O axşam neler baş verdi?
ElectronNick
13 İyul 2013 / 12:28
Danışacağım hadisə bundan 16 il
əvvəl yaşanmışdır. O yay günləri ən
çox məşğuliyyətimiz yoldaşlarla
gecə dərəyə enmək idi və
endiyimiz hər gecə bir-birimizə
qorxu hekayələri izah edərdik. İzah
etdiyimiz hekayələr ümumiyyətlə öz
xəyal gücümüz olardı, lakin izah
edərkən sanki yaşamış kimi izah
edərdik və öz uydurduğumuz
hekayəyə o mühitin verdiyi
gərginliklə özümüz də inanar və
qorxardıq. İçimizdə ən çox hekayə
izah edən Nazim deyə bir
dostumuz idi. Yaşca bizdən böyük
idi və bizi qorxutmağı yaxşı
bacarırdı açıqcası. Yenə belə bir
gecədə o, bizə çox maraqlı bir
hekayə izah etdi. Hekayəyə görə
günahı çox olan bəzi insanların
gözünə nəsə görsənər, səbəbsiz
yerə içlərindən gələn bir odla külə
çevriləcək qədər yanırlarmış. Bu
yanma o qədər tez olurmuş ki,
özünü qurtarmağa zamanı
olmurmuş qurbanın. Ayrıca bu
hadisə qurban tək olarkən
reallaşırmış, yəni hadisəni görən
şahid olmurmuş çox zaman. Bu
izah etdiyi hekayə maraqlı olduğu
qədər inandırıcı gəlməmişdi
çoxumuza. Lakin evindən gətirdiyi
ensiklopediya da yazılanları bizə
göstərdi, qurbanlar və yanmış
cəsədləri, ölüm tarixləri kimi
məlumatlarlar da var idi. Tüklərimiz
tikan tikan olmuşdu hamımızın. Bu
hadisələr gerçək yaşanmış
hadisələr olaraq izah edilirdi
ensiklopediyada dəlilləri ilə. Gecə
bitdikdən sonra hər kəs evə
dağılışdı, mənimlə Nazim qaldı,
mən də sağollaşıb gedəcəkdim.
[cavab]
ElectronNick
13 İyul 2013 / 12:30
. O
da təbii gedəcəkdi, amma evə yox.
Gecələri içki içər, biraz gəzdikdən
sonra səhərə yaxın gedib evə
yatardı. Demək olardı ki, səfil həyat
tərzi keçirərdi. Pulu isə oğurluq
edərək tapırdı. Mən evə tərəf
gedəndə o hələ orda oturub,
qaladığımız ocaqla qurdalanırdı. İri
addımlarla təpəyə çıxırdım, evə
çatıb bütün gecəni kürəyi uzanıq
halda tavanı izləyirdim, yuxu
gəlmirdi. Dərədən gələn qışqırıq
səsləri yatmağıma mane olurdu.
Heyvanların səsi olduğunu
düşündüm, çünki çox vaxt gəlirdi
belə səslər, amma bu dəfə qışqırıq
səsləri idi. Pəncərəni bağlayıb
uzandım, səhərə yaxın yuxuya
getdim. Sabahısı gün isə bəlkə
hamımız üçün həyatimizin ən
qorxunc günü olmuşdu. Gələn
xəbərə görə Nazim dərədə ölü
tapılmışdı, yanmış halda. İlk öncə
ocaqla qurdalanan zaman
yandığını düşünsəm də, sonradan
ocağın elə də böyük olmadığı və
gedənə yaxın zəiflədiyi yadıma
düşdü. İşin daha da qoxulu yeri,
basdırıldığı qəbiristanlıqda 1
həftə sonra yanğın çıxmışdı və
məzarı da yanaraq kül olmuşdu.
(Tarix: 3 Sentyabr 1997, Mersin
qəbiristanlığı)
[cavab]
Miraga_385
13 İyul 2013 / 12:32
ardi vaaar? qorxulu deyil axi
[cavab]
ElectronNick
13 İyul 2013 / 12:34
onda yenisini yazaram qorxarsan:))
[cavab]
Miraga_385
13 İyul 2013 / 12:35
yaz ey brat sagol ey qardassan qardas
[cavab]
Miraga_385
13 İyul 2013 / 12:36
yaz ey brat sagol ey qardassan qardas daha qorxulu bir hekaye isdesek unvan electronNic
[cavab]
E-X=S
13 İyul 2013 / 12:37
Eladi
[cavab]
Bölmeye qayıt
0.2041 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az