Dollar ehvalati..

pol _Fc_bArCeLoNa_ 13 İyul 2013 / 01:48
Bu hadisə hələ valyuta kurslarının
tətbiq edilmədiyi illərdə ABŞ və
Kanada sərhəddində yerləşən bir
şəhərdə baş vermişdir...
Məlumdur ki, o illərdə (elə indi də)
ABŞ və Kanada pul vahidi kimi
dollardan istifadə edirdi. Ancaq
hər iki ölkə öz pulunun daha
qiymətli olduğunu iddia edirdi.
Belə ki, kanadalılara görə 1 ABŞ
dolları 90 Kanada senti,
amerikalılara görə isə 1 Kanada
dolları 90 ABŞ senti idi...
Bir gün bir amerikalı cibində 1 ABŞ
dolları gəzməyə çıxdı. Yolda acdığı
üçün bir çörək aldı. Çörəyin
qiyməti 10 ABŞ senti idi. Amerikalı
cibindəki 1 ABŞ dollarını verdi.
Satıcı isə xırda pulu olmadığı üçün
1 Kanada dolları qaytardı (əlbəttə
ki, 1 Kanada dolları 90 ABŞ senti
olduğu üçün). Sonra amerikalı
sərhəddi keçdi və Kanadada
gəzməyə başladı. Bu vaxt bir
qələmə ehtiyacı olduğunu xatırladı
və bir dəftərxana mağazasına
girdi. Qələmin qiyməti isə 10
Kanada senti idi. Cibindəki 1
Kanada dollarını verdi. Satıcı da
xırda pulu olmadığı üçün
amerikalıya 1 ABŞ dolları qaytardı
(əlbəttə ki, 1 ABŞ dolları 90 Kanada
senti olduğu üçün). Amerikalı
oradan çıxıb evinə qayıtdı. Sonra
da düşünməyə başladı: “Səhər
evdən çıxanda cibimdə 1 ABŞ
dollarım var idi. Indi də cibimdə 1
ABŞ dollarım var. Elə isə çörəklə
qələmin pulunu kim verdi?..”

[cavab]

pol (=KuRT=) 13 İyul 2013 / 01:53
Cetindi aciqlamaq.

[cavab]

pol Alik77 13 İyul 2013 / 01:54
maraqlıydı twk.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.156 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az