Qurumayan qan.

pol Lonely_Boy 2 İyul 2013 / 02:09
Neapol şəhərinin ən qiymətli
dəyəri şəhərin qoruyucusu San-
Cennaronun qanıdır. Onu ildə üç
dəfə nümayiş etdirirlər. İnsanlar
möcüzə gözləyirlər və hər il eyni
möcüzə təkrarlanır: çoxdan
qurumuş qan birdən birə maye
hala dönür. Hesab edilir ki, bu
möcüzə baş verməsə, şəhəri pis il
gözləyir. Katolik kilsəsi bununla
razılaşmasa da, sübut var ki, qan
heç vaxt səhv etmir. Rəsmi
olaraq, qanın maye hala
dönmədiyi beş hal olub ki, həmin
vaxtlarda da şəhərdə bədbəxt
hadisələr olub.
Məsələn, qanın qurumadığı
1980-ci ildə zəlzələ baş verib və
üç min adam ölüb. Qan iki qabda
saxlanılır, qabın birində iki damcı
var, digəri doludur. İldə üç dəfə
mayda, 19 sentyabrda və 16
dekabrda qan nümayiş edilir.
Qanın maye hala çevrilməsi
barədə bir çox versiyalar
mövcuddur: bəziləri iddia edirlər
ki, San Cennaro yadplanetli olub
və onun qanının tərkibi fərqli
olduğu üçün ildə üç dəfə maye
hala çevrilir. Bəzi parapsixoloqlar
isə hesab edirlər ki, ildə üç dəfə
eyni vaxtda minlərlə insan dua
edib, eyni şeyi arzuladıqları üçün
bu baş verir. Digər skeptiklər isə
bunun fırıldaq olduğunu deyirlər.
San Cennaro Beneventoda
arxiyepiskop olub. 305-ci ildə
Diokletian onu ölümə məhkum
edib. İlk edam olaraq onu vəhşi
heyvanlara yem olaraq atırlar.
Lakin o, yaşayır. Sonra başını
kəsirlər. Bir qadın onun qanından
bir hissəni toplayaraq Neapolun
yepiskopuna verir.
Hələ də bu qanın möcüzəsi
açılmamış sirlərdən sayılır.

[cavab]

pol Fermeer 2 İyul 2013 / 02:17
BUNU YAZMİŞDİLAR

[cavab]

pol -pato- 2 İyul 2013 / 02:28
Fermeer, he qaqaw mende gormuwdum

[cavab]

pol alenam 2 İyul 2013 / 02:55
maraqlıdır sağ ol

[cavab]

pol Drakular 2 İyul 2013 / 03:10
maraglidi tesekkurler

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1338 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az