bu hadise realdir qorxan oxumasin!

pol ElectronNick 11 İyul 2013 / 00:59
Hər şey o gündən sonra başladı,
güzgüdə
gördüyüm o üzdən sonra. Çox
qorxunc idi,
hələ də bəzi qüsurlar qalıb... Bir
neçə il əvvəl
mənim 12 yaşım olardı. Evimiz
çox kiçik idi,
amma tezliklə o evdən
köçəcəkdik. Balaca
olduğum üçün həmişə anamın
çantasına girib
əşyalarını qarışdıraradım.Sonra
isə saatlarla
güzgünün qarşısından
ayrılmazdım, anam
neçə dəfə xəbərdarlıq esə də fikir
vermirdim.
Əşyalarını qarışdırdığım üçün
yadıma gəlir
anam üstümə acıqlanmışdı.
Amma 12 yaşında
balaca bir qız uşağı üçün bu çox
əyləncəli idi.
Yaxınlarda anamın ad günü idi.
Atamla
restoranların birində qeyd
edəcəkdilər. O
günü məni evdə tək qoyub
getdilər, amma
qonşumuza demişdilər bizə
gəlməsi üçün.
Qonşumuz məndən böyük idi.
Hər zaman
evdə tək qalanda o bizə gələrdi.
Saat axşam
11 olardı. Mənə -qonşu tezliklə
gələcək- deyib
qapını bağlayıb getdilər, mən də
kilitlədim
qapını. Bir az gözlədim amma heç
kəs
gəlmədi, yəqin işi çıxıb deyə
fikirləşdim,
birazdan gələr. Evdə tək qaldığım
üçün
doğrusu biraz qorxdum. Həmişə
səs-küy olan
ev bu gün bomboş idi. Başımı
qatmaq üçün
yenə anamın çantasını götürüb
güzgünün
qarşısına keçdim. Anam mənə
dəfələrlə gecə
vaxtı güzgüyə baxmamamı desə
də əhəmiyyət
vermirdim. Lakın bu gecə başıma
gələnlər bir
də heç vaxt yadımdan
çıxmayacaqdı. Nə isə
yataq otağındakı güzgünün
qarşısına keçib
üz-gözümü bəzəməyə başladım.
Heç üstündən
10 dəqiqə keçməmişdi ki, qapı
döyüldü, elə
bildim qonşumuzdu. Qaçaraq
qapını açdım,
heç kim yox idi. Çox
təəccübləndim, qapının
zənginin səsini eşitdiyimə əmin
idim amma.
Qapını bağlayıb əyləncəmə
davam etdim. Çox
əylənirdim, ta ki... Saat artıq gecə
yarısı
olmuşdu, nə qonşumuz var idi,
nə də
valideynlərim.

[cavab]

pol ElectronNick 11 İyul 2013 / 00:59
ardi var

[cavab]

pol ElectronNick 11 İyul 2013 / 01:02
. İşıqların birdən
sönməsi məni
daha da vahimələndirdi.Bir az
otaqda
gözlədim yanar indi deyə. Amma
olmadı,
mətbəxə keçib şamı yandırdım.
Mətbəxdə
olarkən otaqdan qəribə səslər
eşitdim, amma
səslər çox zəif olduğu üçün fikir
vermədim.
Şamı yandırıb otağa qayıdırdım.
Qapının
yanına çatıb açanda elə bil şamı
kimsə üfürüb
söndürdü. Çaşıb qaldım, biraz da
qorxdum
doğrusu. Şamı güzgünün yanına
qoyub
mətbəxə kibrit dalınca yenidən
getdim. Kİbriti
götürüb yataq otağına çatmışdım
ki, şüşə
qırılması səsi eşitdim, artıq öz-
özümə
vahimələnməyə başladım.
Güzgünün
qabağına çatanda kibriti yandırıb
şama
tutdum. Otaq az da olsa işıqlandı.
Başımı
qaldıranda güzgünün iki yerə
ayrıldığını
gördüm. Az qala dəli olacaqdım.
Üzümü iki
yerə bölünmüşdü güzgüdə.
Güzgüdən
baxanda arxamda qaranlıq bir
kölgə
dayanmışdı. Qorxumdan
qışqırmağa
başladım. Arxama çevriləndə
üzünü gördüm
onun. Çox qorxunc idi. Əlim şama
dəydi, yerə
düşüb söndü, hər tərəf
qapqaranlıq oldu.
Otağın bir küncünə keçib
ağlamağa başladım.
Amma qaranlıqda qıpqırmızı
gözləri olan bir
üzün mənə tərəf gəlməsini
görəndə ağlımı
qaçırdım, deyəsən gözləri idi,
qaranlıq olduğu
üçün özü görsənmirdi.
Qorxumdan bütün
bədənim tutuldu, dilim qurudu,
sanki otaq
başıma fırlandı, gözümün qabağı
qaraldı...
Daha sonrası yadıma gəlmir.
Gözümü açanda
xəstəxanada idim. Atam anam
başımın
üstündə. Nə qədər çalışsam da
danışa
bilmirdim. Sadəcə baxdım və
yenə özümdən
getdim. Deyəsən 3 gün idi
gözümü
açmamışdım. Aylarla müalicə
aldım. Onlar da
çox peşman olmuşdular evdə
məni tək
qoyduğuma görə. Psixioloji
müalicə alsamda
dilim açılmamışdı, artıq gecələr
hər şeydən
diksinməyə başlamışdım öz-
özümə. Molla
yanına aparandan sonra aydın
oldu ki, məni
şeytan tutub, bir neçə dua
oxuyub yazdıqdan
sonra özümdə bir yüngüllük hiss
etdim. Bir
neçə gün keçdikdən sonra dilim
açıldı, amma
qüsurlar qlmışdı. İndi 23 yaşımın
olmasına
baxmayaraq güzgüyə baxmağa
çəkinirəm. O
gün gördüyüm isə dünənki kimi
yadımdadı.

[cavab]

pol yanimda 11 İyul 2013 / 01:05
ALLAH boyukdur insallah yaxsi olar

[cavab]

pol FiON@ 11 İyul 2013 / 01:05
ElectronNick, uydaaaaaaaaa

[cavab]

pol Heartless 11 İyul 2013 / 01:06
Bele seylere inanib, gece yata bilmeyenler var :D

[cavab]

pol ErRoR_MEDVED 11 İyul 2013 / 01:07
Adam deli olar,gece vaxti guzguye baxmayacam fisyo

[cavab]

pol AnYmOuS 11 İyul 2013 / 01:09
Tekrardi

[cavab]

pol Eli_7 11 İyul 2013 / 01:11
BISMILAHIR REHMANIR RAHIM. Indi men evde tekem. Guzguye baxajam. ALLAH BOYUKDUR.

[cavab]

pol ErRoR_MEDVED 11 İyul 2013 / 01:15
Eli_7, baxmaye qaqa

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1374 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az