Lökbatanda dəhşətli qəza!

pol samka 31 Avq 2012 / 18:23
Bakının Qaradağ rayonunda baş verən qəza nəticəsində ümumilikdə 53 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, qəza nəticəsində 6 nəfər ölüb, 47-si yaralanıb.
Hadisə barədə saat 7.28 radələrində “103” xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə 17 təcili tibbi yardım briqadası göndərilib. “103” xidməti hadisə nəticəsində xəsarət alan çoxsaylı yaralılara yerindəcə ilkin tibbi yardım göstərib, daha sonra isə onları xəstəxanalara çatdırıb.
Yaralılardan 35 nəfəri Kliniki Tibbi Mərkəzə (8-in vəziyyətinin ağır olduğu bildirilir, hazirda ikisinin üzərində əməliyyat aparılır), 11 nəfər Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (10 nəfəri ambulator yardımdan sonra evə buraxılıb), 1 nəfər isə Mərkəzi Neftçilər xəstəxanasına çatdırılıb.

Yaralılardan 28 nəfəri hazırda stasionar müalicəyə cəlb olunub (26 nəfəri Kliniki Tibbi Mərkəzdə, 1 nəfəri Travmatologiya İnstitutunda, 1 nəfər isə Mərkəzi Neftçilər Xəstəxanasında). Hadisə yerindəcə dünyasını dəyişmiş 3 cəsəd təcili tibbi yardım tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə aparılıb.
Daha 3 nəfər ağır yaralı sonradan (1 yolda, 2-si xəstəxanada) dünyasını dəyişib.
Yaralılardan 9-un vəziyyəti hazırda ağırdır.

Qeyd edək ki, bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində dəhşətli qəza baş verib.
Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrliyində yerləşən, qorunan dəmir yolu keçidində sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 124 №-li sərnişin avtobusu ilə toqquşub.

Təcili yardım 3 nəfərin meyitini morqa təhvil verib

Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 8-in yarısındam təyin olunmuş sürətlə hərəkətdə olan vaxt, keçidi keçməyə cəhd göstərən «Daewoo» markalı, 124 №-li sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 6 nəfərin öldüyü bildirilir. Çoxlu sayda yaralı var. Onlardan 25 nəfəri Kliniki Tibbi Mərkəzə, 9-u Travmatologiya İnstitutuna, 1 qadın isə Mərkəzi Neftçilər aXəstəxanasına aparılıb. Təcili yardım 3 nəfərin meyitini morqa təhvil verib. Onlardan 2-si qadın, 1-i kişidir.


İlkin ehtimala görə , hadisənin baş verməsinə səbəb, sürücü tərəfindən «Yol hərəkəti haqqında» qanunun tələblərinin pozulması olub.


Hadisənin şahidləri də qəzanın avtobus sürücüsünün səhlənkarlığı ucbatından baş verdiyini deyirlər.


Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı «Dəmir yolu keçidlərinin istismarına dair Təlimat»ın tələblərinə uyğun olması müəyyən edilib. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

[cavab]

pol KENAN11 31 Avq 2012 / 18:56
samka,di sen ol

[cavab]

pol samka 31 Avq 2012 / 18:59
KENAN11, bilmirdin?

[cavab]

pol KENAN11 31 Avq 2012 / 19:01
samka,yox sagol dediyive gore

[cavab]

pol samka 31 Avq 2012 / 19:16
KENAN11, sən də sağ ol

[cavab]

pol KENAN11 31 Avq 2012 / 19:21
samka,dost olaq

[cavab]

pol **K_I_L_L_E_R** 9 Mart 2014 / 23:57
_SeVDiYiM=oL_, hmmmmmmmmmmmmmm 2012 olub o
red. **K_I_L_L_E_R** (09.03 /23:58)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2161 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az