NE DOST OLA BİLDİK NEDE SEVGİLİ?

pol aynur653 5 İyul 2013 / 05:18
Azacıq bir ümid vermədin mənə,
Dedim, qoy xoş günlər yaşadım sənə,
Nə sirdaş olmadın, nə də yar mənə,
Nə dost ola bildik, nə də sevgili.

Əlindən tutmaq da mənə bəs idi,
Sevməyib bilmədin sevgi qədrini,
Sevmək sənin üçün bir həvəs idi,
Nə dost ola bildik, nə də sevgili.

Bu məhəbbət nədir, heç bilirsənmi?
Əzab çəkirsənmi, heç ölürsənmi?
Axır ki, ayrıldıq bax görürsənmi?
Nə dost ola bildik, nə də sevgili.

İndi yad ellərdə məskən salmışıq,
Xəbərsiz, ötərsiz, səssiz qalmışıq,
Sanki bir-birimizi tanımamışıq,
Nə dost ola bildik, nə də sevgili..

Mənli günlərini düşünmə anma
Ağlımın ucunda gəlib dayanma
Alışma boşuna alışma yanma
Nə dost ola bildik, nə də sevgili..

Eşqin alovunda sevgi odunda
Ömür çırağımız söndü yolunda
Qovuşa bilmədik heyif sonunda
Nə dost ola bildik, nə də sevgili..

Mən ki səhv demədim, söylədim düzün,
Heçvaxt dinləmədin sen menim sözum,
Elə bu səbəbdən ay canım, gözüm,
Nə dost ola bildik, nə də sevgili.

Hərdən danışardıq gizli sevgidən,
Çarəsi olmayan bir məhəbbətdən,
Bilmirəm bu gecə bilmirəm nədən,
Özüm də bilmədən çox Darıxmışam...

Ağlama sevgilim yenə ağlama,
Yenə qəm gətirmə qəmli dünyama,
Səninçün sevgilim səninçün amma,
Özüm də bilmədən çox darıxmışam...

Bax artıq neçə ay keçib neçə gün,
Narahat qalmışam canım sənincün,
Bir tək zengin üçün, bir mesajıncun,
Özüm də bilmədən çox darıxmışam....

[cavab]

pol aynur653 5 İyul 2013 / 05:20
ayda ela seirdi ey lap ureyim xarab oldu

[cavab]

pol AZE911 5 İyul 2013 / 05:23
aynur653, kimdir bele sene bu qeder ezab verir hm

[cavab]

pol aynur653 5 İyul 2013 / 05:23
AZE911, hec kim sadece olaraq seire pis oldum

[cavab]

pol FvR_nO-helP 5 İyul 2013 / 05:24
qewenfason)

[cavab]

pol Azenec 5 İyul 2013 / 05:25
aynur653, superdi 5+ mən elə o vəziyyətdəyəm: NƏ DOST OLA BİLDİK NƏ DƏ SEVGİLİ(səsini eşitməy bəs idi mənə):-(

[cavab]

pol AZE911 5 İyul 2013 / 05:26
aynur653, hm inanimmm

[cavab]

pol aynur653 5 İyul 2013 / 05:29
AZE911, he dosi inan

[cavab]

pol Golf 5 İyul 2013 / 05:33
Sevgiynen dostluq qarisanda axiri "hec"olur.2side yasanmali ancaq eyni insanda yox.yenede qeseng idi.

[cavab]

pol (=AyaN=) 5 İyul 2013 / 12:58
qeweng weir idi.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1456 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az