Yeni hekaye

pol YeTiM 31 Avq 2012 / 21:39
Qız: Niyə bunu elədin? Oğlan: Çünki artıq səni sevmirəm. Qız: Bu
qədər? Oğlan: Daha nə istəyirsənki?
Qız göz yaşlarını silirdi...davamını
oxuya bilmirdi,sevgilisinin dediyi
sözlərə inana bilmirdi.. Bütün
ömrünü və özünü həsr etdiyi insan.Acı onun urəyini yeyib
bitirirdi,boğazı
düyünlənmişdi.Heçnə demədən öz
otağına çəkildi,ağ vərəq və qələm
götürüb şəkil çəkməyə başladı.Nə
vaxt canı yansa belə edərdi.Yalnız onu düşünürdü.Necə belə edə
bilərdi?O hisslər,birlikdə keçirdikləri
o qədər vaxt - bütün sözlər,vədlər, -
hamısı keçib getmişdi və geri
qaytarmaq mümkün
deyildi.Heçvaxt.Bircə an hərşeyi dəyişdi,o başqasını tapdı.Əldən
heçnə gəlməzdi,- heçnə.Bu iki sözün
mənasını başa düşərək o bütün
həyatının anlamını anladı. Oğlan üzr
istəmək və... üçün onun otağına
girdi amma onu yerdə yatan halda gördü.Qızı öpüşləri ilə sararaq onun
üçün nəsə etməyə çalışırdı.Amma
o,qanlar içindəydi,gec idi. Oğlan
qışqırırdı: Yaşa,sən yaşayacaqsan!!!
Amma o,gözlərini bağladı və bu
oğlanı çox sevən,itirmək istəməyən cavan gözəl qızı xatırladı.O,ailəsini
və dostlarını atmışdı,ona görə kimsə
acı çəkirdi və nəticədə öldü amma
bunlar heçbiri vecinə deyildi,sevdiyi
yanında idi.Əgər hərşeyin belə
olacağını bilsəydi heçvaxt belə davranmazdı.Həmin oğlan olmamış
olardı və ailəsi daim yanlarında olan
qızlarını sevərdilər.Həmin
an,gözlərinə pərdə enəndə,artıq
bədəni heçnə hiss etməyəndə o
yanında oturan sevdiyini gördü.O,uşaq kimi ağlayır və nəsə
deyirdi.Qız heçnə eşitmirdi,sadəcə
bəzi parça-parça sözlər gettikcə
daha da boğuq səsə çevrilirdi.O,(qız)
gülümsəməyə çalışırdı və hətta
həyatının bəzi məqamlarında bəxtinin gətirdiyini
düşünürdü.Sevdiyinin hər zaman
yanında olacağına inandığı
məqamlar..O,(qız) onu elə gözəl
sevirdi ki,kinolarda sevilən
kimi,kitablarda yazılan kimi.Gücünün bittiyini hiss edirdi
güclə əlini oğlana uzattı.Oğlan təcili
yardıma zəng vurmağa cəhd
edəcəkdi ki,onun ürək döyüntüləri
dayandı.Üzündə gülümsəmə və
soyuq baxış qaldı.Xoş bir istilik bütün bədəninə yayılırdı və
cəzbedici bir işıq...Heçnədən
qorxmadan və geriyə baxmadan
bu işığa doğru gedirdi.Orada
hərşeyin yaxşı olacağına
inanaraq,sevdiyinin belə bir səhv etməyəcəyini bilərək gedirdi...
Birdən-birə onu itirdiyini dərk edən
oğlan yaralı heyvan kimi nalə çəkdi
və qızı bərk-bərk qucaqladı.Onu ilk
gördüyü anı xatırladı... Bir neçə saat
sevgilisinin cəsədi yanında oturdu,sonra onu yorğana
bükdü,ulduzlara baxdı..artıq O yox
idi.Harasa getməmişdi,həyatdan
getmişdi və bir daha geri heçvaxt
dönməyəcəkdi.Bir neçə dəqiqə
onun çəkdiyi rəsmə baxdı,həyatı onun gözləri ilə görməyə
çalışırdı.İstəyinə nail olan kimi
pəncərəyə yaxınlaşdı və bir siqaret
yandırdı.O başa düşmüşdü
ki,Heçvaxt Heçkim onu o qızın
sevdiyi kimi Sevməyəcək.Gözlərini bağladı və: \"Bağışla məni\"
deyərək özünü qaranlığa buraxdı -
boğuq bir səs gəldi. Əgər siz kimisə
sevirdinizsə və ya sevirsinizsə bu
yazını həmişə yadınıza salın və bilin
ki,həyatda sizi sevən və sadəcə siz Var olasınız deyə hərşeyə hazır olan
bir insan var...

[cavab]

pol YeTiM 1 Sen 2012 / 01:05
.....

[cavab]

pol samka 1 Sen 2012 / 01:23
YeTiM,təşəkkür. gözəl hekayə idi

[cavab]

pol Memo 1 Sen 2012 / 01:49
YeTiM,inan pis oldum. Halaldi sene. Maraqli hekayedir twkler.

[cavab]

pol YeTiM 1 Sen 2012 / 02:12
Memo,cox saqol.o biri seyfelere bax cox yazmiwam.2 ci 3 cu seyfelere

[cavab]

pol YeTiM 1 Sen 2012 / 02:12
samka,twkr

[cavab]

pol samka 1 Sen 2012 / 02:17
YeTiM,dəyməz

[cavab]

pol zerda 12 Okt 2013 / 03:02
xFamous, cox sag ol tsk yazan elin var olsun

[cavab]

pol Elikram 12 Okt 2013 / 03:08
YeTiM, twk

[cavab]

pol _HEVESKAR_ 12 Okt 2013 / 04:17
cox gozel heqiqeten aqlamaq istedim

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1444 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az