Ölüm Gecəsi

pol ElectronNick 12 İyul 2013 / 15:43
Həftə sonu vaxt keçirmək üçün
dostlarımızdan birinin kəndinə
getdik. Oturduqları ev olduqca
köhnə idi və qəbiristanlığa
baxırdı . Təxminən aralarında
5-10 metr vardı.
Gecə istidən yata bilmədik və
bir əyləncə axtarışındaydıq.
Evlərində qaldığımız dostumuz
"Gəlin ölülərdən, onların
ruhlarından danışaq. Evin
mühiti də uyğun. Şüşədən baxın
qızlar" dedi (Biz hələ
qəbiristanlıq olduğunu
bilmirdik). Şüşədən
baxdığımızda ilk gözümüzə
çarpan iri gözlü bayquş oldu.
Tam evin yanındakı ağacın evə
baxan qisimində oturur və tərif
edə bilməyəcəyimiz şəkildə
ulayırdı. Qorxduq. "Hələ də
görmədiniz mi?" dedi. "Nəyi?"
dedik. "Böyük qəbiristanlığı
görə bilmədinizmi hələ də"
dedi. Qəbir daşları kiçik
olduğundan görməməniz
mümkün deyildi. Amma
məzarın biri pəncərədən açıq-
aydın görsənirdi. Qəbir
daşından bilinirdi ki, bir neçə il
keçib dəfninin üstündən.
Diqqətlə qəbiristanlığa tərəf
baxırdıq ki, ağacın üstündəki
bayquş uçaraq həmin daşın
üzərinə qonaraq yenidən
ulamağa başladı. Daha sonra
isə yuxarı qalxaraq qaranlıqda
yoxa çıxdı. Qəbiristanlıqdan
qorxmasaq da fikrimiz
bayquşun yanında qaldı.
Pəncərədn bayıra baxmağa
davam edirdik ki, arxamızdan
gələn bir tıqqıltı hamımızı
diksindirdi. Bayquş evin
bacasında içəri girmişdi. Heç cür
otaqdan çıxara bilmədik. Şkafın
üzərinə oturmuşdu, qorxunc bir
şəkildə ulamağa başladı. O
zamanlardan eşitdiyimə görə,
bayquşun evə girərək ulaması
heç də yaxşı deyildi. Kiminsə bu
gecə ölməsini bildiridi, bəlkə də
batil inanclardan biridi deyə
fikir vermədim. Qorxuyla qızın
babasını oyandırdıq. Baba
otağa gəlib "heyvan hər cümə
gecəsi bunu edər. Kəndin bir
dəlisi bu bayquşa baxardı.
Onundu bu heyvan, özü də tam
da Cümə günü ölmüşdü,
rəhmətlik" deyincə bir-birimizə
baxışdıq. Yaxşıca qorxmuşduq.
Bu gecə uzun sürəcəkdi
deyəsən. Bayquşu çölə
atdıqdan sonra pəncərəyə
yaxınlaşaraq "baxın, bu onun
qəbiridir" dedi və ən yaxındakı,
bayaq gördüyümüz qəbiri
göstərdi. Pəncərəni bağladıq.
Yerimizə keçdik. Gecə hava
küləkli idi hamımız yataqda
idik, yatmağa çalışırdıq. Tam da
yuxulamışdıq ki, otaqdakı
köhnə pəncərə küləyin təsiriylə
açıldı, açılmasıyla da bayquşun
yenidən evə girməsi bir oldu.
Bayquş yatağın ucunda iri
gözləriylə bizə baxırdı. Qışqırıq
səsimizə baba yenidən gələrək
bayquşu tutub çölə atdı. Və bizə
"yaxşı gecələr" deyərək
yatağına döndü. Gün boyu
olanları düşünə-düşünə
sonunda yuxuya getmişdik.
Gecə pəncərənin çıqqıltısına

[cavab]

pol ElectronNick 12 İyul 2013 / 15:46
yandım, öz-özümə "bu lənətə
gəlmiş heyvan da imkan
verməyəcək yatmağa axı bizi"
deyinərək ayağa qalxdım. Ev
tamam sakitlik idi, sanki heç
kim yox idi evdə. Bayaqkı səs-
küydən əsər-əlamət
qalmamışdı belə. Pəncərəyə
yaxınlaşdım, amma bayquşu
görə bilmədim. Geri , yatağıma
qayıdırdım ki, gözüm bayaqkı
qəbirə sataşdı. Diqqətlə
baxdıqda daşın altındakı
torpaqda iri bir dəlik olduğunu
gördüm. Gözlərimə inana
bilmədim , bayaq belə bir şey
görməmişdim. Yatağıma
qayıtmaq istəyərkən babanın
otağından qəribə bir səs gəldiyi
eşitdim. Qapını aralayaraq içəri
boylandım, inanmağım
gəlmirdi, bayquş yatağının
üzərində dayanmışdı, babanın
üzü-gözü tanınmaz hala
gəlmişdi, yataq qan içində idi,
bayquşun ağzında isə üzündən
parçaladığı ətlər var idi.
Qorxudan ağlamağa
başlamışdım, geri dönüb qızları
oyatmaq istəyirdim, qapını
bağlayıb yatdığımız otaqağa
qaçanda kimsə qolumdan
tutdu, bədənimə buz kimi bir
şeyin toxunduğunu hiss elədim,
arxamdan gələn nəfəs səsini də
eşidə bilirdim hətta, yerimdə
donub qalmışdım, qorxa-qorxa
başımı arxama çevirdim,
görməyimlə qışqırmağım bir
oldu, üzü-gözü tanınmaz halda
olsada, babanın bayaq anlatdığı
o ölmüş kəndin dəlisi ağlıma
gəldi, digər əli ilə boğazımdan
yapışaraq "bayquşuma yaxşı
baxmadınız, onu çölə atdınız,
bir-bir mənim yanıma
gələcəksiniz" ağzını qulağıma
dayayaraq pıçıldadı.Heç nə edə
bilmirdim, sanki bədənim
donmuşdu, axırıncı
qışqırığımdan sonra səsimdən
yuxudan dik atıldım. Əllərim
boğazımda idi. Otaqdakı qızlar
da oyanmışdılar. "Sadəcə yuxu
idi, keçib getdi, qorxma"
deyərək təsəlli verməyə
çalışırdılar. Su içirərək
sakitləşdirdilər, 10 dqəyə qədər
yanımda oturdular. Bu yuxunun

[cavab]

pol SoNSuZ_SeVGi 12 İyul 2013 / 15:46
*_Su_P_eR_*

[cavab]

pol ElectronNick 12 İyul 2013 / 15:51
sonra o biri otaqda babanin sesinin gelmediyini hiss etdik otaqa geden qizin aglamasini ewitdim sen deme dunen axwam baba dunyasini deyiwib

[cavab]

pol anominka 12 İyul 2013 / 15:53
ARDI NERDEEEEEEE

[cavab]

pol anominka 12 İyul 2013 / 15:54
cox maragli ve coxda qorxuluydu...tuklerim biz biz oldu...twk

[cavab]

pol ElectronNick 12 İyul 2013 / 15:55
axirda kiwi olur yeni bayquw kiwini aparmaqa gelibmiw

[cavab]

pol anominka 12 İyul 2013 / 15:59
Hmm hakketden qorxuluydu.. Day valla yuxumada girib

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1764 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az