Bermud ucbucagi(seytan ucbucaqi).
Yaln
9 İyul 2013 / 22:32
Atlantik okeanın
şimalında Florida,
Bermud adaları və
Puerto Rikonu
birləşdirən şərti
xətlərin əhatə etdyi
üçbucaq ərazidir.
Təqribən yarım
milyon kvadrat mil
sahəni tutur.
Bermud üçbucağı
burada çoxlu itmiş
obyektə görə sirli
yer və anomal zona
sayılır. aaa Şeytan
üçbucağı və ya
Şeytan dənizi kimi
tanınan Bermud
üçbucağı okeanın
təqribən yarım
milyon kvadrat mil
(1.2 milyon km2)
sahəsini tutur. Bu
sahə gəmilərin,
qayıqların və
təyyarələrin itdiyi
yüksək qəza
bölgəsi kimi qeyd
edilmişdir.
Bermud üçbucağı
kütləvi informasiya
vasitələrinin
təqdimatında
naməlum fizika
qanunlarının
etibarlı olduğu və
ya fizika
qanunlarının
işləmədiyi qeyri-adi
bölgə kimi
məşhurlaşmışdır.
Bu üçbucaqda bir
çox təyyarə və
gəmilərin qeybə
çəkildiyi kimi bir
inanc olduğu halda,
ABŞ və bir çox digər
dövlətlərin
statistikaları bu cür
qəzaların digər
səyahət
bölgələrində də
çox olduğunu
təsdiq edirlər.
On illər boyunca
burada baş verən
bir çox qəribə
hadisələr haqqında
dəqiq informasiya
verilməmiş və dərc
edilməmişdir.
Simsiz rabitənin çox
inkişaf etmədiyi
vaxtlarda bu cür
hekayələrin
danışıldığı
məlumdur. Çünki
1960-cı illərdən
sonra bu bölgədə
batan gəmilərin
yoxa çıxması xeyli
azalmışdır.
Ümumiyyətlə isə
Bermud
üçbucağının bir
amerikalı jurnalistin
təxəyyülünün
məhsulu olduğunu
düşünənlər də az
deyil. Belə
bölgələrin
Yaponiya və Leyk
Ontario ştatının
yaxınlığında da
olduğu iddia edilir.
Bu haqda yazıçı və
araşdırmaçılar
tərəfindən şeytanın
bölgəsi, Atlantik
ölkəsinin qalıqları,
pis fikirli insanların
əks cazibə
apartlarını istifadə
etməsi kimi bir çox
nəzəriyyələr irəli
sürülmüşdür.
Qəribə maqnit
sahələri və okean
dibinin qazla
zəngin olması kimi
düşüncələr bunların
arasında ən çox
işlədilən
nəzəriyyələrdir.
Bermud üçbucağı
əfsanəsinin müasir
tarixi 5 donanma
təyyarəsinin böyük
fırtına ilə
qarşılaşaraq yoxa
çıxması ilə
başlamışdır.
Əksər insanlar
tərəfindən Bermud
üçbucağı sadəcə
kimlərsə tərəfindən
məşhurlaşdırılmış
və qeydi-adi
bölgəyə çevrilmiş
bir əfsanə kimi
qəbul olunmuşdur.
[cavab]
bad-boy1
9 İyul 2013 / 22:36
cox twk edirem
[cavab]
Bölmeye qayıt