Ölümunu gozleyirdi

pol ElectronNick 13 İyul 2013 / 12:38
Məktəbdən tanış olduğum
Ramazan
adında çox səmimi bir yoldaşım
vardı.
Ramazan mənə bir gün "bizim
kəndə
bir gedək, sənə kəndi gəzdirim
həm
də ailəmlə tanış olarsan" dedi. Mən
də
"tamam uyğun bir zamanda evdən
icazə alaram gedərik" demişdim.
Nəysə qəbul imtahanına 10-15 gün
qalmış yorğunluğumuzu atmaq
üçün
öz özümüzə tətilə girməyə, gəzib
əylənməyə qərar vermişdik.
Ramazan
"fürsət bu fürsət, get atana
vəziyyəti
izah et". Mən də vəziyyəti atama
açıqladım. "Yoldaşımın kəndinə
getmək üçün mənə icazə
verərsənmi?"
dedim. O da "yaxşı 3-4 gün birlikdə
gəzə bilərsən" dedi. Doğrusu biraz
sevindim, həm də imtahanqabağı
yorğunluğumu atmış olacaqdım.
Ramazanı tapdım və kəndlərinə
getdik.
Ailəsiylə tanış olduq. Çay filan içdik
deyərkən Ramazan "gəl çölə çıxaq"
dedi. Bir az gəzdikdən sonra təkrar
evə
döndük. Ramazanın ailəsi bir az
zəngin
idi. Bağçalarında iki dənə evləri
vardı.
Evin biri köhnə, digəri yeni yəni
oturduqları ev idi.
Ramazan "gəl köhnə evə girək
köhnə
əşyalara baxaq" dedi. Nəysə girdik
evə.
Köhnə qaz lampalarına,
çaxmaqlara,
tüfənglərə baxdıq. Girdiyimiz
otaqda
köhnə qırmızı kreslolar, köhnə bir
vitrin, şkaflar, sandıqlar vardı. Bir
neçə
əşyaya daha baxdıqdan sonra
sandıqlara gəldi sıra. Ramazan və
mən
ayrı bir sandıq götürdük. Açdıq
sandıqları. İkimizinkindən də
kitablar
зıxdı. Kitabları qarışdırarkən
içlərindən
bir kitab gözümə dəydi. Kitabı
əlimə
aldım çətin çıxardım sandıqdan.
Sanki
tökülürdü. Kitabın qalınlığı 30-40
sm
vardı. Yaşıl dərili və başlığı "Gizli
Sirlər"
adlı bir kitab idi. Kitabı götürdüm
və
kresloya oturdum. Qarışdırmağa
başladım. Kitabın məzmunu cinlər,
ruhlar, dualar, qarabasmalar və s.
qorxuducu anlayışlar. Kitabı
oxuyarkən
başım ağrımağa başladı.

[cavab]

pol Miraga_385 13 İyul 2013 / 12:44
ardi var

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 12:46
"Ramazan
mənə bir dərman tap, artıq dözə
bilməyəcəyəm" dedim. Nəysə kitabı
oxuyurdum. Həm qorxudur həm də
həyəcan verir. Bu vaxt Ramazan da
başqa şeylərlə məşğul olur. Kitab
cin,
ruh çağırmadan filan bəhs edirdi.
Bir
saat qədər qurdaladım kitabı. Son
səhifəsinə baxdığımda qorxudan
öləcəkdim. Nə yazırdı?. Bu kitabı
oxuyarkən başınız ağrıya bilər
yazırdı.
Bir titrəmə gəldi mənə. Geriyə
söykəndim. Qulaqlarıma uğuldama
gəldi. Ramazana göstərdim kitabı.
O
da araşdırdı. Başınız ağrıya bilər
yazısını ona da göstərdim.
Heyrətləndi.
"Kitabda yazanlardan ruh
çağırmağı
edək" dedi. Sabahısı gün şəhərə
dönüb edəcəkdik. Axşam oldu
yatma
vaxtı gəldi. üzərimdəki yorğunluq
getməmişdi. Mən yata bilmədim
qorxurdum. Ramazan yatmışdı.
Onu
qaldırdım. "Mən yatım sonra sən
yat"
dedim. İşığı filan yandırdıb
başımda
gözlətdim. Mən yatdıqdan sonra o
da
yatmış. Səhər olunca şəhərə
döndük.
Bizim evdə kitabı açdıq təkrar
araşdırdıq. Kitabda yazan Ruh
çağırmağı edəcəkdik. Ramazan
"tək
ikimiz olmaz bir neçə adama da
söyləyək" dedi. Bir dostumuza
daha
söylədik. Razılaşdı. Kitabı açdıq.
Ruh
çağırmaqla əlaqədar lazımlı əşyaları
təmin etdik. Əşyalar isə; yemək
nimçəsi
böyüklüyündə şüşə parçası, iki
ədəd
metal qapaq idi və şam. Qaranlıq
bir
otaqda şüşə parçasının üzərinə
qapaqları qoyduqdan sonra iki
adam
barmağını qoyacaq digər adam
kitabdakı duanı oxuyacaqdı.
Kitabda,
ediləcəklərin ağılı, şüuru yerində,
qorxusu olmayanların etməsini
söylənirdi. Gələcək ruhun
söylədiklərimiz i və ya
soruşacaqlarımı zı
cavablandıracaq , daha sonra geri
qaytarmağı bacarmasaq itaət
etməyib
bizi qorxudacağı deyilirdi. Yəni ən
sonunda psixioloji təsir edər,
bəzən
intihara qədər apara biləcəyi
yazırdı.
Onun üçün çox tərəddütdə idik.
Nəysə
yoldaşlar "edək" dedi. Axşam bizim
evdə toplandıq. İşıqları söndürdük.
Əgər ruh gəlirsə gələcəkdən bir iki
sual
soruşacaqdıq. Şüşə parçasını yerə
qoyduq. Qapaqları da qoyduq.
Ramazan və mən barmaqlarımızı
qapaqlara qoyduq. Şamı yandırdıq.
O
biri yoldaşımızda kitabdakı duanı
oxumaya başladı. Qorxudan
tərləməyə başladıq. O biri
yoldaşımız
da çox qorxmuşdu. Şam birdən öz-
özünə söndü, daha da qorxdu, dili
tutuldu sanki, kəkələyərək
danışmağa
başladı. Edə bilmədik. Alınmadı.
Qorxunu məğlub etsəydik
edəcəkdik.
Axırlarına çatırdıq ki, o biri
yoldaşımız
qışqıraraq ayağa durdu, kitabı yerə
tullayıb evdən qaçdı. Bacara
bilmədik.
Bir də qarşımıza nə çıxacaq, bu işin
axırı necə olacaq - onu da
bilməyirdik.
Çox peşman olmuşduq, etməsəydik
gərək əvvəldən deyə təəssüfləndik,
həm də çox qorxurduq. Sabahısı
gün
kitabı Ramazana verdik get yerinə
qoy
deyə. "Mən tək getmərəm, siz də
gəlin" dedi. Biz də "gələ bilmərik"
dedik, "Sən apar". O isə bunu edə
bilməyəcəyini dedi, kitabı bizdə
qoydu,
sabah kəndlərinə qayıtdı.

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 12:52
Anasının
izah
etdiyinə görə Ramazan evə gəldi,
köhnə evə şıxdı. "Uzun bir müddət
gəlməyincə mən də narahat oldum
gedib bir baxım" deyirdi. Sonra
getmiş.
Ramazan otağının ortasında diz
çökmüş və gözləri bağlı bir şəkildə
dayanırmış. Anası "Ramazan" deyə
səslənmiş. Heç səs çıxmamış. Bir
neçə
dəqiqə sonra Ramazan anasına
tərəf
çevrilmiş, qəribə səslər çıxarmağa
başlamış, qəribə əl hərəkətləri
edirmiş,
sanki kimsə onu incidir, döyürdü, o
isə
əlləri ilə özünü müdafiyə etməyə
çalışırmış, gözlərini açmış, qırmızı
imiş,
anası da təbii çox qorxmuş, ağılını
itirdiyini anlamış. Bəli, Ramazan
ağılını
itirmişdi, kitabda deyildiyi kimi. Bir
gün
sonra Ramazanın ölüm xəbərini
eşitdik, özünü köhnə evin
pəncərəsindən dəmirlərin üstünə
ataraq intihar etmişdi. Bu xəbərin
üstündən iki gün sonra bizimlə
birlikdə
olan o biri yoldaşımızın
havalandığını,
sabahı günü isə o da özünü
öldürdüyünü eşitdim. deyəsən
vəziyyət
çox pis idi, növbə məndə idi, mən
də
elə olacaqdım, özümü
öldürəcəkdim.
Öz-özümə düşünürdüm, axı
alınmamışdı, tam oxuyub qurtara
bilməmişdik yazını, necə ola bilər? ,
amma o gəlmişdi aramızda idi.
Bəlkə
bir cıxış yolu var idi, kitabı açdım,
vərəqlədim, çağırdığımızı geri
qaytarmaq üçün bir yazı var idi.
Lazımı
vəziyyəti yaratdım, oxumağa
başladım,
biraz uca səslə, birdən otağın
qapısı
öz-özünə çırpılmağa başladı,
pərdələr
tərpənirdi öz-özünə, çox
qorxurdum,
amma ölməkdənsə bu yaxşı idi,
yazını
oxuyub bitirdim. Hər şey dayandı,
özümü biraz rahat hiss etdim.
Sabahı
gözləmək qalırdı. Yatağıma girdim,
yuxu gec gəldi amma yatmışdım,
yuxuda digər iki dostumu gördüm,
ayaqlarımdan tutub məni harasa
sürüyürdülər, "sən də bizimlə
gələcəksən" deyirdilər, üz-gözləri
cırıq-
cırıq, yanıq idi. Səhər ayıldım, tər
içində idim. Gözləmək lazım idi
sadəcə, bəlkə mən də birazdan elə
olacaqım, bəlkə mən də öləcəkdim,
bilmirdim, sadəcə oturub öz
ölümümü
gözləyirdim...

[cavab]

pol Miraga_385 13 İyul 2013 / 12:52
elaaa

[cavab]

pol hulk2 13 İyul 2013 / 12:54
ardi var ???

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 12:54
qaqa gorursen oxuyan yoxdu senden başqa ona gore maraqda qalmir yazmaqa

[cavab]

pol hulk2 13 İyul 2013 / 12:55
yazda maraqlidii

[cavab]

pol ElectronNick 13 İyul 2013 / 12:55
hulk2, yox hele ölümünü gözleyir

[cavab]

pol hulk2 13 İyul 2013 / 12:56
basqa hekaye varsa yazda

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1468 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az