Agilli usaq :)

pol Ferid63 13 İyul 2013 / 02:08
İş adamı təraş olarkən bir yandan
da bərbəriylə söhbət edirmiş. Bu
vaxt qapının ağzından keçən bir
uşaq görürlər. Bərbər, iş adamının
qulağına pıçıldayır:
- Bu uşaq var aaa, dünyanın ən
axmaq uşağıdır. Bax indi.
Bərbər uşağı çağırır:
-Əli, bura gəl.
Uşaq üzündə axmaq təbəssüm
içəri girib salam verir.
Bərbər cibindən bir 50 manat və
bir 5 manat çıxarıb uşağa deyir:
- Hansını istəyirsən götür.
Uşaq fikirli-fikirli hər iki pula
baxıb 5 manatı götürüb qaçır.
Bərbər iş adamına dönərək
gülümsəyir:
-Gördünüzmü? Mən sizə
demişdim.
Təraşdan sonra adam çölə çıxır və
həmin Əlini görür. Yanına gedib,
niyə 50 manatı yox, 5 manatı
götürdüyünü soruşur. Uşaq bic-
bic gülümsəyərək deyir:
-Bu bərbər hər müştəri gələndə
mənimlə eyni oyunu oynayır. Əgər
50 manatı götürsəm, oyun bitər!

red. Ferid63 (13.07 /02:09)

[cavab]

pol FiON@ 13 İyul 2013 / 02:10
Ferid63, ooooooo uwaqda ferasete bax.super ne deyim hem movzu hemde uwaq.

[cavab]

pol Eli_7 13 İyul 2013 / 02:15

[cavab]

pol Ferid63 13 İyul 2013 / 02:19
FiON@, twk.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1886 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az