ah” idi. Axırkı
onu yada salan olmuşdu amma
bu sevinc ahı bir an içində qəm
fəryadına çevrildi. Məscidin
qonağı vardı amma bu qonağ
heç gözlənilmirdi də, Qara uzun
libasına bürünmüş qaranlıqdan
seçilməyən bu simada qan
rəngli iki göz parlayırdı. Bu
şeytan idi…
Sonra Şeytan Məscidin çirkli
xalçasına, rəflərdəki toz basmış
Quranlara, köhnə minbərə
baxdı. Bu mənzərə onu dəhşətə
gətirdi. Sonuncu dəfə Məscidə
girəndə yüzlərlə, minlərlə
Müsəlman ona o, qədər lənət
yağdırmışdıkı çıxış yolu
tapmayıb minarədən atılmış və
üç gün özünə gələ bilməmişdi.
İndi isə boş Məscidə baxır və
duşmənlərnə yazığı gəlrdi.
Biraz irəlilədi, üzünü Qibləyə
tutdu və diz çökdü. Əllərini açıb
duaya başladı:
-Ey uca və qüdrətli Allah-Təala
sənə dua etmədiyim 1000 il
oldu. Özün bilirsən sənin rizan
üçün necə darıxmışam. Keçmiş
vaxtları xatırlayıram Cəbrayl,
Mikayl, İsrafil, Ezrayl yadma
düşür. Sənə etdiyim ibadətlər
yadıma düşür. Mən sənə hər
kəsdən yaxın olmuşdum
xoşbəxt idim və sonra insanı
yaratdın və mən günaha
batdım, Böyük günaha. Məni
oradan qovdun cəhənnəmi
qismət etdin. Yox, mən tövbə
etməyə gəlməmişəm, sözümüz
sözdür! Sözümüz sözdür
qiyamətə kimi insanları sənin
yolundan çıxaracağımı vəd
etmişəm, səndə mənə vaxt
verdiyini söz vermişdin amma
indi hər şey başqa cürdür
əvvələr mən insanları sənin
yolundan çıxara blirdim İndi isə
heç kəsi pis yola sala bilmirəm.
Çünki insanlar özləri əyri
yoldadılar. Mənə heç ehtiyacda
yoxdur mənide üzən,
kədərləndirən elə budur.
Özümü çox lazmsız hiss edirəm.
Heç bir işə yaramayan bir
məxluq oldum. Həyatımın
mənası insanları pis yola
çəkməkdi, indisə həyatmın
mənası bitib. Yalvarıram, uca
Allah, mənim bir duamı qəbul
et. Yalvarıram dünyaya yaxşı
insanlar gətir. Məndə onları
yoldan çıxarmağa çalışım. Boş
durmayım. Bekarçılıqdan
ürəyim sıxılır. Yalvarıram
dünyaya yaxşı insanlar gətir.
Qara libaslı bu yad duasını
bitirib, göz yaşlarını silb yavaş-
yavaş Məscidən çıxdı.
...Qara libasi yer ilə sürünərək
qaranlığa qarışdı və yad
zülmətdə yox oldu...
[cavab]
@_T_E_N_H_A_@
13 İyul 2013 / 13:55
ALLAH insanlara rehim etsin.aminn.
red. @_T_E_N_H_A_@ (13.07 /13:56)
[cavab]
anominka
13 İyul 2013 / 14:20
Bu Qaraqanin romanidi?
[cavab]
anominka
13 İyul 2013 / 14:42
vauuuu super...esl ibret
[cavab]
Bölmeye qayıt
0.1441 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az