cox menali hekaye

pol Samir** 7 İyul 2013 / 01:53
Kevinin 22 yaşı təzəcə tamam
olmuşdu, özündən əmin, çox ağıllı
və bir cavan oğlan idi. 10 gündən
sonra Koreyadakı müharibə
zonasına yollanmaq üçün
İngiltərədən ayrılacaqdı, heç bir
şeydən qorxmurdu amma,
ölkəsindən ayrılmaq çətin gəlirdi
ona.
Ağır addımlarla böyük bir
kitabxanın qapısından içəriyə
girdi, bir kitab götürüb oturdu və
səhifələməyə başladı. Həqiqətən
də çox gözəl mövzuları özündə
əks etdirən bir kitab idi, amma
daha da maraqlı olanı isə kitabı
daha əvvəl başqasının da oxumuş
olması və bəzi yerlərə qeydlər
götürmüş olması idi. Oxuyanın
qeydlər götürdüyü hissələr Kevinə
maraqlı gəldi, qeydləri oxuduqca
sarsılırdı. Kim ola bilərdi bu?
Dərhal kitabxanaçıya yaxınlaşdı və
əvvəl kitabı oxuyan adamın kim
olduğunu soruşdu
“Holly adında bir qadındır” deyə
cavab verdi kitabxanaçı
Qadının ünvanın kitabxanaçıdan
aldı və evə çatar çatmaz bir
məktub yazdı:
«Böyük Kitabxanada bir kitab
oxudum. Əlavə etdiyiniz qeydlər
qarşısında heyranlıq duyduğumu
gizlədə bilmədim. 10 gün sonra
Koreyaya gedirəm, sizi tanımaq və
sizinlə məktublaşmaq istəyirəm.
Cavabınızı səbrsizliklə gözləyirəm.
Hollydan müsbət cavab gəldi və
məktublar ardı arxasına yazılmağa
başlandı. Hər yeni məktubda bir-
birlərindən bir az daha təsirlənir,
ürəklərini bir-birlərinə bir az daha
açırdılar. 2 il bu şəkildə keçib
getdi. Kevin və Holly bir-birlərinə
bəlkə minlərlə məktub yazmış, hər
məktubdan da biri birilərinə daha
da bərk bağlanmışdılar.
Kevinın ölkəsinə geri dönmə vaxtı
gəlib çatdı, son məktubunda
Hollyni görmək istədiyini yazdı.
„Ancaq səni tanıya bilmək üçün
mənə bir şəkilini göndər xahiş
edirəm“ deyə əlavə etdi.
Holly görüşməyi qəbul etdi lakin
şəklini göndərmədi. „Şəkilin nə
əhəmiyyəti var ki? Bizi bir birimizə
bağlayan ürəklərimiz deyilmi?
Yaxama qırmızı bir çiçək
taxacağam.“ dedi.
Günlər bir-birini qovdu və Kevin
ölkəsinə qayıtdı. Qatardan endiyi
ilk anda gözləri Hollyni axtardı. Bir
müddət baxdı baxdı, sonra
insanların arasından indiyə qədər
gördüyü ən gözəl bir qadını
gördü. Uzun boylu, çox gözəl,
uzun sarı saçlı, gömgöy iri gözləri
və mavi paltarıyla möhtəşəm bir
qadın idi. Qadına doğru bir addım
atdı, amma yaxasında heç bir şey
yox idi. Qadın onun gözlərinə
baxdı və „Salam dənizçi, mənimlə
gəlmək istərsənmi?“ deyə
soruşdu. Elə həmin an gözəl
qadının arxasında, yaxasında
qırmızı çiçək olan qadını gördü.
Qısa boylu, kök, boz qısa saçlı,
tozlu uzun paltosu və qalın
biləkləriylə sakitcə dayanırdı. Kevin
çaşmış idi, az əvvəl həyatında
gördüyü ən gözəl qadından bir
təklif almişdı amma qarşısında da
ürəyinə aşiq olduğu qadın
dayanırdı. Özünü yığışdırdı və
yanından keçən dünyalar gözəli
qadına vecinə almadan irəlilədi.
Əlində Holly ilə bir-birlərini
tanımalarına kömək edən kitab
vardı. Əlini uzatdı,
-»Salam Holly" dedi gözlərinin
içində gülümsəyərək.
-«Bağışlayın» dedi qadın.
-«Mən Holly deyiləm.
Bir az bundan qabaq buradan
keçən sarı saçlı mavi paltarlı qadın
yaxama bu çiçəyi taxdı və bunun
həyatının imtahanı olduğunu
söylədi. Sizi stansiyanın çıxışındakı
cafedə gözləyəcəkdi...
12 июня 2012 г.

[cavab]

pol Gizir 7 İyul 2013 / 02:01
SupeR

[cavab]

pol Gizir 7 İyul 2013 / 02:02
axira kimi oxudum

[cavab]

pol Samir** 7 İyul 2013 / 02:02
Gizir, qatardan duwen yerini

[cavab]

pol Gizir 7 İyul 2013 / 02:05
Samir**, Nece ?

[cavab]

pol *DaRLiNG_V-I-P* 7 İyul 2013 / 02:05
Uydaa ela twk

[cavab]

pol uzeyir 7 İyul 2013 / 02:06
Samir**, ardi yoxdu?

[cavab]

pol Bahar 7 İyul 2013 / 02:06
coox gozeldi

[cavab]

pol Samir** 7 İyul 2013 / 02:08
Gizir, qatardan duwen yerini deqiq oxuyun

[cavab]

pol Whiteboy 7 İyul 2013 / 02:08
qaqa di

[cavab]

[1] 2 3 4 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.3758 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az