:::ata:::
ErRoR_MeMo
4 İyul 2013 / 00:13
Ata...
Bu qapıdan çıxışını heç unutmamışam ,
dörd nəfər çiyinlərində apardi səni...
Sən getdin soyudu ev..
Çökdü sanki..
Evimizin dirəyi sən idin axı...
Getdin sanki tavan başımıza
yıxıldı,hərtərəf qaranlıqlaşdı..
Ata...
Çox şey dəyişdi sən getdikdən
sonra...Ayaqlarım böyüdü yavaş
yavaş...Əllərim göyərçinlərdən qorxur
artıq...O cəsur qız getdi səninlə
birlikdə,bambaşqa qız oldum mən...
Yıxılanda ayağa qalxmağı öyrəndim
sonra...yarama duz basıb sakit
durub,gecələr sakit sakit ağlamağı...Zəif
liyimi unudub,güclü olmağı..
Nağıllar danışardın gecələr mənə.Pəri
qızlardan danışardın həmişə, həmişə də
mübahisə eliyərdik mən deyərdim pəri
qızlar yoxdu sən deyərdin var , sən
mənim pəri qızımsan...Sorada
gülümsünərdin...İndi o nağıllarla özümü
təsəlli edirəm...Atam var deyə...
Sən getdikdən sonra əvvəl günün neçə
saat olduğunu, sonra bir saatın neçə
dəqiqə və dəqiqənin neçə saniyə
olduğunu öyrəndim...Ölümün necə təbii
olduğunu...Günlərin keçmədiyi vaxtda
ömrün necə keçdiyini...
Bərabər başlamışdıq bu binanı tikməyə,
bir yerdə atmışdıq təməlini bir yerdə də
bitirəcəkdik...Sən getdin divarların
altında qaldı gəncliyim...Tək sinə gərəsi
oldum gerçəkliklərə, ədalətsizliklərə
həyatın ədalətsizliklərinə, çətinliklərə...
Bu gedişin heç bir səyahətinə
bənzəmədi...Geri gəldiyində nə mənə
oyuncaq alacaqdın nə də şəkər...
Sən getdin tənhalıq bürüdü
vücudumu...Hələ də səni gözlüyürəm
hələ də sənin balaca qızınam..
[cavab]
ErRoR_HeRa
4 İyul 2013 / 00:25
Cox tesirlidi, ama gerek bele movzu acmayardin. Bezileri cox pis olacaq
[cavab]
anominka
4 İyul 2013 / 00:28
kimin Atasi olubse Allah rehmet elesin...menim Atamda daxil olmagla...................
[cavab]
Golf
4 İyul 2013 / 00:38
Men $exsen pis oldum.Ancaq gerçeklerden qaçmiram.Mende gözlüyürem en azinnan yuxularima gelsin deye:(super idi
[cavab]
ErRoR_HeRa
4 İyul 2013 / 01:01
anominka, ve Golf, ALLAH her ikinizin de ATASINA QENI QENI REHMET ELESIN. QEBRLERI NURLA DOLSUN... AMIN
red. ErRoR_HeRa (04.07 /01:02)
[cavab]
anominka
4 İyul 2013 / 01:05
ErRoR_HeRa, cox sagol canim AMIN boyuk tewekkur
[cavab]
Golf
4 İyul 2013 / 01:23
ErRoR_HeRa, Amin.Allah razi olsun.Cox sagol:(
[cavab]
Ayola
4 İyul 2013 / 01:24
olumun nece tebii olmasini mende oyrendim ama sukur ki atamnan yox cnmdan cox sevdiyim dostumnan onu itirdikden sora.gozlerim doldu
[cavab]
ErRoR_MeMo
4 İyul 2013 / 01:34
ALLAH olenlerivize qeni qeni rehmet elesin (
[cavab]
Ayla
4 İyul 2013 / 02:11
movzunu gorub cox duwundum girim yoxsa yox sonda ozumde bilmeden ozumu burda tapdim
[cavab]
Bölmeye qayıt
0.2435 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az