bir az Qorxulu bir az maraqli
ElectronNick
12 İyul 2013 / 20:08
Ester öz ailəsinə, xüsusilə də
doğma atasına çox bağlı idi. Evdə,
demək olar ki, atasının yanından
bir an belə aralanmırdı; gah
onunla şahmat oynayır, gah
əsgərlik xatirələrini xəbər alır,
gah da əksər günlərdə olduğu
kimi divanın küncünə qısılıb
onunla maraqlı filmlər seyr edirdi.
Ancaq həmin filmləri
digərlərindən fərqləndirən
mühüm bir əlamət var idi; hər
birində ekranın yuxarıdan sağ
küncünə “18+” yazılmışdı. Ester
bu işarənin nə məna kəsb
etdiyini atasından dəfələrlə
soruşmuş, sualı cavabsız
qalmışdı. Onun baxdığı filmlər
içərisində ən çox bəyəndiyi “18
il” adlı mistik triller də elə bu tip
filmlərdən idi. Bu film böyük bir
nəslin lənətlənməsindən bəhs
edirdi; müəmmalı səbəblərdən
dolayı həmin bu nəslin oğlan
nümayəndələri 18 yaşlarına çatan
kimi öz atalarını diri-diri yeyib
öldürürdülər. Filmin sonunda bir
oğlan 18 yaşına bir gün qalmış
intihar edib nəsili bu lənətdən
qurtarır, lakin sonuncu
nümayəndə olduğundan nəslin
kökü kəsilir və heç kim bu lənətin
sirrini aşkarlaya bilmir. Belə bir
şeyin bənzəri Esterin həyatında,
atası və babası ilə yay
düşərgəsində olarkən də baş
vermişdi. Elə orada meşənin
içində Esterin atası, öz doğma
atasını onun gözləri qarşısında
dişləyib öldürmüşdü. O,
düşüncəsində dərin yara açan bu
dəhşətli hadisənin şəxsən şahidi
olmuşdu. Ester bunun təsadüfən
baş vermədiyinin və ailəsinin də
həmin lənətə düçar olduğunun
qənaətinə gəlmişdi.
[cavab]
ElectronNick
12 İyul 2013 / 20:10
O, hər axşam otağın işığını
söndürüb atası ilə “18+” filmlərə
baxmağa davam edirdi. Buna
görə də gecələr qorxulu yuxular
görürdü, qarabasmalar,
hallüsinasiyalar onu rahat
buraxmırdı. Ancaq bu haqda nə
anasına, nə də telenarkoman
atasına bir kəlmə də demirdi.
Qorxurdu ki, onu yenə də falçı
qadının yanına aparıb bədəninə
damğa basarlar. O, atasının
adamyeyən olduğunu
düşünürdü.
Ester növbəti dəfə gecə
yuxusunu qarışdırır; guya o
yatağında yanmış quru çörək
yedikdən sonra yastığının
altından qayçını çıxarıb dilini
xırçıltı ilə kəsir, sonra bıçağı iki əli
ilə tutub sinəsinə sancmaq
istəyir. Elə həmin an anası onun
əlindən bıçağı aldı. Ester ayılıb
yatağının içində oturdu; ağzında
dözülməz göynətmə və ilıq maye
hiss etdi. Birdən onun gözü ağ
yorğanın üstündə qan kimi
qızaran ət parçasına sataşdı:
Ester, həqiqətən də, dilini
kəsmişdi! Əgər anası mane
olmasaydı bıçağı da sinəsinə
sancıb özünü öldürəcəkdi. Bu
ağılasığmaz hadisədən sonra
Ester danışıq qabiliyyətini itirib lal
oldu. Belə olan halda onu
məktəbdən uzaqlaşdırdılar; hətta,
musiqi təhsilini də dayandırdılar.
Getdikcə Ester, üzərində 18 olan
hər şeydən qorxmağa, çəkinməyə
başladı; öz mənzillərinin nömrəsi
18 olduğu üçün evə gəlmirdi,
küçədə yatırdı. Belə olan halda
onu dəlixanaya gətirib 18-ci
palataya saldılar. Burada günlər
sükut içində keçirdi, ta ki, həmin
günə kimi; 18-ci doğum gününə
bir həftə qalmış Esterin ürəyinə
qəribə bir narahatlıq çökmüşdü.
Palçıq kimi dabanına yapışan
uğursuz illər zəncirinə cəmi bir
həftədən sonra bir halqa da
qoşulacaqdı; ancaq o bunun
qarşısını almalı idi.
“18 il” adlı filmi xatırladı; atalarını
diri-diri yeyən oğullar,
lənətlənmiş zadəgan nəslinin
nümayəndələri… Babasının
ölümü gözünün qabağına gəldi…
“Atam babamı dişləyib öldürdü.
Demək, mən də öz atamı dişləyib
öldürəcəm.” – o artıq bunu dərk
etmişdi. Ester öz atasını
parçalayıb yeyəcəyi günün çox
yaxında olduğunu bilirdi. “18 il”
filminin ssenarisi isə getdikcə
beynində işıqlanırdı…
[cavab]
ElectronNick
12 İyul 2013 / 20:12
P.S: Ötən gün Esterin babasının
ölümünü araşdırdım, mənə
məlum oldu ki, yay
düşərgəsində onu ilan vurub,
Esterin atası onun qolunu
dişləyib zəhər çıxarmaq istəmiş,
ancaq gec müdaxilə etdiyi üçün
zəhər qana keçib babasının
həyatına son qoymuşdu.
Sonda sizə bir sirr açım: Nə
qədər ki, televizorunuzun
ekranında “18+” işarəsi var,
demək, övladınız hər an sizi
parçalayıb yeyə bilər.
[cavab]
ElectronNick
12 İyul 2013 / 20:17
Bir neçə gündən sonra Bakıda
sakinlər arasında müzakirə
mövzusuna çevrilən maraqlı bir
hadisə yaşandı; mənzillərin
qapısına, üzərində “18+” yazılmış
dairəvi kağız yapışdırıb qeybə
çəkilən gizəmli məxluq peyda
oldu. Sakinlər bu hadisəyə “UNO-
ların gəlişi”, “Supermenin
dönüşü” kimi absurd adlar
verməyə başladılar. Bəziləri
bunun terror və ya təbliğat
məqsədli addımlar olduğunu,
bəziləri isə yeni şirkətlərin reklam
xarakterli provakasiyaları
olduğunu deyirdilər. Şayiələr
yolxucu xəstəlik kimi hər künc-
bucağa yayılmışdı. Ancaq hər şey
tezliklə aşkara çıxdı; baharın
gəlişinə bir gün qalmış N sayılı
dəlixananın dənizə baxan
səmtində 17-18 yaşlarında gənc
oğlan cəsədi tapıldı. Bu, Ester idi;
o, özünü 18-ci palatanın
eyvanından ataraq intihar
etmişdi. Çantasından tökülüb
səkiyə səpələnən “18+” yazılmış
dairəvi kağızlar, cəsədin ətrafına
toplaşanlarda daha çox təəccüb
doğurmuşdu.
18 yaşına bir neçə gün qalmış
Ester başa düşmüşdü ki, “18+”
filmləri “atalarını yeyən
oğullar”ın, “bədənlərini satan
qızlar”ın, “uçmaq istəyən
şizofreniklər”in, “arvadlarını
döyən kişikimilər”in, “bir-biriləri
ilə ailə quran qardaşlar”ın,
“heyvanla nigah bağlayan
qızlar”ın və “intihar edən
paranoiklər”in yetişməsi üçün ən
əlverişli sistemdir. O, ömrünün
son günlərində qapılara “18+”
yazılmış kağızlar yapışdıraraq,
özünün də qurbanı olduğu bu
sistemi dəyişmək və azyaşlı
uşaqları bu ruhi təzyiqdən xilas
etmək istəmişdi. İstəmişdi…
[cavab]
(=AyaN=)
12 İyul 2013 / 20:18
ElectronNick, Maraqliydi.(heqiqetde olub?)
[cavab]
ElectronNick
12 İyul 2013 / 20:21
orasini deye bilmerem desem yalan olar
[cavab]
Fighter
12 İyul 2013 / 20:56
Dogurdanda maraqli idi
[cavab]
Bölmeye qayıt