OLEN SEVGIM

pol Eli_7 10 İyul 2013 / 16:11
İllərdir yaşadım mən həsrətinlə,
Sevmədin ki, eşqə gətirəm səni.
Əvvəl sevmədiyim xasiyyətinlə,
İndi düşündükcə sevirəm səni.
Yox, bizi ayıran məsafə deyil,
Mənim yanımda da uzaqsan
mənə.
Mən sənə eşqimi bir dəfə deyil,
İllərlə dedim də, sevmədin
yenə.
Yerinə özgəni qoymamışam ki,
Deyim ki, qəlbimi ovudacağam.
Mən səni sevməkdən
doymamışam ki,
Deyim ki, nə vaxtsa,
unudacağam.
İller ötüşübmüş o vaxtkı
gündən,
Hələ də ağımda dünənki qızsan.
Mənimçün o vaxtlar, keçmək
bilməyən
Saatlar il olub, ay Allah, aman.
Gör bir, illər səni nə kökə salıb ?!
Özündən xəbərsiz
dəyişilmişsən.
Mənim xəyalımda gözəl qız
qalıb :
Sanki, bu qız o vaxt sən
deyilmişsən.
İllərin təsiri çox dəyib sənə,
Bağışla, qoruya bilmədim səni.
Gör, mənsiz illərin neyləyib
sənə,
Ağlarkən mən duya bilmədim
səni.
Artıq mənim üçün ölən
eşqimsən,
Adını qəlbimdə basdıracağam.
İllərdir, ağlımda qalan şəklini
Gözümün önündən
asdıracağam...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2273 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az