:) oxumaga deyer...
Eli_7
10 İyul 2013 / 12:20
İlk gecə... Qadın olmağın ilk
gecəsi. Qorxu, həyəcan, sevinc
və əlbətdəki maraq. Hər bir
qızın həyatının ən unudulmaz
günü. Hələ bir də sevdiyinin
olursansa...toxunulmazlığını,
paklığını, bədənini sevdiyinə
təslim edirsənsə o gecə
həyatının ən sehirli gecəsi olur.
Bu gecə də Yasəmənin sehirli
gecəsi olmalı idi. Xəyal etməyə
belə cəsarət etmədiyi an
yaxınlaşırdı. Həyəcandan,
qorxudan və sevincdən tir-tir
əsirdi. Bəyaz yatağında qırmızı
gecəliyinin içində Aydını
gözləyirdi. Ürəyinin
döyüntüsünün səsindən
qulaqları batacaqdı sanki.
Amma nə qədər həyacanlı
olsada, qəlbində başqa bir
qorxuda var idi, adını qoya
bilmədiyi, səbəbini anlamadığı
qorxu. O qədər gərgin idiki
açılan qapının səsindən qorxub
diksindi. İçəri girənin kim
olduğunu bilsə də başını çevirib
qapıya baxdı. Aydın qapıya
söykənib qəribə baxışlarla
Yasəməni süzürdü. Bu
baxışlardan qorxan Yasəmən
üstündəki yorğanı daha da
yuxarı çəkdi. Aydın Yasəmənin
bu ürkəkliyindən zövq alırmış
kimi onu baxışlarıyla
qorxutmağa davam edirdi.
Əslində həqiqətəndə zövq alırdı
[cavab]
Eli_7
10 İyul 2013 / 12:21
Aydın Yasəmənin ondan
qorxmasından. Qapıya
söykənmiş halda, qollarını
sinəsində çarpazlayıb böyük bir
zövqlə qorxudan və
həyəcandan titrəyən Yasəməni
izləyirdi. Daha çox onu izləmək
istəsə də, Yasəmənin o saf
halının sehrinə qapılmağa
başladığını hiss edib asta
addımlarla yatağa yaxınlaşdı.
Hər atdığı addımının Yasəməni
daha çox qorxutduğunu görüb
düşündü: " Görəsən mənim hər
sözümə cavabı olan, durmadan
məni alçatmağa çalışan cəsur
qıza nə oldu Yasəmən xanım?
Amma etiraf etməliyəm, bu
titrək halın məni cəsurluğundan
daha çox cəlb edir. Bu gecə
unudulmaz olacaq". Üzündə
yaranan gülümsəməylə yatağın
kənarında oturdu. Yorğanı
özünə sıxıb yatağa qısılan
Yasəmənin əlindən tutub
yavaşca özünə doğru çəkdi.
Tutduğu ələ zərif bir öpüş
qondurub, öz ehtiraslı
nəzərlərini Yasəmənin
dodaqlarında, boynunda,
sinəsində gəzdirdi...
[cavab]
Eli_7
10 İyul 2013 / 12:24
Yasəmən Aydının isti nəfəsini
boynunda hiss etdikcə indiyə
kimi tanış olmadığı hisslər
yaşayırdı. Özünü toplamağa
çalışsada qorxu qarışıq
həyəcandan hələ də titrəyirdi.
Aydın ani hərəkətlə Yasəməni
özünə sıxıb qulağına pıçıldadı:
-Qorxma...toxunmayacam sənə.
Sənə əsla toxunmayacam, taki
bunun üçün mənə
yalvaranacan...
Aydının qollarında olmaqdan
aldığı həzzdən gözlərini
yummuş Yasəmən, eşitdiyi "
sözlərdən yaranan şokla
gözlərini geniş açdı. Aydının
intiqamı həqiqətən çox ağır
olmuşdu. Zifaf gecəsi bir qızı
rədd etməkdən daha ağır nə
ola bilərdiki? Hələ üstəlik bir
sədəqə kimi "yalvardıqdan"
sonra toxunacaqmış... Yasəmən
sadəcə donub qalmışdı. Bu
evliliyin Aydının intiqam
planının bir hissəsi olduğunu
bilsədə, belə bir şeyi heç
gözləmirdi. Nə tərpənə, nə də
söz deyə bilmirdi. Amma
beynində durmadan bir cümlə
səslənirdi: "əzilmə Yasəmən,
onun qalib gəlməsinə icazə
vermə. Bu oyun hələ bitməyib!"
bu düşüncələrlə Aydını özündən
azca kənara itələyib məsum
nəzərlərlə ona baxıb soruşdu:
-Əminsən?
Aydın qalib gəlmiş kimi
kinayəylə gülümsəyib dedi:
-Əminəm...
[cavab]
Eli_7
10 İyul 2013 / 12:27
Birdən Yasəmən böyük bir
sevinclə əl çalıb, "oley" deyə
qışqırdı. Aydının təəccübdən
geniş açılmış gözlərinə baxıb
şən şəkildə dedi:
-Çox...çox sağ ol Aydın. Bu
səndən aldığım ikinci hədiyyədi.
Nəysə, yəqin sən ayrı otaqda
yatacaqsan hə? Onda indi get,
mənim çox yuxum gəlir. Gecən
xeyrə saxta həyat yoldaşım-
bütün bunları birnəfəsə
dedikdən sonra, həqiqətən
yatırmış kimi uzanıb gözlərini
yumdu.
Aydınsa hələ də eşitdiklərinə
inana bilmirdi. Ayağa qalxıb
bilincsizcə otaqdan çıxdı.
Yasəmənin otağının
qarşısındaki otağın qapısının
ağzında dayandı. Yumruğunu
sıxıb "səfeh qız!" deyə pıçıldadı.
Əslində bu olanlar Aydının
planına heç uymurdu. O eşitdiyi
sözlərdən sonra Yasəmənin
ağlayacağını, o da Yasəmənin
göz yaşlarına dözməyib "təsəlli
üçün" onu öpüb-oxşayacağını,
davamınında gələcəyini
düşünmüşdü. Amma Yasəmən
hər zamankı kimi Aydının
planların alt-üst etmişdi. Bu
gecə sınan Yasəmən olmalı idi,
amma yenə sınan Aydın
olmuşdu. "O qız bunu necə edir
axı? Nə vaxt onu incitməyə
çalışsam incinən mən oluram.
İndi mən otaqda onunla olmalı
idim, amma axmaq kimi başqa
otağın qarşısında dayanmışam.
Dəli şeytan deyir dediyin sözləri
ud, qayıt otağa görüm onda
necə qurtulacaq
əlimdən...amma yox, qalib
gələn mən olacam. Of Yasəmən,
of. Əmin ol bunların əvəzini bir
gün səndən çıxacam!"- bu kimi
düşüncələrlə Aydın qapını açıb
öz otağına keçdi. O qədər əsəbi
idiki örtüyü qapını dayanmadan
yumruqlayırdı.
[cavab]
Eli_7
10 İyul 2013 / 12:29
Yasəmən Aydın otaqdan çıxan
kimi səssizcə ağlamağa başladı.
Arada da "gic, axmaq, səfeh,
deli..." kimi uşaqcasına sözler
pıçıldayırdı.
Hər ikisidə bir-birinə çox
qəzəblənmişdilər. Bir-birlərinin
planlarını pozmuşdular. Əslində
ikisinində niyyəti eyni idi, amma
inadkarlıqları sayəsində ayrı
otaqlarda əsəbdən
partlayırdılar. Nə Yasəmən, nə
də Aydın bu gecə tək yatmaq
istəmirdi. Nə məqsədlə olursa
olsun ikisidə özünü həqiqətən
evli hiss edirdi. Lakin bu onların
tək yatacaqları son gecə
deyildi...
Səhər Yasəmən əl-üzünü yuyub
çay qoymaq üçün mətbəxə
getdi. Gördüyü mənzərə
qarşısında gülsünmü, ağlasınmı
bilmədi. Yerdə sınmış
yumurtalar, stolun üstünə sanki
səpilmiş göyərti, ora-bura
dağılmış un və bütün bunların
səbəbkarı üst-başı bərbad
vəziyyətdə qaz plitəsində nəsə
bişirməyə çalışırdı. Yasəmən
Aydının bu halına səssizcə
gülüb, soruşdu:
-Aydın neynirsən?
Aydın arxaya çevrilib ona
gülümsəyərək baxan Yasəməni
görüb gülümsədi.
-Görmürsən? Omlet bişirirəm.
-Aaa doğurdan? Bu mənzərəni
görəndə soyuducudaki hər
şeyin sənə hücum etdiyini və
sənin özünü cəsurca müdafiə
etdiyini düşünmüşdüm.
-Ha ha ha, çox gülməlidi-deyib
hələ də qapının ağzında duran
Yasəmənə yaxınlaşdı Aydın.
-Bax belə lağ etdiyinə görə
yalvarsan da sənə omletimdən
verən deyiləm.
Yasəmən Aydının köynəyindəki
yağ, yumurta ləkələrinə baxıb
gülümsədi.
-Əzizim onsuzda omletin
ikimizə də çatacağını
düşünmürəm. Çünki bir hissəsi
yerdədi, birazı köynəyindədi və
qalanın tavada olmasına
sadəcə ümid edirəm.
[cavab]
Eli_7
10 İyul 2013 / 12:31
Aydın mətbəxə, paltarına bir
nəzər salıb günahkar uşaqlar
kimi çiynini çəkib gülümsədi:
-Hmm... Yaxşı boynuma alıram
ki, o qədər də səliqəli iş
görmürəm. Amma əminəmki
dadı çox gözəl olacaq. Həm
100% sən heç yumurta sındıra
bilmirsən, amma mənə lağ
edirsən.
Yasəmən tam ciddi üz
ifadəsiylə:
-Bax bunu düz dedin Aydın. Bu
yaşıma kimi neçə dəfə cəhd
etsəmdə yumurta sındıra
bilməmişəm. Amma sən bu işi
çox yaxşı bacarırsan- deyib
əliylə yerdəki sınmış
yumurtaları göstərib
gülümsəyərək davam etdi:
-Bəlkə sənin metodunla
yoxlayım? Hə, demək
yumurtanı böyük ehtiyyatla
atırsan yerə, bəs sonra?
-Bax sonrası qarışıqdı Yasəmən,
yəqin sən bacarmayasan. Sonra
gedib az danışıb, çox işləyən
arvad alırsan, o da yerləri
təmizləyib günortaya kimi
yatmaq əvəzinə tezdən durub
ərinə yemək bişirir.
-Hmm. Doğurdan da qəliz
məsələdi. Amma bunu heç
səndə bacarmamısan axı.
Bu söhbətə ikisidə güldükdən
sonra bir müddət tərpənmədən
bir-birlərinə baxdılar. Aydın
səhər daha gözəl görünən
arvadına baxıb düşünürdü:
"Şirin qızdı. Əsəbləşəndə daha
şirin olur. Of, istədiyi hər qızı
əldə edən mən-Aydın indi öz
halal arvadıma uzaqdan baxa
bilirəm ancaq. Gərək o sözləri
deməyəydim axşam. İndi
dediyim sözdən necə dönüm?
Ey mən axı toxunmayacam
demişdim, öpməyəcəm
deməmişəm ki?".
[cavab]
Eli_7
10 İyul 2013 / 12:33
. Ağlına gəlmiş
bu fikirlə gülümsəyib Yasəməni
öpmək üçün əyildi...
Yasəmən ona çox yaxınlaşmış
Aydının məqsədini anlayıb
gülümsəyərək düşündü:"pah, o
qədər də asand deyil Aydın bəy.
Dünən gecə dediyiniz sözləri
unutmamışam"
-Aydın sənə bir söz dəməliyəm.
-Sonra deyərsən gözəlim.
-Yox, indi deməliyəm.
-Of! De Yasəmən.
-Yeməyin yanır.
Aydın bunun sadəcə Yasəmənin
ondan qaçmaq üçün bahanəsi
olduğunu düşünsədə hiss etdiyi
yanıq iyindən şüphələnib
arxaya döndükdə həqiqətən
tavadan qara dumanlar
çıxdığını gördü.
Bir saat ərzində yeni evlilər
gülərək, atmaca ataraq
mətbəxi yığışdırmaqla məşğul
oldular. Aydın işə gecikdiyi üçün
tələsik hazırlaşıb evdən
çıxmağa hazırlaşırdıki
Yasəmənin qapının ağzında onu
yola salmaq üçün gözlədiyini
gördü.
-Xeyirli işlər.
Aydın əyilib Yasəmənin
yanağından öpüb, "sağ ol" deyə
pıçıldadı.
-Aydın bizim axrımız necə
olacaq?
-Bilmirəm. Amma əminəmki çox
maraqlı olacaq gözəlim...
[cavab]
m342
10 İyul 2013 / 12:42
ardi yoxdu?
[cavab]
Eli_7
10 İyul 2013 / 12:44
m342, yo
[cavab]
m342
10 İyul 2013 / 12:46
Eli_7, maraqli idi axira qeder oxudum superdi
[cavab]
Bölmeye qayıt
0.2361 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az