Maraqli sevgi hekayesi
YeTiM
31 Avq 2012 / 20:12
Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir
günü bu oğlan bir gənc qıza
möhkəm aşiq olur. Bir az keçəndən
sonra oğlan aşiq olduğu qıza
evlənmək təklifini verir. Lakin qızın
bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan
utanırdı və gecə-gündüz... Allaha
ona şəfa verməsini dua edirdi.
Mərhəmətlilərin ən mərhəmətlisi
olan Allah da onun dualarını qəbul
edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana
razılığını bildirir və onlar evlənirlər.
Bir gün cavan cütlük
mehribancasına evlərində nahar
edirdilər. Bu zaman evin qapısına bir
dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu
eşidən kimi, qız iki dilim çörəyi
götürüb dilənçiyə vermək istəyir.
Lakin əri ona bunu etməyə icazə
vermir. Qız fikirləşir ki, əri xəsislik
edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir:
«İki dilim çörək çox azdır, ona bir
qab dolu yemək ver». Qız sevincək
yeməyi dilənçiyə verəndə
təəccübündən donub-qalır. Çünki
həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox varlı, adlı-sanlı
adam idi, lakin o qədər xəsis idi ki,
sonda dilənçilik etmək
məcburiyyətində qalır. Qız yeməyi
verib, bikef halda oturur və həyat
yoldaşına öz acı hekayəsini danışır: «Birinci ərim çox xəsis idi. Bir gün
evdə tək idim, bir dilənçi gəldi, mən
də ona bir toyuq verdim, içinə də
qiymətli üzüyümü qoydum. Ərim evə
qayıdanda bundan xəbər tutdu və
qəzəblənərək məndən boşandı, hələ üstəlik, şəhərdən qovub əlimi
kəsdi». Bütün buna heyrətlə qulaq
asan oğlan dözməyib ağlayır. Qız
bunun səbəbini soruşanda, oğlan
belə deyir: «Üzüyü verdiyin həmin
dilənçi mən idim. Və məhz bu üzük vasitəsilə mən varlandım».
[cavab]
YeTiM
1 Sen 2012 / 02:54
Fikir yazin.
[cavab]
zolushka
22 Fev 2014 / 19:45
cox maraqlidir
[cavab]
(=PaNTeR=)
22 Fev 2014 / 23:14
Çoxdanki mövzudu ama tesirli.
[cavab]
Bölmeye qayıt
0.2017 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az